Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

Spangled  Banner”  –  "Ulduz  bəzəkli  bayraq"  şerini  yazdı.  Düşmən  mühasirəni 
buraxdı və əsgərlər donanmaya qayıtdılar, gəmilər əcnəbi sulardan üzüb uzaqlaşdılar 
ki, bir də bura qayıtmasınlar.  
Temza döyüşündən sonra tezliklə general Harrison öz səlahiyyətlərindən azad 
edildi  və  digər  gələcək  prezident,  Amerika  tarixində  böyük  rol  oynayanlardan  biri 
olan  Endryu  Cekson  general-mayor  rütbəsinə  yüksəldi.  Müharibə  ərzində,  bəlkə  də 
təkcə Ceykob Braun istisna qaydasında, igidlik və enerjidə Ceksonla müqayisə edilə 
bilərdi.  O,  Şimali  Karolinada  öz  atasının  vəfatından  bir  neçə  gün  sonra  anadan 
olmuşdu, kasıblıq və pis şəraitdə böyümüşdü. Qorxulu Tarleton reydində 13 yaşında 
olan  Cekson  vuruşan  patriotların  arasında  idi.  Sonra  o,  əsir  düşmüşdü.  Britaniya 
zabiti  əsirlikdə  olan  Ceksona  əmr  etmişdi  ki,  onun  çəkmələrini  təmizləsin,  lakin 
Cekson imtina etmişdi, bu vaxt bəyan etmişdi ki, o, müharibə əsiridir, nökər deyildir. 
Bu vaxt zabit ona qılıncı ilə zərbə vurmuş, bu zərbədən aldığı yaranın çapığını o özü 
ilə qəbrə qədər daşımalı oldu. O, əsirlikdən azad olunanda evinə 40 mil piyada getdi 
və  bu  vaxt  həm  də  çiçək  xəstəliyindən  əziyyət  çəkirdi.  O,  müharibədə  hər  iki 
qardaşını  itirmişdi,  anası  ölmüşdü.  Hələ  uşaq  olarkən  Cekson  valideynlərsiz  və  ya 
bilavasitə  dostlarsız  qalmışdı.  O,  Tennessidə  məskunlaşdı,  ictimai  ittihamçı, 
plantator,  anbardar,  hakim,  Konqress  üzvü  oldu.  Bu  vaxt  isə  Tennessi  militsiasında 
komandir  idi.  O,  Konqressin  aşağı  palatasında  Birliyə  yeni  qəbul  edilən  öz  ştatının 
ilk təmsilçisi oldu və qısa müddətdə Senatda xidmət etdi.  
Ölkə  Fort  Mimsdə  qırğın  xəbərini  aldıqda  dəhşətə  gələndə,  xilasa  ilk  dəfə 
Tennesi  gəldi.  Ştatın  qanunverici  orqanı  Ceksonun  komnadanlığı  altında  3500 
adamın  hindu  ölkəsinə  yürüş  etməsinə  səs  verdi.  Cekson  Kriklərin  ərazisinə  girdi, 
onları  döyüşdəki  böyük  qırğınla  məğlub  etdi  və  qəbiləni  sülh  barədə  xahiş  etməyə 
məcbur  etdi.  Bundan  az  sonra  Cekson  general-mayor  təyin  edildi  və  ona  Birləşmiş 
Ştatların  Cənub  hərbi  mahalının  komnadanlığı  verildi.  Vaşinqtondakı  hökumət 

 
200 
Rossun  müdaxiləsindən  iflic  olan  vaxt  o,  müstəqil  oldu  və  öz  mahalı  üzərində 
praktiki olaraq diktatora çevrildi.  
Britaniya donanması dekabrın 10-da Borqn gölünə girdi və altı top qayığından 
ibarət  olan  amerikan  flotiliyasını  darmadağın  etdi.  Kampaniyanın  bu  ilk  zərbəsi 
xəbəri Nyu Orlean şəhərini dəhşətə gətirdi. Cekson şəhəri hərbi qanun altına qoydu 
və diktator səlahiyyətlərinə yiyələndi. Cekson özünü düşmənlə şəhərin arasına atdı. 
Heç bir tərəf qələbəyə iddia etmirdi. Britaniyalıların itkisi böyük idi. Dekabrın 24-də 
iki vuruşan millət öz elçiləri vasitəsilə sülh müqaviləsi bağladı.  
Şəhərə  tərəf  bir  mil  yaxınlaşıb  Cekson  öz  ordusunu  sərv  bataqlığı  ilə  çayın 
arasında yerləşdirdi. Dörd gün, dörd gecə o, yatmadı, bu müddətin çoxunu at belində 
keçirdi.  Hersoq  Vellinqtonun  yeznəsi  olan  general  Pakenham  da  atını  geri  çəkilən 
dəstələrin arxasından o biri başa çapırdı və özünün əsgərlərinə qışqırırdı: "Ar naminə 
xatırlayın ki, siz Britaniya əsgərlərisiniz".  
Britaniyalıların  döyüş  meydanında  yeddi  yüz  ölü  əsgəri  qalmışdı, 
yaralananların sayı iki dəfə çox idi. Döyüş iki saat davam etdi, lakin başlıca hücum 
öz  qorxulu  qırğını  ilə  cəmisi  iyirmi  beş  dəqiqə  çəkdi.  Vuruş  başa  çatanda  beş  yüz 
britaniyalı heç bir xəsarət almamış vəziyyətdə ölülərin arasından qalxıb özlərini əsir 
kimi  təslim  etdilər.  Öz  həyatlarını  xilas  etmək  üçün  onlar  ölü  kimi  uzananların 
arasında yerə yıxılmış və döyüş qurtarana qədər özlərini ölü kimi göstərmişdilər.  
1814-cü  ildə  İngiltərə  müharibəni  qızğınlıqla  davam  etdirmək  üçün  sərbəst 
idi. Çünki Napoleon artıq məğlub olmuşdu. Konqress İngiltərəyə müharibə elan edən 
ili o, son zəfər üçün Rusiyaya hücum etmişdi. Napoleon Rusiya üstünə altı yüz min 
adamlıq  qüvvə  aparmışdı.  Onun  ordusu  tabe  edilmiş  Avropanın  qüvvələrindən 
düzəldilmişdi. Lakin bədbəxtlik hər addımda onu müşayiət edirdi. Böyük ordusunu 
itirib,  o,  Fransaya  qaçdı.  Ordunun  kiçik  hissəsi  qalmışdı.  O,  1812-ci  il  dekabrında 
yalnız  yüz  min  nəfərdən  az  sayda  olan  adamla  geri  dönə  bildi.  İndi  Napoleon 
xalqların  ona  qarşı  qalxması  ilə  üz-üzə  dayanmışdı.  Almaniya,  İspaniya,  İsveç, 
Avropanın  hər  bir  xalqı  onu  məhv  etmək  üçün  ayağa  qalxmışdı.  Onun  ordusu 
taqətdən  düşmüşdü.  Vellinqton  tərəfindən  İspaniyada,  Blyuxer  tərəfindən  Reynin 
arxasında məğlubiyyətə uğradılmışdı.  
Sonda  isə  1814-cü  ilin  martında  müttəfiqlər  Parisdə  Napoleona  qarşı 
birləşdilər, imperator taxt-tacdan əl çəkdi və Elba adasına sürgün edildi. 1815-ci ilin I 
martında Napoleon sürgündən qaçıb, Fransaya gəldi, yenidən hakimiyyətə yiyələndi. 
Məşhur «Yüz gün»lük dövr başa çatanda, onun avantyurasına birdəfəlik son qoyuldu. 
18  iyunda  Vaterlooda  məğlub  edilən  Napaleon  bu  dəfə  Müqəddəs  Yelena  adasına 
sürgün edildi və orada 1821-ci ildə öldü.  
Bu  dövrdə  Amerika  özü  hərbi  dəstələrini  məşq  etdirir,  özünü  müharibənin 
çətinliklərinə öyrədirdi. Onun kiçik hərbi- dəniz qüvvələri ondan qeyri-adi istifadəyə 
görə  dünyanı  qorxudurdu.  Bu  donanmada  vur-tut  böyüklü-kiçikli  yeddi  freqat,  iki 
korvet və bir neçə kiçik briq var idi. Lakin onların dənizçiləri həqiqi professionallar 
idi, Amerikanın əsgərləri kimi heç də həvəskarlar deyildi. Onlar limanlardakı ingilis 
gəmilərinə  hücum  edir  və  onlara  qalib  gəlirdi.  Ona  görə  də  ingilis  gəmilərinin 
kapitanlarına  göstəriş  verilmişdi  ki,  onlar  dənizə  tək  deyil,  qrup  şəklində  çıxsınlar. 
Ölkədə  kiçik  hərbi  dəniz  qüvvələri  yaradıldı.  Müharibə  başa  çatdıqda  isə  göllərdə 
hərbi  gəmilər  qayrıldı.  Komandor  Perri  bir  cəsur  hərəkəti  ilə  1813-cü  ilin 

 
201 
sentyabrında  Eri  gölü  üzərində  nəzarətə  sahib  oldu  və  göl  ətrafındakı  onun  təsir 
göstərdiyi  qüvvələrin  Temza  üzərində  qəti  qələbəsi  şimali-qərbdə  müharibəyə  son 
qoydu.  
1814-cü  ilin  yayında  komandor  Makdonouq  ingilisləri  Şampleyn  gölündə 
qarşıladı və onun qələbəsi ingilislərin bura müdaxilə etməsinə birdəfəlik son qoydu. 
Müharibə  qızışdıqca  Birləşmiş  Ştatların  bərkdən-boşdan  çıxmamış  ordusunda 
intizam  yaranmağa  başladı.  Müharibə  şimalda  bir  neçə  təhqiramiz  və  alçaldıcı 
məğlubiyyətlə  başlandı.  Lakin  Landi  xəttində  1814-cü  ilin  iyulunda  amerikalılar 
britaniyalıları toplarını qoyub qaçmağa  məcbur etdikdə və hücumları  ilə bir gecədə 
qələbə çaldıqda, vəziyyət bütünlüklə dəyişməyə başladı.  
Müharibə  cənubda  qurtardı.  Britaniya  buraya  Pakenhamı  on  iki  min  adamla 
göndərmişdi.  Onlar  əsasən  ispan  döyüşlərinin  veteranı  olub.  Nyu  Orleanı  tutmaq 
məqsədilə bura göndərilmişdilər. 8 yanvar 1815-ci ildə general Endryu Cekson onları 
aldatdı və şəhərin altındakı kiçik quru zolaqdan keçərək qüvvələrinin yarısı ilə onları 
məğlub  etdi,  Pakenhamı  həmin  marşrutla  da  geri  göndərdi.  Onun  buraya  gətirdiyi 
adamlardan  vur-tut  iki  min  beş  yüzü  qalmışdı.  Ceksonun  özünün  itgisi  isə  səkkiz 
həlak olandan, on üç yaralanandan ibarət idi. Nyu Orleandakı bu görkəmli hadisədən 
iki  həftə  əvvəl  -  1814-cü  il  dekabrın  24-də  sülh  müqaviləsi  Belçika  şəhəri  Qentdə 
imzalanmışdı,  lakin  ölkə  bu  barədə  heç  nə  bilmirdi.  İngiltərə  bir  neçə  ay  əvvəl 
müqavilə bağlamağa hazır olduğunu bildirmişdi. Müharibə ona hər il üçün on milyon 
funt sterlinqə başa gəlmişdi və o real olaraq heç bir müvəffəqiyyət qazanmamışdı.  
Medison okeanın o tayına səlahiyyətli nümayəndələr göndərdi və dekabrda ilk 
şərtlər barədə razılıq əldə  edildi. Bu, sadəcə sülh və sərhədlər barədə  müqavilə idi, 
qadağa qaydaları çoxdan ləğv edilmişdi. Müharibə vətəndəki siyasətçiləri də sınağa 
çəkdi.  Yeni  İngiltərə  qanunun  tələb  etdiyi  kimi  müharibəyə  adam  və  pulla  kömək 
göstərdi.  Bunun  əsas  səbəbi  isə  o  idi  ki,  bu  ştatlar  həm  varlı  və  həm  də  daha  çox 
əhaliyə  malik  idi.  Ona  görə  də  onlar  nümayəndələri  Konqressdə  müharibəyə  qarşı 
etiraz  etmiş  Cənub  və  Qərblə  müqayisədə  müharibəyə  daha  çox  yardım  edirdilər. 
Müharibə davam etdikcə onların aparıcı adamlarının əhval-ruhiyyəsi daha səbrsiz və 
tabe olmamağa tərəf dəyişilirdi.  
İşlərin  bu  vəziyyətində  maliyyə  naziri  vəzifəsində  Qallatini  Dallas  əvəz 
etmişdi və o, Milli Bankın yaradılmasını təklif etmişdi.  
Massaçusetsin  qanunvericilik  orqanı  1814-cü  ildə  Hartfordda  Yeni  İngiltərə 
ştatlarının  nümayəndələrinin  qurultayını  çağırdı.  Onlar  Konstitusiyaya  düzəlişlər 
təklif  etdilər.  Təkliflər  bunlar  idi:  Konqressin  hər  iki  Palatasının  üçdə  iki  səsi 
olmadan  Birliyə  yeni  ştatlar  qəbul  edilə  bilməz.  Konqress  altmış  gündən  artıq 
müddətə  heç  bir  embarqo  qoymaq  səlahiyyətinə  malik  deyildir.  Prezident  yenidən 
seçilə bilməz və eyni ştatdan bir-birinin ardınca prezident seçilə bilməz.  
Hartford  qurultayı  Federalist  partiyasının  sonu  olsa  da,  bu  dövrün  qorxulu 
əlamətindən  başqa  bir  şey  deyildi.  Franklin  xeyli  vaxt  bundan  əvvəl  demişdi  ki, 
inqilab müharibəsi əlavə olaraq istiqlaliyyət uğrunda müharibəyə ehtiyac duyacaqdır. 
İngiltərə dövlət xadimləri güman edirdilər ki, dünyadakı yerinə və imtiyazlarına görə 
Amerika  böyük  dərəcədə  İngiltərədən  asılıdır.  Amerika  da  öz  düşüncəsində  belə 
asılılıq  mövqeyi  ilə  razılaşırdı.  Federalistlər  isə  İngiltərə  ilə  hər  hansı  razılıqdan  və 

 
202 
asılılıqdan  xəcalət  çəkirdilər.  Ölkə  özünə  hörmətin  nəticələrindən  bəhrələnməyə 
başladı. Birləşmiş Ştatlar hökuməti ratsional hərəkət etməyə başladı.  
Müharibə  böyük  Britaniya  üçün  ciddi  və  baha  başa  gələn  səhv  idi.  Nə  öz 
prinsipinə nail oldu, nə də özünə dost tapdı. Digər tərəfdən amerikanlar müharibədə 
çox şey əldə etdilər. Düzdür, müharibə Birləşmiş Ştatlar üçün də ağır xərc idi, maddi 
ziyan  yüz  milyon  dollar  məbləğində  idi.  Ölkənin  valyutası  dəyərdən  düşmüşdü. 
Paytaxt  işğal  edilmiş  və  yandırılmışdı.  Bütün  bunlarla  yanaşı  müharibə  amerikanlar 
üçün uğurlu oldu, dövlət kommersiya müstəqilliyinə və Avropa işlərindən son olaraq 
ayrılmağa nail oldu. Bu isə milli inkişaf üçün çox zəruri idi. Avropa bundan çox-çox 
əvvəl  qərara  gəlmişdi  ki,  respublika  hökuməti  uğur  qazana  bilməz  və  antik 
Yunanıstan və Roma daim nümunə kimi göstərilirdi.  
Hətta  Fransa  da  bir  nəslin  dövründə  respublikaya  çevrilmiş,  sonradan  yenə 
monarxiyanı təkrar etmişdi. Müharibədən əvvəl Birləşmiş Ştatlar heç vaxt birinci növ 
dövlət olacağını gözləmirdi. O vaxtlar ölkə başqa bir şeyi də güman etmirdi. Lakin 
millət anladı ki, öz gücünü göstərmək hesabına Amerika nəhəngə çevrilmişdir, özünə 
hörmət tələb edir və o vaxtdan etibarən amerikanlar bunu heç vaxt gizlətmədilər.  
Bu  dövrün  maraqlı  şəxsiyyətlərinə  gəldikdə,  amerikanlara  qarşı  ingilislər 
tərəfində vuruşan hindu komandanı Tekamseh böyük natiq kimi poetik gözəlliyi olan 
dilə  malik  idi.  O,  amerikan  generalı  Harrisonla  məşhur  danışıqlarını  aparanda  öz 
müraciətini  bitirdikdən  sonra  oturmaq  üçün  ətrafına  baxdı.  Lakin  heç  kəs  ona  yer 
saxlamamışdı.  O,  incik  adam  təsiri  bağışladı.  Ağ  adam  ona  general  Harrisonun 
yanında  yer  göstərib  dedi:  "Sənin  atan  arzu  edərdi  ki,  sən  onun  yanında  oturasan". 
Tekamseh cavab verdi: "Mənim atam Günəş, mənim anam isə Yerdir və mən anamın 
qucağında  istirahət  edəcəyəm"  deyərək,  quru  torpağın  üstündə  oturdu.  Tekamseh 
Harrisona  söz  vermişdi  ki,  ağlarla  hindular  arasındakı  müharibədə  döyüşçülərinə 
qadın və uşaqları qırmağa icazə verməyəcəkdir və o, öz sözünün üstündə durdu. Fort 
Menqsin  mühasirəsi  vaxtı  hindular  bir  neçə  əsiri  öldürmüşdülər.  Tekamseh 
hindularla əsirlərin arasına girib öz tamahavkını yelləndirdi ki, bu silah əvvəlki kimi 
kimisə  öldürməyə  cəsarət  edəcəkdir.  Bu  vaxt  etirazını  bildirmədən  qətllərin  şahidi 
olmuş  general  Prokterə  tərəf  dönüb  brkdən  dedi:  "Siz  necə  buna  icazə  verdiniz?" 
Prokter  cavab  verdi:  "Sənin  hinduların  özlərini  saxlaya  bilməzdilər".  Tekamseh 
qışqırdı: "Beqoin, sən komnadanlığa yaramırsan, get əyninə qız uşağı donunu geyin!" 
Uzun və faydalı ictimai karyeradan sonra Ceyms Medison üçün də istirahətə 
yollanmaq  vaxtı  gəlib  çatdı.  1816-cı  ildəki  prezident  seçkilərində  Rufus  Kinq  34 
elektor səsi, Ceyms Monro isə 183 səs aldı və beləliklə Monro prezident seçildi. Nyu 
Yorkun müharibə dövrünün qubernatoru Denis Tompkins vitse-prezident seçildi.  
Medison, "Dolli" Medison kimi tanınan nəcib arvadı ilə kənd evində istirahət 
etmək üçün Virciniyaya, Monpelyerə getdi. O, gənc dostları arasında illər keçdikcə 
qocalırdı.  O,  Konstitusiyanı  tərtib  edənlərdən  axırıncı  sağ  qalan  adam  idi.  Özəl 
həyatda iyirmi il yaşadıqdan sonra o, 1836-cı ildə vəfat etdi. Öz Prezident sələfləri 
olan  Tomas  Ceffersondan  və  Adamsdan  on  il  sonra  dünyadan  köçdü.  İkinci  və 
üçüncü Prezidentlər isə Amerika İstiqlaliyyətinin düz yarım əsrlik yubileyi günü - 4 
iyul 1826-cı ildə vəfat etmişdilər. Lakin heç bir prezident ahıl yaşında Medison kimi 
bütün xalqın belə dərin hörmətini qazanmamışdı.  

 
203 
Yeni Prezident Monro Böyük virciniyalıların axırıncısı və ən kiçiyi adlanırdı. 
O, xeyli az dərəcədə orijinal şəxsiyyət idi. Lakin həmin dövrdə prezidentliyə heç kəs 
ondan yaxşı yaramırdı. Bu vaxt xalq milli böyüklük arzulayırdı və qəhrəmana sitayiş 
etmək  meylində  deyildi.  İnauqurasiyasından  bir  az  sonra  yeni  prezident  ölkəni 
səyahətə  çıxdı  və  bu  səfər  uğurlu  oldu.  Onu  "inqilab  atalarının  axırıncısı"  kimi 
salamlayırdılar. Monro güclü kabinet seçdi. Con Kvinsi Adams dövlət katibi oldu. 

 
204 
Millətin iki hissəyə bölünməsinin əlamətləri. 
Ölkənin ərazisinin və mövqelərinin böyüməsi. 
 
Monro  Ceffersonun ətrafında  yığılan  siyasətçilər  qrupunun tərkibində idi.  O, 
ən  çox  əhalisi  olan  və  ən  nüfuzlu  ştatlardan  biri  olan  Virciniyanın  Respublikaçılar 
Partiyasının cazibə mərkəzi idi. Onun siyasi xadimləri özlərinin iyirmi beş elektorlar 
səsi ilə respublikaçılar partiyasının şurasında aparıcı rol oynayırdılar. Monro onların 
seçilmiş  dördüncü  virciniyalı  prezidenti  idi.  Onun  namizədliyi  Corciyadan  olan 
Krauforddan  yalnız  on  bir  səs  artıq  olmaqla  irəli  sürüldü.  Lakin  bu  birinci  qələbə 
qazanıldıqdan sonra prezident seçkisi uğurla davam etməyə başladı. Medison özünü 
dövlət  xadimi  kimi  göstərmişdi.  Lakin  bu  adi  hökumət  işlərində  deyil,  daha  çox 
özünü  hakimiyyət  institutlarının  yaradılmasında  və  qanunların  hazırlanmasında 
göstərirdi.  Monro  isə  prinsipləri  səylə  öyrənməsə  də,  konkret  işlərdə  ustalıq 
göstərirdi. Ölkə hələlik gənc rəhbərləri qəbul etmək üçün hazır deyildi və Monronu 
məğlub etmək üçün ona qarşı çıxan elə bir partiya da yox idi. Federalistlər özlərini 
gözdən salmışdılar.  
Heç şübhəsiz, həmin dövrdə Monronun prezident seçilməsi olduqca uğurlu bir 
iş  idi.  Təcavüzkar  hakimiyyət  adamı  o  illərdəki  sülhü  poza  bilərdi.  Yeni  prezident 
Medison  kabinetinin  üzvü  olarkən  kifayət  dərəcədə  bacarıqlı  adam  kimi  özünü 
göstərə bilməmişdi. O, 1811-ci iiln aprelində Dövlət katibi vəzifəsini qəbul etmişdi 
və Medison üçün aparıcıya deyil, sadəcə onun yoldaşına çevrilmişdi. O, xüsusi gücə 
malik  deyildi,  lakin  möhkəm  xarakterdən  də  xali  deyildi.  O,  vacib  məsələləri  daim 
diqqətdə saxlayırdı.  
Yeni  əsr  başlayan  vaxtdan  və  Adams  prezidentlikdə  öz  yerini  Ceffersona 
təhvil  verdikdən  sonra  Birləşmiş  Ştatların  tərkibinə  tezliklə  yeni  ştatlar  gəlməyə 
başladı. 1802-ci ildə Ohayo, 1812-ci ildə Luiziana, 1816-cı ildə İndiana, 1817-ci ildə 
Missisipi,  1818-ci  ildə  İllinoys,  1819-cu  ildə  Alabama  ştatları  Birləşmiş  Ştatların 
tərkibinə daxil oldu. Onların çoxu Missisipi vadisində meydana gəlmişdi. Bu vadidə 
yeni  birliklər  yetişmişdi  və  yeni  xalqın  həyat  qüvvələri  qalxırdı.  Elə  bil  ki,  burada 
yeni  irq  yaranmışdı,  bu  Yeni  İngiltərənin  və  ya  Cənubun  sadəcə  övladları  deyildi, 
Şərqdə meydana gələn kimi iki xalqın qarışığından yaranmamışdı. Köhnə Dünyadan 
olan  adamlardan  formalaşmamışdı.  Buranın  adamları  daha  çox  Nyu  Yorku  və 
Pennsilvaniyanı andırırdı.  
Avropada  isə  hadisələr  başqa  məcrada  davam  edirdi.  Velliqtonun  və 
Blyuxerin  bacarığı  nəticəsində  1815-ci  il  iyunun  18-də  Vaterlooda  müttəfiqlərin 
qüvvələri  fransızlar  üzərində  qələbə  çaldılar  və  Avropa  yenidən  sülhə  nail  oldu. 
Fransa  inqilabının  ilk  dövrlərindən,  Amerikada  federal  hökumət  təsis  edildiyi 
vaxtdan  okean  ilk  dəfə  düşmənçilik  edən  silahlı  qüvvələrdən  təmizləndi.  Bütün 
gərginliklər  yumşaldı  və  qərbdəki  yeni  dövlət  nəhayət  sınaqdan  çıxarıldı  və  o  öz 
işlərini kənardan müdaxilə və təsir olmadan həyata keçirməyə başladı. Sülh ticarətin 
bütün  sifətini  dəyişdi.  Müharibənin  vurduğu  yaralardan  sonra  Avropada  məhsul  qıt 
idi  və  Amerika  sahilləri  okeanın  o  tayındakı  bazara  ərzaq  aparmaq  üçün  gələn 
gəmilərlə dolu idi. İngilis tacirləri yenidən öz mallarını amerika limanlarına daşıyıb 
tökməyə  başladılar,  axı  onlar  üçün  bu  limanlar  embarqo  və  müharibəyə  görə  xeyli 
vaxt bağlı qalmışdı. Hər bir xalqın dənizçisi ticarət üstündə rəqabət apara bilirdi.  

 
205 
Amerika ticarət limanlarının gəmi sahibləri öz gəmilərini satıb, əldə etdikləri 
kapitalı  daxili  bazarın  böyük  ehtiyac  hiss  etdiyi  malları  istehsal  etmək  üçün 
manufaktura  yaratmağa  qoyurdu.  1815-ci  il  ərzində  təkcə  toxuculuq  fabriklərinin 
yaradılmasına on beş milyon dollara yaxın investisiya qoyulmuşdu. Yeddi il ərzində 
toxuculuq  manufakturalarının  sayı  və  istehsal  gücü  müqayisə  olunmaz  dərəcədə 
artmışdı. Amerika fabrika sistemi yaradıldı. Pambıq əyrici fabrikalardan başqa yun, 
hətta ipək əyirici manufakturalar meydana gəldi. İngiltərədən satın alına bilinməyən 
maşınlar  Amerikanın  özündə  istehsal  edilməyə  başlandı.  İri  dəmir  manufakturaları 
yaradıldı.  Dəri  və  xəz  emalı  genişlənirdi.  Kənd  yerlərində  bol  olan  taxıldan  likyör 
hazırlanırdı. Şüşə, gil qablar, mebel, ölkədə əsasən çox işlədilən malların demək olar 
ki,  hamısı  tezliklə  burada  istehsla  edilən  malların  siyahısına  əlavə  edildi.  Orta 
ştatlarda  və  şərqdə  manufaktura  regionları  meydana  gəldi.  Lakin  gənc  sənaye  üçün 
İngiltərədən açıq limanlara axışıb gələn malların idxalı ciddi təhlükə yarada bilərdi. 
Bunun  çarəsi  himayəçilik  tarifində  tapıldı.  Vaxtilə  bunu  görməyi  ilk  dəfə  Hamilton 
arzu  etmişdi.  Konqresin  gənc  respublikaçı  liderləri  heç  bir  tərəddüdə  yol  vermədən 
bunu  müdafiə  edib,  1816-cı  ilin  aprelində  belə  tarifi  təsis  etdilər.  Medison  özü  də 
buna  rəğbət  göstərir  və  onun  qoyulmasını  təkid  edirdi.  Vaxtilə  o,  milli  bankın 
yenidən qurulmasını da belə müdafiə etmişdi. Konqressin qərbdən olan üzvləri bunu 
müdafiə  etdilər,  çünki  onlar  kətana  rüsum  qoymaq  istəyirdilər.  Delaver  və  Şimali 
Karolina  istisna  olmaqla  Birləşmiş  Ştatlarda  hər  bir  ştatın  azı  bir  üzvünün  səsi  bu 
tarifin təsis edilməsinə razılıq verdi.  
Müxtəlif dünyagörüşdən olan və mənafeyə xidmət edən adamların əksəriyyəti 
ölkəyə  təkcə  siyasi  deyil,  həm  də  iqtisadi  müstəqillik  verilməsini  arzulayırdı. 
Rüsumlar o qədər də yüksək deyildi, bu pambıq və yun mallar üçün iyirmi beş faiz 
və digər manufaktura mallarına isə proporsional qaydada rüsum qoyulmasını nəzərdə 
tuturdu. Lakin pambıq və yun mallara qoyulan rüsum xeyli ağır idi. Yeni tarif xarici 
rəqabətə qarşı səmərəli müdafiə vasitəsinə çevrildi. Bu şeyləri planlaşdıran adamlar 
təhlükəni, həmçinin inkişafın özündə gördülər.  
Böyük  əraziyə  malik  olan  ölkənin  özünün  inkişafı  əldə  olunmaya  da  bilərdi. 
Çünki  bu  böyük  ərazidə  yollar  yox  idi.  Yolların  olmaması  hətta  müharibə  vaxtı 
şimaldakı ordulara köməklik göstərilməsini çətinləşdirmişdi. Yalnız çaylar və göllər 
magistral yol rolunu oynayırdı. Su ilə hərəkəti yaxşılaşdırmaq üçün yollar və kanallar 
çəkmək  lazım  idi.  Federal  hökumət  Kemberlend  dərəsindən  qərbə  doğru  yol 
çəkməyə başladı və bu yol Ohayo torpaqlarına aparan magistral olacaqdı.  
Hökumətdə  rəhbərliyə  gənc  adamlar  gəlirdi.  Medison  prezident  olanda 
Corciyadan Konqressin yeni liderlərindən olan Kraufortu öz kabinetinə dəvət etmişdi 
və  Monro  onu  maliyyə  naziri  kimi  saxladı.  O,  həmçinin  Cənubi  Karolinadan  olan 
Kalhounu  hərbi  nazir  vəzifəsinə  dəvət  etdi.  Dövlət  katibi  vəzifəsi  isə  Con  Kvinsi 
Adamsa həvalə edildi.  
Ceffersonun  və  Medisonun  pensiyada  olduqları  sakit  yerlərdən  yazdıqları 
məktublar ölkəni radikal dəyişikliklərdən bütünlüklə saxlaya bilmədi. İşlərin miqyası 
ilbəil  böyüyürdü.  Əhalinin  qabarma  kimi  qərb  diyarlarına  hərəkəti  meydana  gəldi, 
yeni  ştatların  məskunlaşmasına  başlandı.  On  il  ərzində  əhalinin  sayı  7,2  milyon 
nəfərdən 1820-ci ildəki 9,6 milyon nəfərə çatdı. Monronun prezident olduğu 1817-ci 
ildə  iyirmi  min  immiqrant  ölkənin  limanlarına  gəldi.  Monro  adminstrasiyasının  ilk 

 
206 
dörd ili ərzində Birləşmiş Ştatlara beş yeni ştat qəbul edildi, bundan əvvəlki dövrdə 
isə bir belə sayda ştat yalnız iyirmi beş il ərzində Birliyə qəbul olunmuşdu və yalnız 
sonrakı iyirmi beş ildə də bir belə ştat Birliyə daxil olacaqdı. Ştatların siyahısı hələ 
tamamlanmamışdı. Millətin həyatında yavaş-yavaş gedən uzun bir proses baş verirdi. 
Cefferson bunu "gecədə məşəl kimi" adlandırırdı.  
1818-ci ildə Missuri ərazisi Birləşmiş Ştatlara qəbul olundu. Missuri cənubda 
məskunlaşmışdı. Qul sahibkarları buraya ilk məskunlardan sonra gəlmişdilər. Onlar 
Birləşmiş  Ştatların  tərkibinə  daxil  olarkən  onların  konstitusiyasında  icazə  verilən 
quldarlıq  institutunun  saxlanmasını  xahiş  etdilər.  Burada  bir  andaca  ehtirasları 
qızışdıran  bir  sual  meydana  çıxdı.  Şimal  quldarlığı  ləğv  etmişdi,  Cənubun 
iqtisadiyyatı  və  sosial  qaydaları  isə  məhz  quldarlığa  əsaslanırdı.  Cənub  dövlət 
xadimləri  millətin  hakim  partiyasının  şurasında  on  altı  il  ərzində  aparıcı  rol 
oynamışdı.  Cənubdan  olan  adamlar  həmçinin  Qərbdə  idarəçiliklə  məşğul  olurdular. 
Böyük  Nyu  York  ştatı  yarıbayarı  bu  regiondan  məskunlaşmağa  dəvət  edilmiş 
adamlarla  dolmuşdu  və  Yeni  İngiltərə  ilə  yeni  ştatların  qurulduğu  uzaq  vadilərin 
arasında  yerləşirdi.  Menin  tutulmamış  meşələri  də  əl  altında  idi  və  şimala  çıxmaq 
üçün  bu  asan  yol  idi.  Yeni  İngiltərənin  özünün  sərhədləri  hələ  məskunlaşmağı  və 
inkişaf etməyi gözləyirdi. Massaçusetsdə inqilab veteranları tərəfindən təşkil edilən 
Ohayo  Kompaniyasının  xüsusi  cəhdi  ilə,  böyük  çayın  sahillərindəki  satın  aldıqları 
torpaqlara Yeni İngiltərədən məskunlar göndərilir və bu torpaqlar çiçəklənirdi. Məhz 
bu  məskunlar  -  1802-ci  ildə  Ohayonun  gənc  ştat  kimi  Birləşmiş  Ştatlara  daxil 
olmasında  görkəmli  rol  oynamışdılar.  Kentukki  və  Tennessi  bir  ştat  kimi  ovçular, 
meşəçilər,  ilk  buranı  kəşf  edənlər,  məcaraçılar  tərəfindən  yaradılmışdı.  Ohayoya 
adamlar həm şimaldan, həm cənubdan axışırdı. Missisipi isə onun qərbə doğru açılan 
qapısının yanında idi və Tennessinin qərb tərəfdən qarşısında olan torpaqları tuturdu.  
Konfederasiyanın konqressi hələ 1787-ci ildə yaxşı düşünülmüş bir plan kimi 
dekret  qəbul  etmişdi.  Bu  dekret  həmin  vaxtadək  qanun  xarakteri  daşıyırdı  və  əbədi 
olaraq  quldarlığı  qadağan  edirdi.  Cənubdan  Ohayo  ətrafına  gələn  ilk  məskunlar 
burada  yeni  birlik  yaratdılar,  onların  arxasınca  Kentukkidən  və  Tennessidən, 
Virciniyadan  və  Şimali  Karolinadan  adamlar  gəlməyə  başladı.  Onlar  dəfələrlə 
Konqressə  müraciət  etdilər  ki,  onların  yeni  vətənində  qula  sahib  olmağa  və  qul 
əməyindən  istifadə  etməyə  onlara  icazə  verilsin.  Lakin  Konqress  qanunu 
yumşaltmaqdan  imtina  edirdi.  Missisipidə  isə  belə  qadağa  yox  idi.  Qul  sahibləri 
torpaq götürür və öz qullarını orada yerləşdirirdilər. Bu region Missisipinin arxasında 
satın  alınmış  geniş  Luizianadan  qoparılmışdı.  Buradakı  torpaqlar  yeni  regiondakı 
açıq preriyalara tərəf uzanırdı və Konqress burada heç bir qanun tətbiq edə bilmirdi. 
Bu  adamlar  fərasətli  irq  idi,  onlar  müharibədə  tərbiyə  olunmuş  və  qanunsuz 
səltənətin sakinləri idi. Onlar çayı keçib böyük Luiziana ştatında özlərini azad etmək 
istəyirdilər. Onlar üçün fərqi yox idi ki, Cefferson bu regionu satın alacaqdır, ya yox. 
Belə  adamlar  Birləşmiş  Ştatlara  daxil  olarkən  etdikləri  xahişə  rədd  cavabı  almağı 
xoşlamırdılar.  Həm  də  onların  Konstitusiyası  şərq  siyasətçilərinin  qəzəbinə  səbəb 
olan institutlara icazə verirdi. Bu quldarlığın genişləndirilməsinə, əlbəttə ki, əlverişli 
şərait yaradırdı.  

 
207 
Quldarlıq  Şimal  ştatlarından  iqtisadiyyatında  yararlı  olmadığını  göstərmişdi, 
bu  ştatlarda  azad  əmək  ilk  əvvəldən  üstünlük  təşkil  edirdi  və  ona  görə  də  indi 
quldarlıq qadağan edilmişdi.  
Cənubda  isə  digər  tərəfdən  cəmiyyətin  başqa  qaydaları  qoyulmuş  və  qəbul 
olunmuşdu.  Burada  başlanğıcdan  kübar  sistemi  və  həyat  tərzi  mövcud  idi.  İnqilab 
günlərində  hətta  cənubda  da  quldarlıq  əleyhinə  hisslər  dilə  gətirilirdi.  Quldarlıq 
əleyhinə ən böyük etiraz isə xüsusi olaraq Virciniyada mövcud idi, onun sakinləri öz 
ştatlarının  nümayəndələrinə  və  liderlərinə  etibar  edirdilər.  Lakin  cənubluların 
müharibə  dövründəki  azacıq  hissləri,  qul  əməyi  ilə  becərilən  pambıq  tarlalarında 
istehsal edilən məhsulun əhəmiyyəti artdıqca yoxa çıxmağa başladı. Bu pambığı isə 
Köhnə  və  Yeni  İngiltərənin  əyirici  və  toxucu  fabrikləri  gözləyirdi.  Uitninin  ixtira 
etdiyi  pambığı  mahlıca  çevirən  cin  hətta  səriştəsi  olmayan  qullar  vasitəsilə  minlərlə 
funt pambığı bir gündə təmizləməyə imkan verirdi. Bu avadanlıq olmadıqda bir qul 
gündə yalnız beş və ya altı funt pambıq təmizləyə bilirdi.  
Zəncilər  açıq  tarlada  cənubun  qızmar  günəşinə  dözdükləri  halda,  ağ  adamlar  buna 
dözə bilmirdilər. Zənci əməyi cənubda çox vacib idi. Cənub adamları onlara uyğun 
gələn  sistemi  artıq  görmüşdülər.  Onların  sadə  həyat  tərzi  onu  göstərirdi  ki,  Şimal 
əhalinin sayında və var-dövlətdə onları ötüb keçməli idi.  
Ağ immiqrantlar, azad işçilər Cənuba gəlmirdilər. Burada manufakturalar da 
tikilmirdi,  ona  görə  də  burada  yeganə  işçi  qüvvəsi  bacarıqsız,  qayğı  çəkməyən  və 
səriştəsiz  qullar  idi.  Əgər  Cənub,  adamlar  və  var-dövlət  üçün  yarışda  öz  yerini 
tutmasaydı, o güc üçün yarışda da öz yerini itirməli idi.  
Şimal  ştatları  böyüdüyündən  idarəetmədə  çoxluq  təşkil  edərək,  cənubluların 
xüsusi  mənafelərinə  öz  istəklərinə  müvafiq  olaraq  laqeyd  münasibət  göstərirdilər. 
Şimal  adamları  şübhə  etmirdilər  ki,  belə  çoxluqdan  onlar  Cənuba  qarşı  təsir 
göstərmək  üçün  istifadə  edə  biləcəklər.  Onların  liderləri  səmimi  qaydada  hiss 
edirdilər  ki,  Şimalla  Cənubun  arasındakı  bu  antoqonizm  onların  sosial  standartları 
arasındakı,  iqtisadi  şəraitlərdəki,  mənafelər  və  düşüncə  tərzləri  arasındakı  kəskin 
fərqlərdən irəli gəlir və bunlar ildən ilə gərginliyi daha da artırır.  
Artıq  onlar  görürdülər  ki,  millət  iki  parçalanmış  hissəyə  bölünür,  onların 
maraqları  və  mənafeləri  bir-birinə  uyğun  gəlmir  və  onlar  arasındakı  münasibət, 
ayrılıqda  hər  birinin  əleyhinə  olmaqla  yaxşı  tarazlıqda  saxlanmalıdır.  Bu  tarazlığı 
saxlamaq  risq  tələb  edirdi,  ondan  imtina  etmək  isə  məhvedici  ola  bilərdi.  Bu  vaxt 
Birləşmiş  Ştatların  tərkibinə  yeni  ştatın  quldarlıq  konstitusiyası  ilə  girməsi 
məsələsinin  üzərinə  xoşagəlməyən  işıq  salındı.  Cənub  və  Şimal  sakinləri  arasında 
bölgüdən sonra Luiziana ərazisi necə olacaqdı? Ohayo xətti, razılaşdırıldığı təqdirdə 
azad  və  quldar  ştatları  bir-birindən  ayıracaqdır.  Missuri  və  Alabama  Luiziana  satın 
alındıqda,  İllinoys  və  İndianadan  ayrılıb  ştatlar  siyahısına  daxil  oldu.  Əgər 
Nümayəndələr  Palatası  kimi  Senat  da  bütünlüklə  şimal  çoxluğunun  əlinə  keçsəydi, 
Luiziana  diyarının  da  bölünməsi  baş  verəcəkdi.  Missuri  ilə  əlaqədar  hadisə 
mənafelərin,  inkişafın  və  siyasi  hakimiyyətin  başlıca  məsələsinə  çevrildi.  İki  il 
ərzində  bu  məsələ  şübhələr  içərisində  asılı  qaldı,  Konqressin  palatalarının  hər 
ikisində və onların iştirakı olmadan müzakirə edilirdi və nəhayət məsələ kompromiss 
əsasda  yekunlaşdı.  Belə  razılaşdırıldı  ki,  Missuriyə  onun  öz  şərtləri  əsasında 
Birləşmiş Ştatlara girməyə imkan veriləcəkdir, bu ştat özünün əsas qanunu ilə təsbit 

 
208 
edilmiş quldarlıqla Birliyə daxil olacaqdır, lakin onun bəzi ərazilərində - şimali-qərb 
ərazilərində  həmişəlik  olaraq  quldarlıq  qadağan  ediləcəkdir.  Missuri  bunu  başa 
düşdüyündən  ona  1820-ci  ildə,  Konstitusiyasında  quldarlıq  nəzərdə  tutulan  bir  ştat 
hökumətini yaratmaq səlahiyyətləri verildi.  
Elə  həmin  vaxtda  uzaq  Yeni  İngiltərədəki  Menin  də  Birləşmiş  Ştatların 
tərkibinə daxil olması haqqında qanun qəbul edildi. Qərbdəki yeni quldarlıq ştatı ilə 
tarazlıq yaratmaq üçün bu ştat meydana gəldi. Bir müddətə təşviş doğuran məsələ bu 
yolla sakitləşdi. Lakin elə bundan da müzakirələrin uzun prosesi başlandı. Bölünmüş 
mənafelər, bölgü antonoqonizmi hissi, bu və ya digər tərəfdə acı şəxsi hisslər, əsaslı 
ziddiyyətlərin  və  prinsip  ayrılığının  açıq  razılaşma  əsasında  qoyulması  düşünən 
adamların şüuruna ciddi surətdə təsir edirdi, tezliklə və ya asanlıqla hər şeyi alt-üst 
edə bilərdi. 
Koloniyalarda quldarlığa qarşı ilk dəfə XVII əsrin son hissəsində kvakerlər və 
Pennsilvaniya  almanları  çıxdılar.  Metodizmin  görkəmli  banisi  cənuba  səfər  edib 
quldarlıq  institutunu  "bütün  əclaflıqların  məcmuu"  adlandırdı.  1773-cü  ilə  qədər 
İngiltərədə  qullar  qalırdı.  Həmin  ili  baş  hakim  Mensfild  məşhur  Somerset  məsələsi 
ilə  əlaqədar  qərara  aldı  ki,  İngiltərədə  qulları  saxlamaq  qanunsuz  olmuşdur  və  bu 
qərar  əsasında  on  dörd  minə  yaxın  qara  adam  azad  olundu  və  o  vaxtdan  sonra  heç 
vaxt bu qərar dəyişilmədi.  
İnqilabın başlanğıcında Şimali Amerikadakı bütün koloniyalar qula malik idi. 
Lakin Şimal ştatları tezliklə qulları azad etməyə başladı, özü də bunu mənəvi, əxlaqi 
motivlərə  görə  deyil,  bu  institutun  faydalı  olmamasına  görə  edirdi.  Massaçusets 
məhkəmələri  öz  qərarları  ilə  quldarlığı  ləğv  edirdi,  daimi  emansipasiyanı 
Pennsilvaniya  1780-ci  ildə,  Nyu  Hempşir,  Konnektikut  və  Rod  Aylend  isə  1784-cü 
ildə,  Nyu  York  1799-cu  ildə  həyata  keçirdi.  Vaxtilə  Cefferson  İstiqlaliyyət 
Deklarasiyasına  qul  alverinə  qarşı  maddə  salmışdı.  Lakin  onu  Deklarasiyanın 
mətnindən  çıxardılar.  1787-ci  il  Ordinansı  ilə  Şimli-Qərbdən  quldarlıq  çıxarıldı. 
1808-ci  il  qanunu  qul  ticarətini  qadağan  etməklə,  bu  instituta  qarşı  olanlara  bir 
yüngüllük gətirdi, çünki onlar ümumi qaydada inanırdılar ki, artıq quldarlıq arteriyası 
kəsilmişdir və quldarlıq hökmən Cənubda da öləcəkdir, necə ki, şimalda ölmüşdür.  
1784-cü ildə Cənubi-Qərbin hökumətləri üçün bir ordinans təqdim edilmişdi. 
Birləşmiş  Ştatlara  "artıq  qatılan  və  qatılanacaq"  ərazilər  Cənub-Qərb  adlanırdı, 
bunlar  sonralar  Kentukki,  Tennessi,  Missisipi  və  s.  ştatlar  oldular.  Bu  qanuna  görə, 
1800-ci ildən sonra həmin ərazilərdə quldarlıq qadağan olunurdu. Lakin qanun yalnız 
bir  səs  çoxluğu  ilə  keçmədi.  Bu  qanun  o  vaxt  qəbul  olunsaydı  və  səmərəli  həyata 
keçirilsəydi,  quldarlıq  cənubdakı  bir  neçə  Atlantik  ştatda  qapanıb  qalardı  və  heç 
şübhəsiz öz təbii ölümü ilə də ölərdi. Lakin bu qanunun lehinə səs verməli olan Nyu 
Cersili  üzv  səsvermə  keçirilən  günü  iclasda  yox  idi.  Beləliklə,  Amerika  tarixinin 
bütöv xətti 1784-cü ildə həmin gün Konqressdə bir nəfərin olmaması ilə dəyişdi.  
Missuri əhalisi Konstitusiya qəbul edəndə onlar belə bir maddə salmışdılar ki, 
azad zəncilərin və mulatların icmadan çıxarılması qanunveiciliyin vəzifəsi olsun. Bu 
Konqressdə  böyük  müzakirəyə  səbəb  oldu.  Konstitusiya  bütün  vətəndaşlara  eyni 
qarantiya verirdi.  
On  altıncı  Konqress  1819-cu  ilin  dekabrında  yığılmaqla,  Missuri 
Kompromissinə  görə  unudulmaz  oldu  və  bu  böyük  məsələ  tezliklə  yekun  həllinə 

 
209 
çatdı.  Bu  məsələdə  iki  palata  razılığa  gəlmədiklərindən,  qərarı  birgə  komitə  ilə 
hazırladılar.  Henri  Kley  komitənin  sədri  idi  və  bu  fakta  görə  Missuri 
Kompromissinin müəllifi kimi tanındı. Komitə qanun layihəsi təqdim etdi. Ona görə 
Missuri  ilkin  ştatlarla  bərabər  qaydada,  bu  şərtlə  qəbul  edilməli  idi  ki,  onun 
konstitusiyası  heç  vaxt  belə  tərtib  edilməyəcəkdir  ki,  hansısa  qanunla  özünə 
səlahiyyət versin ki, digər hər hansı bir ştatın vətəndaşını Birliyin digər hissələrində 
istifadə  etdiyi  imtiyazlardan  məhrum  edə  bilsin  və  Missurinin  qanunvericiliyi 
təntənəli  qaydada  bu  şərtlə  razılaşdığını  bəyan  edəcəkdir.  Bu  qanun  1821-ci  il 
fevralın  28-də  qəbul  edildi.  Missuri  bu  şərti  qəbul  etdi  və  Birliyin  ştatına  çevrildi. 
Missuri  Kompromissi  ilə  Missuri  qul  ştatı  kimi,  Massaçusetsdən  ayrılan  Men  isə 
quldarıq  olmayan  ştat  kimi  Birliyə  daxil  edilirdi  ki,  BŞ  Senatında  bölmə  tarazlığı 
saxlansın.  Kompromiss  həmçinin  satın  alınmış  Luiziananın  digər  yerlərində 
quldarlığı qadağan edirdi. Beləliklə qanun Missurini azad deyil, quldarlıq ştatı kimi 
təsbit  edirdi  və  o  vaxtdan  etibarən  geniş  dərəcədə  Konqressin  iradəsinə 
əsaslanacaqdı. 
Missuri  mübahisəsi  uzağa  gedən  nəticəyə  malik  idi.  Bu  ümumən  Cənubun 
qələbəsi  hesab  olunurdu,  çünki  Missuri  Birliyə  əslində  qul  ştatı  kimi  qəbul  edildi. 
Lakin  Kompromiss  30-36  xəttində  elan  olunmuşdu,  bu,  şimal  üçün  faydalı  idi. 
Qanunun  bir  hissəsi  34  il  sonra  ləğv  edildi,  lakin  bu  vaxt  quldarlığı  Ayovadan  və 
Şimali-Qərbin  digər  hissələrindən  kənarda  saxlamaq  böyük  iş  idi.  Missuri 
Kompromissi ilə böyük siyasi qüvvələr hərəkətə gəldi.  
Ahıl  yaşlı  eks-prezident  Tomas  Cefferson  Missuri  məsələsinin  dərin 
əhəmiyyətə  malik  olan  bir  iş  olduğunu  ilk  görənlərdən  biri  oldu.  O,  1819-cu  il 
dekabrın 10-da Missuri müzakirəsi ilə razılaşdığı barədə Con Adamsa məktub yazdı: 
"Banker Hill döyüşündən Payls müqaviləsinə qədər biz heç vaxt belə bədnam məsələ 
ilə  qarşılaşmamışıq.  Mən  Allaha  minnətdaram  ki,  onun  sonuna  şahid  olmağa  qədər 
sağ  qalmayacağam".  Cefferson  ölkənin  gələcəyi  üçün  böyük  təşviş  hissi  keçirirdi. 
Kompromiss  xətti  həll  edildikdən  sonra  o,  yazırdı:  "Məsələ  indi  yatmışdır,  lakin  o, 
ölməmişdir"  və  "Bu  ani  məsələ  gecədəki  yanğın  zəngi  kimi  məni  oyadacaq  və 
dəhşətə  gətirəcəkdir.  Mən  güman  edirəm  ki,  bu  nəhayət  Birliyi  diz  üstə 
çökdürəcəkdir".  Lakin  sonra  o,  ümid  etməyə  başladı.  1820-ci  ilin  26  dekabrında  o, 
Lafayetə yazırdı: "Azadlığın qabaran dənizi doğrudan da heç vaxt dalğasız olmur və 
o Missuridən indi bizə tərəf gəlir, lakin biz digər bütün hallarda olduğu kimi onu ram 
edib, üstündə çapacağıq".  
Beləliklə digər hadisələr ekspansiya prosesində irəli çıxdı və böyüdü. 1810-cu 
ildə  Medison  Qərbi  Floridanı  ölkənin  mülkiyyətinə  götürdü.  Körfəzlə  Missisipi 
arasındakı sahil zolağı Mobil üzərinə açar idi. Əvvəllər bu Luiziananın torpaqlarının 
bir  hissəsi  idi,  1803-cü  ildə  Birləşmiş  Ştatların  mülkiyyətinə  verilmişdi.  Bu 
güzəştdən  yeddi  il  sonra  belə  bir  ərazi  ispanların  əlində  qalırdı,  onlar  isə 
düşünürdülər  ki,  Floridanın  bütün  hissələrini  birləşdirəcəklər.  Lakin  Napoleona 
Luiziananı Birləşmiş Ştatlara satmasına mane olmaq üçün heç bir yolla təsir göstərə 
bilmədilər. Məskunlar isə buraya ştatlardan axışırdı. Onların qətiyyətliliyi nəticəsində 
tezliklə ispan idarəçiliyi hadisələrin gedişi ilə yaranan qarışıqlığa atıldı və Medison 
məhz onların mənafelərindən hadisələrə müdaxilə etmək üçün istifadə etdi. 1813-cü 
ilin  aprelində  ispan  qarnizonları  Mobildə  öz  postlarını  tərk  etməmişdən  əvvəl 

 
210 
Konqress onların bunu etməsini gözləmədi. Artıq 1812-ci ildə bu ərazi yeni Luiziana 
ştatının  bir  hissəsi  kimi  elan  edilmişdi.  Həmin  il  bu  ştat  yaradılmış  və  Birləşmiş 
Ştatların tərkibinə daxil edilmişdi.  
İspaniya  bu  vaxt  heç  bir  müqavimət  mövqeyi  nümayiş  etdirməmişdi. 
Napoleon orduları 1810-cu ildə İspaniyanı viran edirdi. İspaniya Vellinqtonun Fransa 
marşallarına qarşı özünü düşmən kimi apardığı döyüş meydanına çevrilmişdi. 1811-
1812-ci  illərdə  burada  ingilis  qüvvələri  ilə  fransızlar  arasında  ciddi  döyüşlər 
getmişdi.  İspaniyanın  Cənubi  Amerikadakı  müstəmləkələri  ona  qarşı  üsyan 
qaldırdılar və onları yatırtmaq üçün İspaniyanın gücü yox idi. Napoleon Avropanı öz 
hakimiyyəti altına alanda İspaniya heç nə edə bilmirdi.  
Birləşmiş  Ştatlar  hökuməti  bu  sərhəd  barədə  öz  iddialarını  irəli  sürdü. 
Müvafiq  olaraq  əyalətdəki  pis  idarə  olunan  başıpozuqluqda  da  özünə  kifayət  qədər 
yararlı səbəb tapdı. 1811-ci ilin əvvəllərində Konqress prezidentə Qərbi Florida kimi 
Şərqi Floridanı da "müvəqqəti mülkiyyətə" götürmək barədə səlahiyyətlər verməkdə 
tərəddüd etmədi. Lakin Konqressin bu qətnamələri 1818-ci ilə qədər açıq şəkildə elan 
edilmədi.  Yalnız  prezident  bu  məsələ  naminə  təcavüz  və  həqiqi  işğal  üçün 
qabaqcadan  əlavə  tədbirlər  gördü  və  1818-ci  ildə  bu  məsələ  birdəfəlik  həll  olundu. 
Endryu Cekson Mobildə komandan təyin edildi. Qırmızı dərililər İspan Floridasının 
sərhədlərinin  içərilərinə  keçdiklərinə  görə  o,  onları  təqib  etməyə  başladı  və  bu 
məsələdə  heç  də  tərəddüd  göstərmədi.  İspanların  hindulara  Müqəddəs  Markda  və 
Pensakolada  sığınacaq  verməsindən  şübhələndiyinə  görə,  o,  bu  iki  yeri  tutdu  və  öz 
işini başa çatdırdığı barədə məlumat verdi. O, İspaniya ərazisində tutduğu iki ingilis 
təbəəsindən birini dar ağacından asdı, digərini isə güllələdi. Lakin o, başa düşürdü ki, 
onun  əsas  vəzifəsi  Şərqi  Floridanı  faktiki  olaraq  işğal  etməkdir.  Monro  və  kabineti 
onun  nə  etdiyindən  xəbər  tutduqda  ciddi  narahat  oldu  və  tezliklə  Pensakolanı  və 
Müqəddəs Markı ispan hakimiyyətinə qaytardı.  
İspaniya  hökuməti  isə  öz  növbəsində  aydın  görürdü  ki,  Florida  necə 
müdafiəsizdir və onlar üçün necə faydasızdır, bu ərazi bütün qitəyə yayılan Birləşmiş 
Ştatlar dövlətinin küncündə olmaqla, onu bölürdü. Beləliklə 1819-cu ilin fevralında 
Vaşinqtondakı  İspaniya  səfiri  öz  hökuməti  tərəfindən  ona  verilmiş  yeni  təlimata 
uyğun  hərəkət  edərək  müqavilə  imzaladı.  Bu  müqaviləyə  görə,  Florida  bütünlüklə 
Birləşmiş  Ştatlara  verilirdi,  əvəzində  isə  bütün  iddiaları  ödəmək  üçün  beş  milyon 
dollar  haqq  verilməli  idi.  Bütün  bunlardan  başqa  Texas  ölkəsinə  olan  bütün 
hüquqlarından  da  Birləşmiş  Ştatlar  əl  çəkmirdi.  Çünki  burada  onun  torpağa  malik 
olmaq üçün hüquqları Floridanın hər hansı bir hissəsinə olduğundan daha əsaslı idi. 
Senat  nəhayət  müqaviləni  təsdiq  etdi.  İspaniya  hökuməti  iki  il  ərzində  bu 
müqavilənin  ratifikasiyasına  qayıtdı  və  1821-ci  ildə  onu  təsdiq  etdi.  Beləliklə 
müəmmalı məsələyə son qoyuldu.  
Həm  Medison,  həm  də  Monro  özlərini  çox  çalışqan  aparırdılar.  1812-ci  il 
müharibəsi  başa  çatmışdı  və  bütün  dünya  sülh  dövrünə  qədəm  qoymuşdu.  Ölkə  bu 
dövr üçün mövcud olan xarici işlərdəki çətinliklərin aydınlaşdırılmasına girişmişdi.  
1815-ci  ildə  Monro  hələ  dövlət  katibi  olarkən  Böyük  Britaniya  ilə  çox 
əlverişli olan ticarət konvensiyası bağlandı və bu amerikan gəmilərinə Britaniya Vest 
İndiyası ilə istənilən səviyyədə ticarət etmək qapılarını açdı. 1818-ci ildə Con Kvinsi 
Adams  Monronun  göstərişi  ilə  hərəkət  edərək,  İngiltərə  ilə  təzə  münasibətlər  üçün 

 
211 
danışıqlar  apardı  və  bu  müqavilə  Birləşmiş  Ştatlara  Kanada  sularında  balıq  ovu 
aparmaq üçün daimi hüquq verdi. Böyük Britaniya isə Missisipidə üzmək barədə öz 
iddialarından imtina edirdi və Birləşmiş Ştatların şimal sərhəd xətti Vuud gölündən 
Oreqon ölkəsinə tərəf müəyyən edildi.  
Vətəndə  və  onun  sərhədlərindən  xaricdə  səmanın  açıqlığı  prezident 
seçkilərinin  yaxşı  əhval-ruhiyyədə  keçməsinə  şərait  yaratdı.  1820-ci  ilin  payızında 
xarici  siyasətdə  olan  çətinliklər  və  ağır  Missuri  məsələsi  həll  edildikdən  sonra 
Monro,  onun  xəttinə  razılıq  əlaməti  olaraq  yenidən  prezident  seçildi.  Ştatların 
elektorları  yalnız  bir  nəfər  namizədi  səsə  qoymaq  barədə  görüşdükdə,  Nyu 
Hempşirdən  olan  elektor  özünün  fərdi  seçkisini  elan  etdi  və  Monroya  deyil,  Con 
Kvinsi Adamsa səs verdi. Digər bütün səslərin hamısı Monroya verildi. Hətta səkkiz 
federalist  elektor,  Massaçusetsdəki  yeddi  respublikaçı  ilə  bir  yerdə  seçilən  bu 
adamlar,  yekdilliklə  ümumi  seçki  obyektini  müdafiə  etdilər.  Və  beləliklə  seçki 
pretsedent hesab edilməsə də, formal olaraq bir qayda yaratdı ki, prezidentliyin orta 
müddəti səkkiz ildir.  
Heç  bir  federalist  partiyası  milli  siyasət  məkanına  çıxmağı  güman  etmirdi. 
Federalistlərin baxışları qalırdı, lakin bu ad hörmətdən düşmüşdü. Yeni İngiltərənin 
manufakturaları  1816-cı  ildə  Respublikaçılar  Partiyasının  həyata  keçirdiyi  tarif 
siyasəti nəticəsində qalib mövqeyə çıxmışdı. Lakin Monro tərəfindən təklif edilən və 
Nümayəndələr  Palatasının  bəyəndiyi  yüksək  rüsumları  Senat  rədd  etsə  də, 
respublikaçılara qarşı münasibət heç də zəifləmədi. Şərq limanlarının varlı tacirlərinə 
bu tariflər xoş gəlmirdi. Lakin prezident və onun kommersiyaya münasibəti və onun 
qoruduğu sülh onlara xoş gəlirdi.  
Sülhün  gəlməsi  ilə  bütün  diqqət  daxili  məsələlərin  üzərinə  keçdi.  Avropa 
Napoleon  müharibələrindən  azad  olduqdan  sonra  Avstriyanın  başçılığı  altında 
dövlətlər birlikdə irəli çıxdılar. Avstriyanın görkəmli dövlət xadimi Metternix liberal 
islahatlar  barədəki  hər  cür  tələblərin  qarşısını  alırdı  və  absolyutizmi  hər  vəchlə 
möhkəmləndirməyə  cəhd  edirdi.  İspaniya  onlara  yalvarırdı  ki,  Cənubi  Amerikanın 
qiyam qaldırmış müstəmləkələrində bu qiyamı yatırtmaqda ona kömək etsinlər. O bu 
ölkələri  öz  tacına  qaytarmaq  istəyirdi  və  göründüyü  kimi  onlar  da  İspaniyanın 
müraciətinə əməl etmək istəyirdilər. İngiltərənin müşahidəpərəst baş naziri Kanninq, 
nəhayət  cənubda  İngiltərənin  ticarətinə  yaranan  təhlükəni  gördü.  O,  bilirdi  ki, 
Birləşmiş  Ştatların  əhalisi  azadlıq  əldə  etmiş  xalqlara,  Amerika  qitəsinin 
cənubundakı  yeni  qurulmuş  respublikalara  necə  rəğbətlə  yanaşır  və  inqilab  etmiş 
ölkələrin  limanlarında  amerkanlar  üçün  olduqca  gəlirli  ticarət  imkanı  yaranır.  O, 
bütün  bunlara  baxmayaraq  Londondakı  Amerika  səfiri  Riçə  təklif  etmişdi  ki,  xarici 
qüvvənin köməyi  ilə  İspaniya hakimiyyətinin  Amerikada  bərpa  edilməsi  cəhdlərinə 
qarşı etiraz hərəkətlərində İngiltərə ilə birləşsin. Dövlət katibi Adams bu təklifdən o 
qədər  də  məmnun  deyildi,  lakin  ümumiyyətlə  bu  məsələni  təqdir  edirdi.  O, 
düşünürdü  ki,  bu  yolla  Birləşmiş  Ştatlar  sadəcə  Britaniya  hərb  gəmisinin  arxasınca 
gedən  qayıq  olacaqdır  və  yenidən  onun  xeyrinə  olmadan  Avropa  siyasətinə  cəlb 
ediləcəkdir.  Monro  da  bu  məsələdə  onun  nöqteyi-nəzərini  qəbul  edirdi.  Bir  qədər 
fərqli,  lakin  daha  səmərəli  addım  atıldı.  1822-ci  ildə  prezident  Cənubi  Amerika 
respublikalarının müstəqilliyini tanıdı.  

 
212 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin