Telman Orucov


Məhkəmələrə etinasızlıq. Ölkəni parçalama meylləri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

Məhkəmələrə etinasızlıq. Ölkəni parçalama meylləri 
 
Amerikanlar həmin dövrdə xaricdə "yanki" kimi tanınırdılar. Hər bir ölkə öz 
tipik vətəndaşına malik idi, tipik amerikan isə "Sem dayı" tablosundan hamıya tanış 
olan uzun, arıq, hiyləgər və kobud adam  idi. Burada az sayda varlı adam var idi və 
demək olar ki, kasıbçılıq yox idi. Diqqəti daha çox cəlb edən şeylər din, siyasət və 
pul  əldə  etmək  idi.  Sərvətdə  xüsusi  bir  qüdrət  var  idi  və  adamları  hansı  ailədə 
doğulmalarına görə aşağı silkdə saxlayan heç bir sosial kasta yox idi. Amerikan təkcə 
fərqlənmək  və  özünə  rahat  şərait  yaratmaq  üçün  deyil,  həm  də  "öz  uşaqlarına 
gələcəkdə malik olmayacaqları" faydanı vermək üçün var-dövlət, sərvət axtarırdı.  
Bu ölkə üçün hindu məsələsi də kiçik məsələ deyildi. Ölkə ilk dəfə bu siyasəti 
hinduların  Corciya  və  Alabamadan  Missisipinin  arxasına  qovulması  ilə  bağlı  olan 
xoşagəlməz  hadisədə  daddı.  Corciya  Adamsın  prezident  olduğu  dövrdə  Krik 
hindularından  təmizlənmişdi.  Krik  və  Çeroki  hinduları  öz  Corciya  torpaqlarını 
Birləşmiş  Ştatlarla  müqavilə  əsasında  saxlayırdılar.  Konstitusiya  dəqiq  surətdə 
prezidentə danışıqlar aparmaq səlahiyyəti vermişdi. Hindular bu müqaviləyə arxayın 
idilər və öz torpaqlarını satmaqdan qəti surətdə imtina edirdilər və ştatdan qovulmaq 
qorxusuna  görə  əzab  çəkmirdilər.  Adams  onlara  himayə  göstərmək  üçün  öz 
ixtiyarında  olan  bütün  vasitələri  axtarırdı.  Lakin  Konqress  onu  o  qədər  də  müdafiə 
etmirdi  və  nəhayət,  Corciya  tayfalarının  iradəsiz  başçıları  tərəfindən  irəli  sürülən 
şərtlərlə razılaşmalı oldu. Bu başçılar öz adamlarını Konqressin artıq onlara verdiyi 
Qərbdəki torpaqlara getməyə məcbur edirdi.  
General  Cekson  isə  öz  sələfindən  fərqli  olaraq  düşünürdü  ki,  ştat  yaxasını 
onlardan  qurtarmalıdır.  Corciya  və  Alabama  Prezidentin  münasibəti  əsasında 
müqavilənin zərərinə olaraq hindu diyarına doğru torpaqlarını genişləndirdi. Corciya 
bunu etməyi xahiş etdikdə, Prezident burada yerləşmiş federal hərbi dəstələri çıxardı 
və  hindular  güzəştə  getməyə  məcbur  oldular.  Prezident  Konqressə  ilk  müraciətində 
deyirdi: 
"Mən 
Corciya 
və  Alabama  ərazilərindəki  hindu  sakinlərini 
məskunlaşdırmışam  ki,  onların  müstəqil  hökumət  qurmaq  cəhdi  Birləşmiş  Ştatların 
İcra  Hakimiyyəti  tərəfindən  müdafiə  edilməyəcəkdir  və  onlara  məsləhət  görmüşəm 
ki, Missisipinin arxasına köçsünlər, yaxud da o ştatların qanunlarına tabe olsunlar".  
Sərhədlərdə  keçən  həyat  qırmızı  dərili  adamların  səbrini  çoxdan  tükətmişdi. 
Onların hüquqları məhkəmə tərəfindən də sınaqdan keçirildi. Üç ayrı-ayrı vaxtlarda 
xahişlə  əlaqədar  məsələ  Birləşmiş  Ştatların  Ali  Məhkəməsinin  icraatına 
götürülmüşdü. Məhkəmə hər dəfə məsələni hinduların xeyrinə həll etmiş, müqaviləni 
müdafiə edərək, hər hansı bir ştatın və harada olursa-olsun hansısa hakimiyyətin bu 
müqaviləyə  təcavüz  etmək  və  ya  ona  məhəl  qoymamaq  hüquqlarını  rədd  etmişdi. 
Lakin general Cekson bu qərarları icra etmirdi. Onun hindulara qarşı münasibəti ön 
cəbhədəki  əsgərin  münasibəti  kimi  aydın  idi.  Onun  gözündə  onlar  hər  hansı  bir 
qaydada  ağların  yolunda  dayanmaq  üçün  heç  bir  hüquqa  malik  deyildilər.  Buna 
baxmayaraq  Ali  Məhkəmənin  son  qərarı,  1832-ci  ildəki  prezident  seçkilərinin 
keçirilməsinin  yaxınlaşması  və  Ceksonun  yenidən  prezidentliyə  namizəd 
göstərilməsi bu məsələnin həllinə kömək etdi. Cekson dedi ki, bu məsələni o, xalqın 
öz  ixtiyarına  buraxacaqdır,  onun  hüquqlar  haqqında  Konstitusiya  nəzəriyyəsi  belə 
idi.  

 
227 
Konstitusiya  federal  icra  hakimiyyətinə  hindu  qəbilələri  ilə  danışıqlar 
aparmaq  səlahiyyəti  vermişdi,  Konqressə  isə  onlarla  ticarəti  nizamlamaq  hüququ 
verilmişdi. Hindulara müstəqil siyasi subyekt kimi tam hörmət göstərilməli, onlar heç 
bir yolla ayrıca ştatın yuridiksayına tabe edilməməli idi. Lakin Konstitusiya həmçinin 
dəqiq  göstəriş  vermişdi  ki,  heç  bir  yeni  ştat  özünün  qanunverici  orqanının  və 
Konqressin razılığı olmadan, "başqa hər hansı bir ştatın yuridiksiyasını formalaşdıra 
və yarada bilməzdi". Çerokilər isə, göründüyü kimi, Corciya ştatı onların qalmasına 
icazə  verdiyi  şəraitdə  həqiqi  müstəqil  dövləti  yaratmaq  yolunda  idilər.  Bu  qanunun 
yaxşı cəhəti idi ki, general Cekson Ali Məhkəmənin həll etdiyi məsələni qəbul etsin. 
Lakin onun üçün öz ədaləti və bütün şübhələri həll etməkdə xalqın səsi daha həlledici 
əhəmiyyətə malik idi.  
Bu  da  əhəmiyyətli  bir  məsələ  idi  ki,  onun  arxasında  dayandığı  yeni 
demokratiya tezliklə məhkəməyə qarşı atəş açmağa başladı və artan xahişlər yolu ilə 
bütün  işlərdə  xalqa  tərəf  çevrildi.  Ceffersonun  günlərində  məhkəmələr  federalizmi 
möhkəm  saxlayan  qüvvə  kimi  görünürdü  və  Konqressin  liderləri  onların 
hakimlərinin palatalardan uzaq olmasını arzu edirdilər. İndi isə onlar yenidən maneə 
kimi,  yalnız  xalqın  iradəsi  əleyhinə  təsis  edilmiş  maneə  kimi  görünürdülər. 
Müşahidəçi  gözlərin  çoxu  görürdü ki,  general  Ceksonun,  elə  Ceffersonun özü  kimi 
prezidentlik  idarəsini  Con  Marşallın  qarşısında  and  içməklə  götürəcəyi  vəzifə  necə 
dramatik olacaqdır. Baş hakim Marşall federalist təlimin və Konstitusiyaya görə yer 
üzərində ən ali qanun olan qanunların hakim kəsilməsinin möhkəm müdafiəçisi idi. 
Cefferson  prezident  kürsüsünə  gələndə  Marşall  öz  vəzifəsinə  yenicə  başlamışdı  və 
yeni  gələn  prezidentdən  on  iki  yaş  cavan  idi.  İndi  o,  yeni  prezidentdən  xeyli  artıq 
dərəcədə yaşlı idi, baxmayaraq ki, general Cekson özü bu yüksək vəzifəyə gələrkən 
altmış  iki  yaşlı  ağ  saçlı  veteran  idi.  Baş  hakim  bu  əsgəri  and  altında  yeni  vəzifəyə 
gətirəndə,  onun  yetmiş  dörd  yaşı  var  idi.  Özünün  ilk  inauqurasiya  müraciətində 
Cekson  məhkəmələrə  qarşı  hərəkət  etdi  və  bütün  ölkə  üçün  belə  bir  ciddi  anda 
hədyan sözlər söylədi. Konqressin Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində 
Birləşmiş  Ştatların  Bankını  yaratdığı  dövrdə  o,  ölkəyə  başa  düşülmək  üçün  zəruri 
əsas  verildiyinə  şübhə  edirdi.  General  Cekson  ona  qədər  məhkəmə  tərəfindən  həll 
olunmuş heç bir məsələni bəyənmirdi. Bank haqqındakı iyirmi illik xartiya 1836-cı 
ilə  qədər,  onun  prezident  müddəti  qurtarana  qədər  fəaliyyətə  başlamamışdı. 
Prezidentin bu hərəkətləri onu namizəd göstərən Cənubun və Qərbin adamlarını razı 
salırdı.  Onun  ilk  müraciəti,  dövlətin  qanunvericilik  sahəsindəki  suverenliyi  üzərinə 
bütün  müdaxilələri  ilə  Konqressin  ciddi  təşvişinə  səbəb  oldu  və  düşüncələri  vaxtilə 
Cefferson tərəfindən formalaşdırılmış mühafizəkar adamlar ona qarşı demək olar ki, 
etimad məsələsini qaldırdılar.  
Lakin  prezident  karolinalılar  tərəfindən  sınağa  çəkildikdə,  bu  adamlar  onu 
başqa  işıqda  gördülər.  Kalhoun  karolinalılar  üçün  ştatın  hüquqları  haqqında  geniş 
təlim  hazırlamışdı.  Onda  adamlar  gördülər  ki,  Cekson  Cənubun  deyil,  Qərbin 
adamıdır. Qərb torpaqları barədə müzakirə zamanı on il əvvəl Missurinin Birləşmiş 
Ştatlara  daxil  edilməsi  barədə  müzakirələr  ərəfəsində  olan  kimi  ölkə  ayağa  qalxdı. 
1829-cu  ilin  dekabrında  Senatın  sonuncu  iclasına  Konnektikutdan  olan  Fut  Qərb 
torpaqlarının  satılmasına  sədd  qoyulması  barədə  qərar  layihəsi  təqdim  etdi.  Adi 
adamlar  mənafelərin  belə  yüksəkliyinə  qalxa  bilməzdi,  lakin  Senat  təkcə  adi 

 
228 
adamlardan  ibarət  deyildi.  Bu  təkcə  qızğın  etiraz  edən  Benton  da  deyildi.  Benton 
deyirdi  ki,  ölkənin  qulağının  dibində  Qərbin  böyüməsinə  və  çiçəklənməsinə  Yeni 
İngiltərə həmişə qısqanclıqla baxacaqdır.  
Cənubi Karolinadan olan Heynin və Massaçusetsdən olan Uebsterin çıxışları 
daha böyük əhəmiyyətə malik idi. Müzakirələr bu mövzu ilə yaxın əlaqəsi olan bütün 
yerlərə  yayıldı.  Heyn  müstəsna  olaraq  Cənubi  Karolina  məktəbinə  mənsub  idi.  O, 
deyirdi  ki,  bu  məsələ  hakimiyyətin  səlahiyyətlərini  pozduqda  təkcə  bir  ştata  aid 
məsələ  deyildir  və  ona  görə  də  Birləşmiş  Ştatların  Ali  Məhkəməsi  tərəfindən  həll 
edilməlidir.  O,  deyirdi  ki,  Konstitusiyaya  görə  Birləşmiş  Ştatlar  azad  birlik  və 
əməkdaşlıqdır.  Uebster  qorxmaz  adam  kimi  əks  mövqe  tutdu.  Müzakirələr  artıq  öz 
adamlarını müəyyən etmişdi. Cənubi Karolinadan olan senatorun hələ qırx yaşı yox 
idi, lakin 1812-ci il müharibəsində bir gənc kimi iştirak edərkən öz dəfinə çələngini 
almışdı, iyirmi iki yaşında ştatın qanunvericilik orqanına seçilmiş, iyirmi beş yaşında 
isə  ştatın  palatasının  spikeri  olmuşdu.  Şəxsi  məlahəti,  natiqlik  qabiliyyəti  və  işdəki 
istedadı ilə özünə yol açmışdı. Onun çıxışları çoxlarının diqqətini cəlb etmişdi. Onun 
əleyhdarı olan Deniel Uebster ilk dəfə Konqressə Nyu Hempşirdən gəlmişdi, sonralar 
isə  öz  yaşayış  yerini  dəyişdiyindən,  1823-cü  ildə  ilk  dəfə  Massaçusetsdən 
Nümayəndələr Palatasına, 1827-ci ildə isə Senata seçilmiş və indi qırx yeddi yaşında 
ölkənin  ən  tanınmış  adamlarından  birinə  çevrilmişdi.  Onun  natiqliyini  və 
Konstitusiya hüquqşünası kimi bacarığını hər bir adam etiraf edirdi. İndi o, Cənubun 
zorakı hücumlarına qarşı Yeni İngiltərənin müdafiəçisi kimi qəbul olunurdu. Uebster 
mərhəmət  yox,  güc  yığımı  idi.  Heynin  kəlmələri  yüksəklərdə  dolaşırdı,  Uebster  isə 
sözləri  öz  fikrinin  gücünü  göstərmək  üçün  işlədirdi.  Ölkə  Heynin  çıxışlarını 
Uebsterin çıxışları kimi oxumurdu. Onun çıxışları hər yerdə dərc edilir və oxunurdu. 
Onun həyəcanlı çıxışlarından bütün ölkə oyanırdı. Elə bil ki, bu çap edilmiş sözlərdə 
bir sehr var idi, onun titrəyən səsində də bir sehr var idi. Heynin çıxışlarında isə belə 
sehr yox idi, onun çıxışları yalnız arqumentin gücündən istifadə edirdi. Uebster yeni 
məkan  tutmuşdu.  Heç  kəs  Kentukki  və  Virciniya  qətnamələrinin  müəlliflərini 
xəyanətdə  günahlandırmırdı.  Kalhoun  və  Heyn  isə  bu  qətnamələrin  dilini  bərpa 
etmişdilər. Yeni İngiltərədən olanlar birliyin dağılmasından danışarkən adamlar buna 
qızğın etiraz edirdilər. İlk dəfə bu Luizinanın satın alınması vaxtı, sonra isə embarqo 
münasibətilə  baş  vermişdi.  Lakin  onlar  qiyam  əleyhinə  deyil,  ağılsız  ideyalar 
əleyhinə və dar eqoizm əleyhinə etiraz edirdilər. Onlar böyük tarixi xarab edib, onu 
bölgə  mənafelərinə  keçirən  adamlara  etiraz  edirdilər.  Fundamental  qanunlarda  isə 
heç  bir  düzəliş  baş  verməmişdi.  Adamların  düşüncələri  və  mənafeləri  dəyişdiyinə 
görə,  qanunlar  da  dəyişə  bilərdimi?  Medison  Kalhounun  və  Heynin  ləğv  etmə 
doktrinasını rədd edirdi.  
Birliyin 
parçalanmasından 
söhbət 
düşəndə 
Uebsterin 
arqumenti 
Konstitusiyanın  ali  qanun,  Birliyin  isə  bölünməyən  olması  idi.  Onun  natiqliyinin 
sonu yaxınlaşanda yaxşı məlum olan sözlərlə yekunlaşdı: “Liberty and Union, now 
and forever, one and inseparatable”  - "Azadlıq və Birlik,  indi və əbədi, vahid və 
bölünməz". 
Bu  sözlər  ingilis  dilində  səslənmiş  ən  bəlağətli  sözlərdən  biri  idi.  Bu  böyük 
nitq  xalqa  bildirdi  ki,  onun  arasından  yeni  peyğəmbər  ucalmışdır  və  o,  artıq  milli 
peyğəmbərə çevrildi.  

 
229 
Cənubi Karolinada ləğv edilmə danışıqları böyüyəndə Ceksonun necə hərəkət 
etməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Axı  o,  cənublu  idi.  O,  unikal  bir  yolla  bu 
məsələyə  öz  münasibətini  bildirməyi  qərara  aldı.  Aprelin  13-də  Vaşinqtonda 
demokratiyanın  böyük  apostolu  Tomas  Ceffersonun  anadan  olması  günü  şərəfinə 
böyük  ziyarət  təşkil  edilmişdi.  O,  burada  sağlıq  dedi.  Baş  məsələ  -  ləğv  olunma  və 
Birliyin  dağılması  Ceffersona  o  qədər  də  şərəf  gətirmirdi,  parçalanma  tərəfdarları 
Ceffersonu  "Öz  nəhəng  dönüklüyünün"  pyedstalı  etmək  istəyirdilər  və  bu  mövzu 
prezidentdən  öz  mövqeyini  açmağı  tələb  edirdi.  O,  tost  demək  üçün  sükuta  dalmış 
adamların  arasından  qalxdı,  bu  vaxta  qədər  onun  bu  məsələyə  münasibəti  məlum 
deyildi. O, öz fikrini belə ifadə etdi: "Federal birlik saxlanmalıdır və saxlanacaqdır!" 
Cekson  nitqində  qanunların  qüvvədən  düşürülməsi  və  Birliyin  parçalanması 
uğrundakı  bütün  hərəkatı  xəyanət  kimi  məhkum  etdi.  Onun  çıxışı  Cənubi 
Karolinalıların cərgələrinin üzərinə bomba kimi düşdü.  
Vitse-prezident  Kalhoun  öz  etirazını  "Azadlıq  Birləşmiş  Ştatlardan  əzizdir" 
sözləri ilə cavab verdi. Lakin bu etiraz prezidentin əhval-ruhiyyəsini daha da korladı. 
Ziyafətdən  sonrakı  ayda  Cekson  ilk  dəfə  öyrəndi  ki,  1918-ci  ildə  Seminolisə  qarşı 
kampaniya  vaxtı  o  vaxtlar  hərbi  nazir  olan  Kalhoun  səlahiyyəti  olmadan  onu 
Pensakolanı təhvil verməyinə görə ittiham etmiş və rəsmi təhqiqat aparılmasını tələb 
etmişdir  ki,  Cekson  komandanlıqdan  kənarlaşdırılsın.  İndiyə  qədər  isə  o,  elə  hesab 
edirdi  ki,  Kalhoun  onun  dostudur.  Cekson  rəsmi  fəaliyyətini  şəxsi  düşmənçilik 
məsələsindən  ayırmağı  bacarmırdı.  Hətta  Kalhounun  daha  çox  işlər  görə  biləcəyi 
barədəki izahatlar da onu qane etmirdi. O, Cənubi Karolinalıları müdafiə edənlərin və 
onlarla  razılaşanların  hamısından  üz  döndərdi.  Bir  il  keçdikdən  sonra  o,  kabineti 
yenidən  qurdu  və  onu  Kalhounun  dostlarından  təmizlədi  və  real  olaraq  inandığı 
adamlarla kabineti formalaşdırdı. Prezidentlə Kalhoun arasındakı münasibətlərin belə 
kəskin  pozulması  dövrün  ciddi  əlaməti  idi.  Bu  nəinki  prezidentin  ovqatını  təlx 
etmişdi,  həm  də  Kalhounu  onunla  bağlayan  bütün  əlaqələri  kəsmişdi.  Bu  vitse-
prezidentin  işdən  azad  edilməsi  ilə  nəticələndi.  Kalhoun  və  onun  dostları  öz 
məqsədlərinə  doğru  düz  hərəkət  edirdilər,  ştatların  əsas    hüquqlarını  federal  tarif 
siyasətinə qarşı müdafiə edirdilər.  
1832-ci  il  yeni  prezident  seçkilərini  gözləyirdi.  Yeni  partiyaya  daxil  olmaq 
üçün  mübahisə  məkanında  müxtəlif  uydurmalardan  istifadə  olunurdu.  1826-cı  ildə 
Nyu Yorklu Uilyam Morqan "Azad masonların sirrləri" kimi məşhur olan kitabı çap 
etdirdi və bir azdan özü yoxa çıxdı, bir daha gözə dəymədi. Azad masonlara populyar 
nifrət,  özünün  cinayətlərə  görə  məsul  olduğu  barədə  bu  cəmiyyətin  yazdığı 
uydurmalara  qarışmışdı.  Anti-Mason  partiyası  meydana  çıxdı  və  azad  masonları 
ictimai  birliklərdən  kənarda  saxlamaq  bu  partiyanın  başlıca  qayəsi  oldu.  Bu  partiya 
bir praktiki hərəkat kimi bir ştatdan digərinə yayılırdı və 1831-ci ilin sentyabrında öz 
tərəfdarlarının milli qurultayını çağırdılar ki, burada öz gücünü, həmçinin prezident 
və vitse-prezident vəzifəsinə öz namizədlərini göstərsinlər. Nizami partiyalar onların 
işarəsi  ilə  hərəkət  etdilər.  Bütün  ştatlardan  nümayəndələr  seçildi  ki,  öz 
qurultaylarında  görüşüb  rəsmi  səsverməyə  öz  namizədlərini  irəli  sürsünlər.  Milli 
Respublikaçılar  bu  vaxt  Senatın  və  həmçinin  partiyanın  şübhəsiz  lideri  olan  Kleyi 
prezidentliyə  namizəd  göstərdilər.  Demokratlar  öz  xəttlərinə  uyğun  olaraq  general 
Ceksonu  ikinci  müddətə  prezidentliyə  namizəd,  vitse-prezidentliyə  isə  Kalhounu 

 
230 
deyil,  Ceksonun  özünün  seçdiyi  köməkçisi  Martin  van  Bureni  namizəd  göstərdilər. 
Elektorların  səsverməsi  əvvəlcə  olduğu  kimi  həlledici  idi.  Yalnız  altı  ştat 
(Massaçusets, Rod Aylend, Konnektikut, Delaver, Merilend və Kentukki) Kleyə səs 
verdi.  On  yeddi  ştat  general  Ceksona  səs  verdi.  Vermont  öz  səsini  anti-masonların 
namizədinə  verdi.  Cənubi  Karolinadan  olan  elektorlar,  qanunvericilik  orqanı 
tərəfindən seçilməklə, prinsipial qaydada bütün partiyalardan kənarda dayandı və öz 
namizədlərinə  səs  verdilər.  Seçki  qurtardı  və  Cekson  bir  daha  prezident  seçildi, 
partiya  əlaqələri  qırıldı.  1832-ci  il  noyabrında  Cənubi  Karolina  Konstitusiya 
qurultayı modeli olacaq ştat qurultayını çağırdı. Burada rəsmi ləğvetmə barədə qərar 
qəbul etdi və bunu xalqa elan etdi.  
Bu  qərara  görə,  1828  və  1832-ci  illərin  Tarif  Aktları  Cənubi  Karolinanın 
yurisdiksiyasında olan ərazidə qanuni qüvvəsi olmayan sənəd hesab olundu. Ölkənin 
qalan  hissəsinə  xəbərdarlıq  edildi  ki,  federal  hökumətin  ləğv  etmə  qanunu  ilə  ştatı 
məcbur etməyə cəhd etməsi, Cənubi Karolinanı digər ştatlarla birlikdən ayıracaq və 
onu öz ayrıca hökumətini təşkil etməyə məcbur edəcəkdir.  
Heyn Vaşinqtondan geri çağırıldı ki, ştatın qubernatoru olsun. Kalhoun vitse-
prezidentlikdən azad olunduğuna görə, Senatın sıravi kreslolarından birində öz yerini 
tutdu, burada o, müzakirələrdəki mübahisələrdə fəal iştirak edə bilərdi.  
1832-ci  ilin  noyabrında  artıq  böhran  başlanmışdı.  Cənubi  Karolina 
qubernatorunun  sədrlik  etdiyi  qurultay  Kolumbiyada  toplandı  və  təntənəli  qaydada 
1828-ci il və 1832-ci il tariflərini ləğv etməklə yanaşı bu ştatda gələn ilin fevralın 1-
dən  sonra  militsiaya  adam  çağırmaq  səlahiyyətindən  öz  yaxasını  kənara  çəkməyi 
qərara aldı. Həmçinin qərara alındı ki, hökumət gücdən istifadə etməyə cəhd etdikdə, 
ştat öz hökumətini təsis edəcəkdir. Bu qüvvədən düşmək barədə məşhur ordinans idi. 
Bu kiçik ştat üçün olduqca cəld və cəsarətli addım idi, xüsusən də Vaşinqtonda işləri 
idarə edən Cekson kimi bir adamın dövründə. Bundan bir neçə həftə sonra prezident 
özünün  Cənubi  Karolina  əhalisinə  məşhur  Dekabr  Proklamasiyasını  bəyan  etdi,  bu 
sənəddə onlara ağılsızlıqları ilə əlaqədar olan öz qarşıdakı hərəkətlərini açıq şəkildə 
göstərdi  və  xəbərdar  etdi  ki,  əgər  belə  davam  etsələr,  onların  sevimli  ştatlarının 
torpağı  qanla  suvarılacaqdır.  Çünki  baş  hökumət  onların  tələblərinə  güzəştə  gedə 
bilməz  və  güzəştə  getməyəcəkdir.  Hökumət,  buna  baxmayaraq,  kompromissə  getdi 
və  bunun  müəllifi  Henri  Kley  oldu.  Bu  kompromissə  görə,  on  il  üçün  daim  iyirmi 
faizdən  yuxarı  olan  rüsumlar  azaldılacaqdı,  bu  vaxt  ümumi  rüsum  isə  on  iki  faiz 
səviyyəsində olacaqdı.  
Birləşmiş  Ştatların  xarici  siyasətinə  gəldikdə,  Cekson  epoxasının  ölkə 
daxilindəki  nailiyyətlərinə  baxmayaraq,  o,  xarici  işlərə  az  diqqət  verirdi.  Lakin 
vətənindəki  mübahisələrdə  olduğu  kimi,  xarici  dövlətlərlə  də  hər  bir  məsələnin 
müzakirəsi  döyüşçü  Prezident  üçün  axırda  uğurlu  olurdu.  Əvvəlcə  Fransa  ilə  səs-
küylü  mübahisə  başlandı.  Birləşmiş  Ştatlar  bu  ölkəyə  qarşı  1803-cü  ildən  sonra 
Amerika  mallarını  tutub  müsadirə  etdiyinə  görə  5  milyon  dollar  məbləğində  iddia 
qaldırmışdı. 1831-ci il müqaviləsində, yenicə taxt-taca çıxmış Lui-Filipp bu iddianı 
tanımışdı. Lakin üç il keçsə də pul qaytarılmamışdı, bu vaxt Cekson hədə məzmunlu 
sərt  məktub  göndərmişdi.  Bu  fransız  palatalarını  narazı  saldı  və  onlar  prezident  bu 
məktubunu  dəyişməyənə  qədər  iddianı  ödəməkdən  imtina  etdilər.  Bu  münasibətlə 
Cekson  ikinci  məktub  göndərdi,  bu  birincidən  daha  təhqiramiz  idi.  Bu  məktubda  o, 

 
231 
Fransa kommersiyasının üzərinə repressaliya qoyulacağı, cavab zərbəsi vurulacağı ilə 
hədələyirdi.  Fransa  hökuməti  tezliklə  iddia  məbləğini  ödəməklə,  bu  narazılığa  son 
qoydu.  
Bütün  Cekson  adminstrasiyası  dövründə  Birləşmiş  Ştatların  Meksika  ilə 
münasibətləri  gərgin  olaraq  qalırdı  və  belə  vəziyyət  on  ildən  artıq  davam  etdi. 
Meksika 1827-ci ildə öz qullarını azad etmişdi, lakin onun şimal əyaləti olan Texas 
bunu etməkdən imtina etdi və sonra tezliklə Sem Hyustonun başçılığı altında qiyam 
qaldırdı. Cekson general Qeynsin başçılığı altında körfəzin sahilinə ordu göndərdi ki, 
Texas  hindularını  öz  dövlətinin  torpaqlarından  kənarda  saxlasın,  əslində  isə  faktiki 
olaraq Hyustona kömək göstərsin. Qeynsin qoşunları sərbəst surətdə qaçıb Hyustona 
qoşulurdu və hökumətdən heç bir məzəmmət almırdı. Cekson hətta Meksikaya ziyan 
vurmağı tələb etdi və onu cavab zərbəsi ilə hədələdi, bu vaxt digər tərəfdən də ziyan 
vurmaq  iddiası  gəldi.  Adəti  qaydadakı  vicdanlılığına  baxmayaraq  Cekson  Meksika 
ilə olan məsələdə düzgün hərəkət etmirdi.  

 
232 
Bankla münasibətin kəskinləşməsi 
 
Cekson kimi görkəmli şəxsiyyət "çox şeyin təcəssümü" hesab olunurdu. O, bu 
dövrün şəxsiyyəti kimi hamıdan ayrı dayanırdı. Səkkiz il Birləşmiş Ştatlara başçılıq 
edən  bu  adamın  öz  partiyasında  populyarlığı  ölçüyə  sızmayan  idi.  Adamlar  belə 
əminlik  tapmışdılar  ki,  o,  səhv  edə  bilməz  və  əlində  parlayan  qılınc  tutmuş  mələk 
kimi dayanmışdır. Prezident daim onu tanıyanların bildiyi kimi hərəkət edirdi, daxili 
məsələdə  heç  bir  güzəştə  getmirdi.  Cənubi  Karolina  qurultayının  ləğvetmə  barədə 
qərarı ona gəlib çatdıqda o demişdi: "Birləşmiş Ştatların qanunları icra olunmalıdır. 
Bu məsələdə mən heç bir ehtiyatlılığa malik deyiləm, mənim borcum Konstitusiyada 
açıq elan edilmişdir. Kim sənə deyirsə ki, elə adi dinc yolla onların icrasının qarşısını 
ala bilərsən, onlar səni aldadır. Onların məqsədi Birliyi parçalamaqdır və parçalanma 
isə ya silahlı qüvvə ilə, ya da xəyanətlə baş verə bilər". Bu əsgərin nitqindən çıxan 
Uebster  doktrinası  idi.  Konqress  şəraitin  tələb  etdiyi  kimi,  böhranla  əlaqədar  tədbir 
görmək  üçün  prezidentə  geniş  səlahiyyətlər  verdi.  Ləğv  etmə  barədə  qərar  əvvəlcə 
asılı  vəziyyətdə  qaldı,  dayandırıldı,  sonra  isə  ləğv  edildi.  Ştatlarla  Birlik  arasındakı 
münaqişə az müddətə də olsa kənara qoyuldu.  
1828-ci ildə olduğu kimi 1832-ci ildə prezident seçkilərində partiyadan daha 
çox,  ayrıca  adam  qalib  gəldi.  Rəqabət  ya  Ceksonun  yenidən  prezident  seçilməsi, 
yaxud  da  onun  rədd  edilməsi  ilə  nəticələnməli  idi.  O,  seçkilərin  nəticəsini  Cənubi 
Karolinaya qarşı verdikt kimi, həm də bir adam və bir prezident kimi onun nüfuzuna 
qarşı  duranlara  münasibətdə  bir  verdikt  kimi  qəbul  etdi.  Seçki  keçdikdən  sonra 
siyasətçilər  buna  məhəl  qoymamağı  arzu  edirdilər.  Bu  vaxt  ortaya  bank  məsələsi 
çıxdı və mübahisələr bunun üzərində mərkəzləşdi. Birləşmiş Ştatlar Bankı prezidentə 
qarşı  müxalifətin  başçısı  olub,  həm  də  ona  qarşı  ittiham  irəli  sürdüyündən,  Cekson 
onunla  düşmənçilik  edirdi.  O,  Konqressə  də  öz  yolu  ilə  tarifi  nizamladığına  görə 
əziyyət  verirdi.  Təkcə  Bank  məsələsində  o,  inadkarlıqla  dayanmışdı  və  mübarizə 
apararaq  rəqiblərinə  güc  gəlirdi.  1836-cı  ilə  qədər  Bank  haqqında  çarter  fəaliyyətə 
başlamamışdı.  Konqressdəki  mühafizəkar  üzvlər  taktiki  səhvə  yol  verdilər,  dövrün 
real əlamətlərinə gözlərini bağladılar.  
Birləşmiş  Ştatlar  Bankı  ilk  dəfə  1791-ci  ildə  yaradılmışdı  və  Konqress 
tərəfindən onun hüquqlarının müəyyən edilməsi uğrunda o vaxtdan mübarizə gedirdi. 
Konqresslə  icra  hakimiyyəti  Hamiltonun  bu  məsələdəki  rəyini  qəbul  edir, 
Ceffersonun  rəyini  isə  rədd  edirdilər.  Ceffersonun  partiyası  bank  haqqında  çarterin 
1811-ci  ildə  rədd  edilməsinə  şərait  yaratdılar.  Bu  vaxt  onların  hakimiyyət  günü 
gəlmişdi  və  prinsip  etibarilə  bu  çarterin  əleyhinə  olmağa  özlərini  inandırmışdılar. 
Lakin  1816-cü  ildə  maliyyə  resurslarına  böyük  ehtiyac  hiss  ediləndə  onlar  öz 
fikirlərini  dəyişdilər  və  digər  iyirmi  illik  çarteri  verdilər.  Üç  il  sonra  Birləşmiş 
Ştatların  Ali  Məhkəməsi  Hamiltonun  təkliflərinin  Konstitusiyaya  uyğun  olduğuna 
görə bəyənməklə, bunu rəsmi qərarında qeyd etdi və hüquqşünas alimlərin nəzərini 
bir  daha  bu  məsələnin  digər  tərəflərinə  cəlb  etdi.  General  Cekson  isə  "hökumətin 
sadə  və  təmizlənmiş  işinə  daxil  oldu  və  bu  işləri  Cefferson  dövrünə  qaytardı.  O, 
iqtisadiyyatı  və  səmərəliliyi  inkişaf  etdirməyi,  Birləşmiş  Ştatlar  tərəfindən  insan 
hüquqlarının  müdafiə  edilməsini  həyata  keçirirdi".  O,  Banka  Konstitusiya  və 
demokratik  hökumətin  düşməni  kimi  baxırdı.  Onun  hücumları  ilk  inauquruasiya 

 
233 
çıxışında  başladı  və  Konqressə  onun  göndərdiyi  ilk  müraciətlərdə  davam  etdi.  Bu 
institutun  qanuniliyinə  o,  öz  şübhəsini  bildirirdi.  Ali  Məhkəmə  isə  əksinə  onun 
şübhələrinə əhəmiyyət vermirdi. Cekson sonralar elan etmişdi ki, bu "qeyri-amerikan 
inhisarıdır".  Nəticədə  isə  o,  Bankın  möhkəm  idarə  olunmasının  gətirəcəyi  təhlükəni 
ifadə  edirdi.  Bankın  adının  çəkilməsi  onun  təşvişini  artırırdı.  Onun  düşmən 
münasibəti  daha  açıq  və  təcavüzkar  olurdu.  Bankın  dağıdılması  yolunda  onun  açıq 
niyyətləri  böyüyürdü.  O,  bunu  özünə  qarşı  bir  çağırış  və  açıq  siyasət  məkanında 
yaşamaq üçün bir mübarizə kimi düşünürdü.  
Bank  haqqında  qanun  şübhəsiz  hökumətin  özü  ətrafında  fırlanırdı.  Onun 
kapitalı  35  milyon  dollar  idi  və  onlardan  üçdə  biri  federal  Maliyyə  Nazirliyinin 
resursları  idi.  Bankın  iyirmi  beş  direktorlarından  beşi  Birləşmiş  Ştatların  prezidenti 
tərəfindən təyin edilirdi. Burada ictimai fondların depozitləri saxlanırdı. Konqress bu 
çarter dayandırıldığı vaxtda heç bir bank yaratmamışdı. Bunun əvəzində Bank federal 
hökumətə bu səs hüququ üçün bir milyon yarım dollar pul ödəmişdi və vəd etmişdi 
ki,  hökumətin  girovunu  heç  bir  öhdəlik  tələb  etmədən  yerləşdirsin.  Şübhəsiz  bank 
özünün üstün rol oynamasını nəzərdə tutmaqla, özünü siyasi institut kimi təqdim edə 
bilərdi. Bu, Hamiltonun Birləşmiş Ştatların ilk bankını təsis edərkən olan ideyası idi. 
Bank  ölkənin  pul  sövdələşmələrini  öz  mərkəzi  nəzarəti  altına  almaqla  Birləşmiş 
Ştatların  bank  əməliyyatlarını  yoxlayacaq,  ölkənin  kapitalistlərini  və  böyük  sənaye 
təşkilatlarını böyük mənafelərdə federal hökumət tərəfindən müdafiə edilməsinə nail 
olacaqdı.  İndi  icra  hakimiyyətinin  atəşi  altında  ikinci  bank  yaradıldıqda,  ona  belə 
quruluş  və  fəaliyyət  verildi.  Milli  Bank  hökumətin  maliyyə  ehtiyaclarını  ödəmək 
üçün təkcə hökumətin "fiskal agenti" rolunu oynamayacaqdı, həmçinin hər bir qanuni 
biznes  sövdələşməsini  möhkəmləndirəcək  və  asanlaşdıracaq,  pul  bazarını  ən  pis 
təhlükələrdən  qoruyacaqdı.  Lakin  general  Ceksonun  sözlərini  eşitməyə  adət  etdiyi 
adamların  çoxu  güman  edirdi  ki,  Bank  bunlarla  kifayətlənməyəcək,  daha  çox 
məsələni  əlinə  götürəcəkdir.  Belə  ki,  onlar  qorxurdular  ki,  Bankın  qüvvəsindən 
partiyaya  xidmət  göstərilməsi  üçün  istifadə  ediləcəkdir  və  bu  millətin  bütün 
siyasətçilərini pozacaqdır. Onlar mövcud olan təcrübəyə əsaslanırdılar.  
Ştat  bankları  bədnam  qaydada,  hər  yerdə  siyasi  tərəfkeşliklə  pozulmuşdular, 
bu,  demək  olar  ki,  hər  yer  üçün  tanış  idi,  partiya  aliliyinin  sınanmış  mühərriki  idi. 
Ştatdakı  çoxluğa  daxil  olmayan  heç  kəs  ştatın  qanunverici  orqanından  bank  çarteri 
ala  bilməzdi,  bankların  direktorları  partiyasına  mənsub  olanlardan  başqa  heç  kəs 
bankın etibarına və köməyinə tam əmin ola bilməzdi. Ona görə də Ceksonun yaxın 
adamları bu məsələyə o nöqteyi-nəzərdən baxırdılar ki, banklar əlbəttə ki, partiyalar 
tərəfindən  siyasi  nəzarət  maşını  kimi  istifadə  ediləcəkdir.  General  Cekson  və  onun 
tərəfdarları  inana  bilmirdilər  ki,  Birləşmiş  Ştatların  böyük  bankı  bu  cür 
xüsusiyyətlərdən  azad  olacaqdır.  Güman  edilirdi  ki,  bu  bank  partiyanın  adamları 
tərəfindən  yaradılır,  onlar  isə  hər  şeyi  sıxışdırmağa  cəhd  edir,  bu  adamlar  general 
Ceksondan  üz  döndərib  Kleyin  arxasınca  gedirlər.  Bu  köhnə,  şübhəli  kübar 
qaydalarının  bir  hissəsi  idi  ki,  yeni  demokratiya  kənardan  gəlmişdir  və  burada  hər 
şey şübhəyə məruz qalırdı.  
Bankın  bütün  ölkədə,  biznesin  mərkəzləşdiyi  yerlərdə  filialları  var  idi. 
General  Ceksonun  dostları  şikayətlənirdilər  ki,  hər  bir  partiya  mənafeyinə  aid  olan 
məsələdə onlara qarşı açıq zidd çıxan adamlar bu filiallara işçi təyin edilirlər. Hətta 

 
234 
öz  səsini  general  Ceksona  verən  və  yeni  rejimin  mövcud  olduğu  ştatlarda  da  məhz 
belə proses gedirdi. Deməli seçkilərdə bu pullar onların əleyhinə istifadə ediləcəkdir. 
İsaak  Hill  Nyu  Hempşirdə  qəzet  naşiri  və  Konkorddakı  bankın  işçisi  idi.  O,  həm 
qəzetdəki, həm də bankdakı işini atıb Vaşinqtonda prezident adminstrasiyasında işə 
qəbul olundu və hamının bildiyi kimi, tezliklə "Mətbəx kabineti"nin üzvü oldu. Belə 
bir  adam  prezidentə  bankın  Nyu  Hempşirdəki  nüfuzu  haqqında  danışdıqda,  o,  buna 
inanmaya  bilməzdi.  Başqa  biri  isə  Kentukkidə  bankın  təsiri  haqqında  ona  eynilə 
bunun  kimi  məlumat  verdi.  O,  deyirdi  ki,  həmin  ştatda  Kleyin  müvəffəqiyyəti  və 
general  Ceksonun  məğlubiyyəti  üçün  pullar  xərclənir.  Ona  görə  də  prezident  bu 
məsələləri  diqqətdən  yayındıra  bilməzdi.  Ona  görə  də  Maliyyə  naziri  Birləşmiş 
Ştatlar  Bankının  prezidentinə  yazdığı  məktubda  göstərirdi  ki,  filialların  birinin, 
Portsmut  filialının  prezidenti  təyin  edilərkən  məhz  onun  general  Ceksona 
düşmənçiliyi  əsas  götürülmüşdür.  Milli Bankın  prezidenti  Biddl buna  təbii  hiddətlə 
cavab  verdi.  Lakin  o,  özünün  müdafiəsinin  tonunda  və  metodunda  ciddi  səhvə  yol 
verdi. Onun Maliyyə Nazirinə verdiyi cavabın hərarəti nə qədər təbii olsa da, olduqca 
qeyri-siyasi  xarakter  daşıyırdı.  Bu  cavab  tabe  olmamaq  təsiri  bağışlayırdı  və 
Portsmut filialının prezidenti öz vəzifəsində saxlandı və həmin adam - İnqham özü də 
hədə ilə vurğulanmış cavab göndərmişdi. Biddli də Prezident öz vəzifəsində saxladı. 
Qanuna  görə  Birləşmiş  Ştatların  depozitlərini  geri  götürmək  məsələsində  Bank 
Maliyyə naziri ilə birgə səlahiyyətə malik idi.  
Senat və Nümayəndələr palatası bank çarteri haqqında qanunu bərpa etdikdə, 
general  Cekson  onun  üzərinə  veto  qoydu.  Lakin  vetonu  götürmək  üçün  palatalarda 
bank tərəfdarları kifayət qədər çoxluğa malik deyildi. Kleyin və Ceksonun adamları 
həlledici qərar üçün üzlərini eyni qaydada ölkəyə tərəf çevirdilər.  
Bütün bunlara baxmayaraq, general Cekson ikinci müddətə prezident seçildi. 
O, lehinə verilən bu səsləri Bank əleyhinə qəsdən verilmiş səs kimi hesab edirdi, öz 
mövqeyinin müdafiəsini onu dağıtmaq göstərişi əlaməti kimi qəbul edirdi və Bankın 
taleyi  artıq  möhürlənmişdi.  Prezident  ona  xarakterik  olan  qaydada  ləngimədən  və 
birbaşa hərəkət etdi. O, ilk dəfə veto qoyulmuş qanunu qəbul edən Konqressə tərəf 
çevrildi  və  təhqiqat  aparmağı  xahiş  etdi.  General  Cekson  və  onun  tərəfdarı  olan  bir 
ovuc  siyasətçidən  başqa  heç  kəs  Bankın  yaxşı  idarə  olunmasına  şübhə  etmirdi. 
Prezidentin sorğusuna cavab olaraq Nümayəndələr Palatası elan etdi ki, onun rəyinə 
görə depozitlərə toxunulmamışdır. General Cekson müvafiq olaraq Konqressiz və öz 
məsuliyyətinə arxalanaraq hərəkət etməyi qərara aldı. O, qərara aldı ki, Banka ictimai 
fondları uzun müddətə himayə etmək imkanı verilməyəcəkdir.  
1832-ci  ilin  payızında  keçirilən  seçkilərdən  sonra  Nümayəndələr  Palatasına 
onun dostları və onu müdafiə edənlər nəzarət etməyə başladı. Əksinə, Kley, Uebster 
və Kalhoun tərəfindən rəhbərlik edilən Senat indiyədək onun əleyhinə olan mövqedə 
dayanırdı.  Keçmiş  Maliyyə  Naziri  Dyuenin  azad  edilməsi  və  depozitləri  Milli 
Bankdan  uzaqlaşdırmaq  kimi  hərəkətlərinə  görə  Senat  prezidenti  təqsirləndirdi. 
General  Cekson  buna,  bərabər  qaydada  rəsmi  etirazla  cavab  verdi.  Mübahisə  başa 
çatdı. General Cekson deyirdi ki, Birləşmiş Ştatların Bankı ölkəyə möhkəm valyuta 
verməmişdir.  
Prezident  bütün  pul  məsələlərində  hüquqları  düzgün  hiss  etməyə  qadir 
olmaqla, bu sahədə çox vicdanlı hərəkət edirdi. O, inanırdı ki, qızıl və gümüş ölkənin 

 
235 
"həqiqi  konstitusional  valyutasıdır".  O,  pul  kəsilməsi  istehsalını  xeyli  artırmışdı  və 
sikkə  pulları  dövriyyəyə  cəlb  etməyə  cəhd  edirdi.  İctimai  torpaqların  satışından 
qeyri-adi  səmərə  götürüldü.  1834-cü  ildə  hökumət  bu  mənbədən  beş  milyon 
dollardan bir az aşağı gəlir götürdü. 1835-ci ildə bu məbləğ on dörd milyona, 1836-cı 
ildə isə gəlir iyirmi beş milyona yaxın oldu.  
1836-cı  ildə  prezidentin  göstərişi  ilə  ştatlara  Maliyyə  Nazirliyindən  məktub 
göndərildi  və  qayda  qoyuldu  ki,  hökumətin  torpaq  agentləri  ictimai  torpaqların 
satılmasından alınan haqqı qızıl və gümüşdən başqa heç bir pulla qəbul etməməlidir. 
Bank  məsələsində  olduğu  kimi  prezidentin  məsləhətçiləri  geri  çəkildilər  və  bunu 
bəyənmədilər. Lakin o, bütün hakimiyyəti və  məsuliyyəti öz üzərinə götürdü və öz 
zərbəsini  tərəddüd  və  qorxu  hiss  etmədən  endirdi.  Effekt  bütün  kredit  quruluşunun 
dağılmasından ibarət oldu.  
Nəticələr  isə  nəhayət  özünü  biruzə  verdi.  General  Cekson  ictimai  həyatdan 
istirahətə  yollandı  və  1837-ci  ilin  martında  prezident  vəzifəsində  onun  yerini  Van 
Buren tutdu. Bu labüd bədbəxtlik və tənəzzül gününün gəlməsindən bir qədər əvvəl 
oldu. Qüdrətli qoca arxaya, qazandığı şəxsi zəfərlərin uzun seriyalarına baxarkən heç 
də  məmnuniyyət  hiss  etmirdi.  O,  bu  zəfərləri  yetkin  dövlət  xadimləri  üzərində 
qazanmışdı  və  bu  qələbələr  onunla  köhnə  partiyalar  arasında  uçurum  yaratmışdı. 
Hətta  diplomatiyada  onun  enerjisi  və  heybətli  təşəbbüsləri  öz  sələflərinin 
müvəffəqiyyətlərini inkar etməkdən yuxarıda dayanırdı. Vest İndiyada Qallatinin və 
Adamsın  üzünə  bağlı  olan  limanlar  onun  üçün  açıldı,  Konqress  onun  vədini  böyük 
razılıqla  icra  etdi.  O,  Fransada  Lui-Filippin  yeni  hökumətinə,  həmçinin  digər 
hökumətlərə  də  Napoleon  müharibəsi  dövründə  Amerikan  kommersiyasının 
dağıdılmasına görə tələblərdən irəli gələn təzyiqi artırır və bu tələblər etiraf edilir və 
ödənilirdi. O, arzuladığı istənilən obyektin üzərinə birbaşa və açıq hərəkət edirdi. O, 
həm də partiya yaratdı və incə inqilabçılığı siyasətə daxil etdi.  
Ceksonu  dövlət  xadimi  cərgəsinə  qoşmaq  çətin  idi.  O,  dövlət  işində  azacıq 
məşq  etmişdi, lakin onun intiusiya istedadı var idi və dövlət işini dəqiqliklə həyata 
keçirirdi.  O,  kabinetini  bir  yerə  yığırdı. Ona  görə  yox  ki,  onlardan  məsləhət  eşitsin, 
ancaq  ona  görə  ki,  öz  niyyətini  onlara  bildirsin  və  onlara  nə  etmək  lazım  olduğunu 
tapşırsın.  Onlardan  bəziləri  dövlət  xadimi  kimi  on  dəfə  artıq  təcrübəyə  malik  idi. 
Lakin onun məclisində müəlliminin yanında oturan uşaq kimi otururdular və heç kəs 
nə onun iradəsinə qarşı çıxırdı, nə də öz rəyini açmağa cəsarət edirdi və onun hüsn-
rəğbətində qalmaq üçün özlərini onun niyyətlərinə bağlayırdılar. Cekson, partiyasını 
özünün  dəmir  ağuşunda  saxlayırdı  və  onun  intizamı  orduya  komandanlıq  edən 
generalın intizamı idi. O, sadəcə ağa idi. Onun azacıq açıq məğlubiyyətləri axırdakı 
qələbələrindən böyük idi. O, Van Bureni İngiltərəyə elçiliyə namizəd göstərdi. Senat 
bu namizədi rədd etdi və Cekson onu vitse-prezident və sonra isə Birləşmiş Ştatların 
prezidenti  etdi.  Sonra  o,  keçmiş  spiker  Stivensonu  onun  yerinə  təqdim  etdi.  Yenə 
Senat  razılaşmaqdan  imtina  etdi  və  Cekson  bu  vəzifəni  iki  il  boş  saxlayıb,  yenidən 
həmin adı Senata göndərdi və bu təklif təsdiq olundu. Onun Taneyi xəzinəyə təyin 
etməsi həmçinin rədd edildi və o, Taneyi Ali Məhkəmənin baş hakimi etdi.  
Endryu  Cekson  nöqsanlara  malik  idi,  bunlar  göz  qamaşdırıcı  qaydada 
parlayan nöqsanlar idi. Onlardan biri onun qanunsuzluğu idi. O, özünə görə qanun idi 
və  mülki  qanunun  məhdudlaşdırılmasına  dözülməz  münasibət  göstərirdi.  Bu  özünü 

 
236 
Seminol  kampaniyasında  göstərdi.  Misal  üçün,  Corciya  hindu  qəbiləsi  olan  Kriklə 
narahat münasibətlərə daxil olanda, ştat yarı hindu, yarı ağ adam olan Tasselsi edam 
edilməyə məhkum etmişdi. Tassels Ali Məhkəməyə şikayət etdi, qərar dəyişdirildi və 
ştata  səhv  etdiyini  bildirən  göstəriş  göndərildi.  Lakin  Corciya  tabe  olmadı  və  bu 
qərara  boyun  əyməkdən  imtina  etdi.  Bu  vaxt  Cekson  Ali  Məhkəmənin  qərarının 
həyata keçirilməsinə kömək etməyə borclu idi. Lakin o, bunu etməkdən imtina etdi. 
O, bildirdi ki, "Con Marşall öz qərarını vermişdir, qoy özü də onu həyata keçirsin" və 
Tassels asıldı.  
Buna  oxşar  hərəkətləri  Cekson  Corciya  və  Çeroki  ilə  əlaqədar  olan 
məsələlərdə də göstərdi. Cekson mübahisə, polemika adamı idi, bunsuz özünü rahat 
hiss etmirdi. O, öz dostlarını sevirdi, öz düşmənlərinə nifrət edirdi. O,  həqiqətən də 
təbiətin  uşağı  idi.  Onun  vətənə  bağlılığı  Vaşinqtonunkuna  bərabər  idi.  İngilis 
yazıçısının dediyi kimi o, ali kastanın adamı kimi hətta qeyri-adi adamların arasında 
da yeganə adam olardı, tək görünərdi. Qabiliyyətlərinə görə o, demək olar ki, Sezar 
idi, bəlkə də bu bir zamanlar yaxşı hal idi ki, amerikan xalqı bir neçə Sezarı prezident 
kürsüsünə  oturtmağa  meyl  etmişdi.  Buna  ümid  edilə  bilərdi  ki,  nə  vaxtsa  onlar  bu 
vaxt edildiyi kimi Endryu Cekson kimi vicdanlı və eqoist olmayan adamı seçəcəklər.  
Prezident  Endryu  Ceksona  qarşı  duran  qüvvələr  də  güclənirdi.  Onlar  artıq 
ciddi  siyasi  müxalifət  kimi  formalaşdı  və  ölkədə  vətəndaş  müharibəsindən  əvvəlki 
onilliklərdə  mövcud  olan  iki  başlıca  partiyadan  biri  məhz  bu  vaxt  yarandı.  Bu  Viq 
partiyası  idi.  Viqlər  Ceksonun  qatı  əleyhdarları  olsalar  da,  demokratlardan  fərqli 
olaraq,  prezident  kimi  iqtisadiyyata  dövlətin  daha  böyük  müdaxiləsinin  tərəfdarı 
idilər.  Lakin  demokratlar  kimi  onlar  da  quldarlıq  məsələsinin  siyasətdən  kənarda 
saxlanmasının  tərəfdarı  idilər.  Viq  partiyası  yarananda  Milli  Respublika  partiyasını 
da öz tərkibində əritdi.  
Partiya  inqilabı  Viq  adını  1834-cü  ildə  qəbul  etdi  və  bu  təsadüfi  deyildi. 
"Kral"  Endryu  Ceksona  qarşı  müxalif  olduqlarına  görə,  İngiltərə  nümunəsində 
olduğu kimi belə bir ad seçilmişdi. Partiya 1836-cı ildəki prezident seçkilərində qalib 
gəlməyi gözləyirdi, lakin bu ümidlər doğrulmadı. İyirmi illik fəaliyyətdən sonra isə 
Viq  partiyası  süquta  uğradı  və  bu  məğlubiyyətdə  quldarlıq  məsələsinin  davam  edə 
bilməməsi kimi vacib amil mühüm rol oynadı.  
Məhz  general  Cekson  öz  tərəfdarlarına  təlqin  etmişdi  ki,  Van  Bureni  onun 
prezidentlikdəki  varisi  kimi  qəbul  etsinlər.  Onların  çoxu  bütün  şeylərdə  onun 
iradəsinə tabe olurdu. Van Burenin namizədliyini irəli sürən qurultay seçkilərdən bir 
il yarım əvvəl keçirilmişdi, bu vaxt Cekson böyük gücə malik idi və qiyam əlaməti 
yox  idi.  Partiyanın  adlandırdığı  adamı  ölkə  prezident  seçdi.  Dörd  il  əvvəl  general 
Ceksonun  üstünlüyü  152  səsdən  ibarət  idisə,  onun  üstünlüyü  47  səs  oldu.  General 
Ceksonun üstünlüyü 157 min nəfər olduğu halda Van Bureninki vur-tut 26 min nəfər 
idi.  Müxalifət  birlik  və  təşkilat  məsələsində  axsayırdı.  Müxalifət  həm  də  yarış 
meydanına bir neçə namizəd qoymuşdu. General Uilyam Henri Harrison, Uebster və 
baş  hakim  Uayt  general  Ceksonun  iradəsinə  baxmayaraq  namizəd  kimi  səsə 
qoyulmuşdu.  Demokratlar  isə  Van  Buren  tərəfindən  təmsil  olunmuşdu.  Onlar 
özlərinin  general  Ceksona  olan  borclarını  və  müttəfiqliyini  məhz  Van  Burendə 
göstərirdilər.  Ceksonun  nüfuzu  hesabına  prezident  seçilmək  olardı.  Ölkəni  Cekson 
kimi idarə etmək isə artıq müşkül məsələyə çevrildi. 

 
237 
1836-cı  il  seçkisində  elektorlar  kollegiyasının  əks  tərəfə  verilən  səsi  dörd 
namizəd arasında bölündü. Bunlar Ohayodan olan Uilyam Harrison, Tennesidən Cac 
Uayt,  Massaçusetsdən  Daniel  Uebster  və  Şimali  Karolinadan  Uilyam  Manqum  idi. 
Onlar birlikdə cəmi 124 səs qazanmışdılar. Van Buren isə təklikdə 167 səs almışdı. 
Elektorlar  kollegiyası  vitse  prezident  seçmək  üçün  heç  bir  seçki  keçirmədi  və 
Kentukkidən olan Riçard Ceksonu Senat vitse-prezident seçdi. 
Qüdrətli  Ceksonun  yerinə  indi  prezident  elə  də  böyük  xidmətləri  olmayan 
Van  Buren  idi.  Qırx  il  əvvəlki  hadisə  təkrar  olunurdu.  1797-ci  ildəki 
inauqurasiyadakı kimi (Vaşinqtondan sonra Con Adamsın prezident vəzifəsini qəbul 
etməsi),  indi  də  adamların  gözləri  çıxan  günəşə  deyil,  batan  günəşə  dikilmişdi. 
Mərasimdə hamı Ceksona baxırdı. 1837-ci ilin bu mart günündə cəld hərəkətli kiçik 
adam inauqural nitqini kağızdan oxuyurdu və vəd edirdi ki, "öz parlaq sələfinin yolu 
ilə"  gedəcəkdir.  Toplaşmış  kütlədən  bu  sözlərə  azacıq  alqış  səsləndi.  Hamı  natiqin 
yanındakı  yaşlı  adamı  onunla  müqayisə  edirdi.  Əvvəlki  dövrlərdə  döyüşçü  olan  bu 
adam  son  səkkiz  ildə  Amerika  siyasətinin  diktatoru  olmuşdu.  Çəliyinə  söykənən 
yetmiş yaşlı bu qoca adam bədənində, döyüşdə aldığı on üç yara yerini və uzun sürən 
xəstəliyin qoyduğu viranəliyi gəzdirirdi. Bu vaxt bir qədər qabağa çıxıb, o kütlənin 
ehtiramını qəbul etdi. Bir neçə gün sonra o, özünün Cənubdakı evinə yollandı, yeni 
Prezidentin isə bədbəxtlikləri başlandı.  
Martin  Van  Buren  Nyu  Yorkdakı  kiçik  mehmanxana  sahibinin  və  kiçik 
fermerin  oğlu  idi,  Aaron  Barr  tərəfindən  siyasətə  gətirilmişdi  və  1812-ci  il 
müharibəsindən  əvvəl  o,  görkəmli  vəkil  idi.  O,  böyük  işgüzarlığa  və  qabiliyyətə 
malik  olan  adam  idi.  1821-ci  ildə  o,  Birləşmiş  Ştatlar  Senatına  daxil  olmuşdu  və 
Adamsın  adminstrasiyası  dövründə  bu  orqanın  lideri  olmuşdu.  1828-ci  ildə  də  Uitt 
Klintonun vəfatından sonra Van Buren asanlıqla İmperiya Ştatının (Nyu Yorkun) ən 
baş adamı oldu. Ştatın qubernatorluğundan istefa verib Cekson kabinetində baş yeri 
tutdu.  O,  öz  qüdrətli  dostunun  köməyi  olmadan  prezident  ola  bilməzdi.  Ceksonun 
populyarlığına  malik  olmadan  prezident  vəzifəsini  irs  kimi  qəbul  etməklə,  o, 
həmçinin Cekson adminstrasiyasının bəlalarını da miras kimi götürdü.  
Van  Buren  Amerika  tarixində  ağıllı  siyasi  idarəçi  kimi  tanındı.  Olbanidəki 
böyük  tarif  iclasında  o,  çıxış  etməyə  dəvət  olundu,  o,  çıxış  edib  qurtardıqda 
auditoriyadakı heç kəs, nə kişi, nə qadın, nə də uşaq onun yüksək tarifin ya lehinə, ya 
da əleyhinə olduğunu deyə bilməzdi.  
Deyirdilər ki, Konqressin üzvü başqası ilə mərc gəlib ki, əgər Van Burendən 
soruşsalar  ki,  günəş  şərqdən  və  ya  qərbdən  çıxır,  o,  birbaşa  cavab  verməyəcəkdir. 
Sual  verildikdə  onun  cavabı  belə  olmuşdu:  "Mənim  dostum,  Şərq  və  Qərb 
bütünlükdə əlaqəli terminlərdir".  

 
238 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin