Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

Monro doktrinası 
 
1823-ci ildə isə Birləşmiş Ştatların xarici siyasət xəttini müəyən edən mühüm 
hadisə baş verdi. Həmin ilin dekabrında Monro Konqressə illik məktubunu göndərdi 
və bu sənəd onun adını əcnəbi ölkələrdə çox məşhur etdi. Ölkənin Atalarından başqa 
heç  bir  ad  belə  şöhrətə  yiyələnməmişdi.  Həmin  sənəd  dünyada  Monro  Doktrinası 
kimi tanındı. Doktrina Yeni Dünyanın torpaqlarında İspaniyaya qarşı qiyam qaldırdı. 
1808-ci  ildə  Napoleon  öz  qardaşı  Jeromu  İspaniya  taxt-tacına  oturdanda 
Meksikadakı,  Mərkəzi  və  Cənubi  Amerikadakı  xalqlar  ispan  müstəmləkələrində 
üsyana qalxmış və bu həmin xalqlara müvəqqəti də olsa azadlıq qazandırmışdı.  
Napoleonun məğlubiyyətindən sonra İspaniya öz köhnə müstəmləkə sistemini 
bərpa  etməyə  cəhd  edəndə,  artıq  azadlığı  dadmış  bu  xalqlar  yenidən  üsyan  etdilər. 
Altı il davam edən müharibədən sonra İspaniya o qədər zəifləmişdi ki, onlara güzəştə 
getməli oldu. Birləşmiş Ştatlar isə onların müstəqilliyini tanıdı. 1823-ci ildə İspaniya 
kralı  bir  neçə  il  əvvəl  mütləqiyyət  quruluşlarının  "Müqəddəs  Alyans"ını  yaratmış 
Avropa  dövlətlərinə  yalvardı  ki,  öz  ölkəsindəki  və  Amerika  müstəmləkələrindəki 
qiyamı yatırtmaqda ona kömək etsinlər.  
Bu vaxt İngiltərə Cənubi Amerika ilə yaxşı inkişaf edən ticarət qurmuşdu və 
Britaniyanın baş naziri Kanninq bilirdi ki, İngiltərə və Birləşmiş Ştatlar birlikdə yeni 
yaranan  respublikaların  azadlığını  dəstəkləyəcəkdir.  Lakin  Birləşmiş  Ştatlar 
təkbaşına  hərəkət  etməyi  seçdi  və  bu  mövqe  Prezidentin  deklarasiyasında  sadə 
şəkildə göstərilmişdi:  
"Vəziyyət bir prinsip kimi qəbul etməyi lazım bilmişdir ki, ... Amerika qitələri 
bu  vaxt  hansısa  Avropa  dövləti  tərəfindən  gələcək  müstəmləkəçilik  obyekti  kimi 
hesab  edilməsin.  Biz  hesab  edirik  ki,  bu  yarımkürənin  hansısa  hissəsində  öz 
sistemlərini  genişləndirmək  sahəsindəki  istənilən  cəhdi  biz  öz  dincliyimizə  və 
təhlükəsizliyimizə  qorxu  hesab  edəcəyik".  Avropa  dövlətlərinin  Amerikadakı 
torpaqlarındakı bu ölkələr öz müstəqilliklərini əldə etdiklərinə görə, "onları istismar 
etmək  niyyəti  üçün  hansısa  bir  müdaxiləyə  və  ya  digər  qaydada,  onların  taleyinə 
nəzarət etmək üçün hansısa bir Avropa dövləti tərəfindən müdaxiləyə biz Birləşmiş 
Ştatlara  qarşı  dostcasına  olmayan  mövqeyin  elan  edilməsindən  heç  də  yüngül 
olmayan bir şey kimi baxmaya bilməyəcəyik". 
Bu məşhur "doktrina" dili sənədin Dövlət Katibi Adams tərəfindən yazıldığını 
göstərir.  Lakin  məktubunda  Monronun  özü  təcəssüm  olunduğuna  görə,  sənəd  onun 
adını  daşıyırdı.  İlk  növbədə  bu  sənəd  başlıca  olaraq  Alyaskada  torpaq  tutmuş 
Rusiyaya  qarşı  yönəlmişdi.  Rusiya  öz  məskunlaşmasını  Sakit  Okeana  tərəf 
genişləndirmək  istəyirdi.  Bununla  da  doktrina  sonrakı  koloniyalara  qarşı  idi.  İkinci 
növbədə sənəd Cənubi Amerikanın respublika quruluşlarını himayə etmək niyyətini 
güdürdü.  Bu  doktrina  məhz  Monro  ilə  əlaqədar  olaraq  yeni  deyildi.  Onun  köklərini 
Vaşinqtonun Neytrallıq proklamasiyasında, həmçinin vida məktubunda, Ceffersonun 
"tələyə  salan  ittifaqlar"a  qarşı  xəbərdarlığında  tapmaq  olardı.  Bu  doktrina  müxtəlif 
hadisələrlə əlaqədar fəaliyyətə girirdi,  bunlardan əlamətdar olanları isə 1865-ci ildə 
Meksikada  Fransaya  qarşı  və  1895-ci  ildə  Venesuelada  İngiltərəyə  qarşı  baş 
vermişdi.  

 
213 
1823-cü  ilin  dekabrında  Monro  illik  müraciətində  Konqressə  və  dünyaya 
çatdırdı  ki,  Avropa  dövlətlərinin  onların  "öz  sistemlərini  bu  yer  yarımkürəsinin 
hansısa  bir  hissəsində  yaymaq"  barədəki  siyasətinə  qarşı  istənilən  tədbiri  həyata 
keçirməyi  nəzərdə  tutur.  O,  elan  etdi  ki,  Avropa  dövlətlərinin  bu  hərəkəti  sülhə  və 
Birləşmiş  Ştatların  təhlükəsizliyinə  qorxu  yaradır.  O,  deyirdi:  "Müstəmləkələrin  və 
ya  hər  bir  Avropa  dövlətindən  asılılığın  mövcudluğuna  biz  müdaxilə  etməmişik  və 
müdaxilə  etməyəcəyik.  Lakin  bizim  onun  müstəqilliyini  tanıdığımız  və  müdafiə 
etdiyimiz  ölkələrə  gəldikdə  və  böyük  mənada  və  ədalət  prinsipləri  ilə  kimlərin  ki, 
müstəqilliyini biz təqdir edirik, etiraf edirik, biz Avropa dövlətləri tərəfindən heç bir 
vəchlə onlara təzyiq göstərilməsinə, onların talelərinə hər hansı bir qaydada nəzarət 
etmək  niyyətlərinə  Birləşmiş  Ştatlara  qarşı  ciddi  bir  hərəkətin  nümayişi  kimi 
baxacağıq".  
Heç  kəs  bu  sözlərin  mənası  barədə  səhv  edə  bilməzdi  və  cənubda  ispan 
planlarından  imtina  edildi.  Adams  və  Monro  Avropa  siyasətini  deyil,  Amerika 
siyasətini  nəzərdə  tuturdu.  Xoşagəlməz  faktlardan  biri  də  o  idi  ki,  Rusiya  Şimali 
Amerikanın  özündə  dayaq  nöqtəsi  əldə  etmişdi.  Rusiyanın  xəz  tacirləri  təkcə 
Alyaskada  deyil,  -  Rusiya  hökuməti  1741-cü  ildə  Alyaskanı  kəşf  etmək  hüququ  ilə 
bura yiyələnmişdi, - həmçinin cənub sahilləri uzunu, Oreqona daha çox yaxınlaşaraq 
öz ticarətlərini genişləndirmişdilər. 1818-ci ildə İngiltərə və Birləşmiş Ştatlar isə bu 
ərazini birlikdə tutmaq barədə razılığa gəlmişdilər.  
Çar  bu  regionun  sahil  sularını  özününkü  kimi  elan  etmişdi  və  1821-ci  ildə 
başqa  xalqların  dənizçilərinə  əlli  bir  dərəcədəki  paraleldən  şimalda  yüz  millik 
məsafədə Amerika sahillərinə yanaşmağı qadağan etmişdi.  
Adams  qorxurdu  ki,  Avropa  koalisiyasının  nüfuzlu  üzvü  olan  çar  cənubda 
İspaniyanın  işlərinə  müdaxilə  edə  bilər.  Rusiya  İspaniyanın  bədbəxtliklərinin 
kompensasiyası  kimi,  onun  Kaliforniyadakı  əyalətini  tuta  və  genişlənən  Birləşmiş 
Ştatlara  Sakit  okeanın  qapısını  bağlaya  bilərdi.  Buna  baxmayaraq  öz  müraciətində 
Monro  bu  barədə  sakit  danışırdı.  O,  deyirdi:  "Amerika  qitələri  azad  və  müstəqil 
şəraitdə  bunu  öz  üzərlərinə  götürmüş  və  müdafiə  edir  ki,  bundan  sonra  Avropanın 
başqa dövlətləri üçün gələcəkdə müstəmləkə subyekti olacaqlarını güman etmir". Bu 
qəti sözlər böyük əhəmiyyət kəsb edirdi. Rusiya hər hansı bir plana malik ola bilərdi, 
lakin indi o, bu planları zorla həyat keçirmək istəmirdi və Monro adminstrasiyasının 
sonuna təsadüf edən aylarda (aprel 1824-cü il) Rusiya belə müqavilə bağladı ki, buna 
görə  Sakit  okean,  hər  iki  tərəfin  balıq  ovu  və  dənizçiliyi  üçün  açıq  elan  olundu. 
Sonrakı ili Rusiya İngiltərə ilə də belə bir müqavilə bağladı.  
1824-cü  ildə  Konqress  tərəfindən  qəbul  edilən  və  prezident  tərəfindən 
bəyənilən  qanun  qüvvəyə  mindi.  Bu  qanuna  görə  metala,  yuna  qoyulan  rüsumlar 
xeyli artırıldı, bu yolla ölkə sənayesi üçün himayəçilik sistemi xeyli gücləndi. Artıq 
hamıya yaxşı məlum idi ki, ticarəti və xarici ölkələrlə münasibətləri yaxşılaşdırmaq 
üçün sənayenin sürətli inkişafı başlıca şərtdir.  
Birləşmiş  Ştatlar  öz  köhnə  dostlarını  da  unutmurdu.  Ahıl  yaşlı  Lafayet 
Amerikaya  qayıtdı  və  o,  Nümayəndələr  Palatasında  azadlığın  dostu  kimi  ehtiramla 
qarşılandı. General Lafayet Nyu Yorka 1824-cü ilin avqustunda gəldi. Hər yerdə onu 
sevinclə salamlayırdılar. O, Birlikdəki bütün ştatlara səfər etdi, qışı isə Vaşinqtonda 
keçirdi.  Konqress  ona  200  min  dollar  məbləğində  pul  vermək,  Floridada  şəhər 

 
214 
kənarında  torpaq  vermək  barədə  qərar  qəbul  etdi  və  bunları  hədiyyə  kimi  deyil, 
İnqilab qarşısındakı xidmətlərinin bir hissəsinin əvəzi kimi qəbul etməyi xahiş etdi. 
Bu  onun  ölümünə  qədər  qalan  doqquz  illik  həyatında  ona  yaxşı  maddi  kömək 
göstərdi,  çünki fransız  hakimiyyətinin  müxtəlif  dəyişikliklərində  o,  öz  mülkiyyətini 
itirmişdi.  1825-ci  ilin  iyununda  o,  Bostonda  idi.  Həmin  gün  şəhərin  tarixində  ən 
böyük  an  olmaqla,  Banker  Hill  abidəsinin  bünövrə  daşı  qoyuldu.  On  dörd  aylıq 
səfərdən sonra millətin qonağı öz doğma vətəninə döndü. İndi göyərtəsində üzdüyü 
"Brendivayn" gəmisi vaxtilə onun Cənubi Pennsilvaniyada yaralandığı döyüşün adını 
daşıyırdı.  
Yeni  prezident  seçkisi  gəldi.  Prezident  seçkiləri  göstərdi  ki,  Dövlət  katibi 
Adamsın  prezident  vəzifəsinə  varis  kimi  gözlənilməsi  təbii  bir  hal  imiş.  Medison 
Ceffersonun  prezidentliyi  dövründə,  Monro  isə  Medisonun  prezidentliyi  dövründə 
dövlət katibi olmuşdu. Bir az qabağa getsək, görərik ki, Ceffersonun özü də vaxtilə 
Vaşinqtonun  hökumətində  dövlət  katibi  olmuşdu.  Dövlət  katibi  vəzifəsi  əslində 
prezidentin təbii varisi olmağa imkan yaradırdı. Bu pretsdent ləyaqətini başa düşmək 
üçün  iyirmi  dörd  ilə  bərabər  vaxt  lazım  gəlmişdi.  Maliyyə  naziri  Krauford  buna 
baxmayaraq, qərara gəldi ki, o, özü bu seçkini buraxmamalıdır. Yalnız bir ovuc şəxsi 
tərəfdar və bu dəstəyə qoşulanlar onu müdafiə edirdilər. Çünki həqiqi namizəd kimi 
məhz Adams başa düşülürdü və partiyanın köhnə üzvlərindən biri kimi o, real iddiaçı 
hesab  olunurdu.  Kentukki,  Luiziana,  Missuri,  İllinoys  və  Ohayo  qanunvericiləri 
Nümayəndələr  Palatasının  tanınmış  spikeri  Kleyin  namizədliyini  müdafiə  edirdilər. 
Tennessi  və  müxtəlif  partiyaların  qurultayları  Tennessi  əsgəri,  senatın  üzvü  Endryu 
Ceksonu 
namizəd  göstərdilər.  General  Ceksonun  namizədliyinə  məhəl 
qoyulmasaydı, bu daha yaxşı olardı. Nyu Yorkun siyasi qəzetlərindən biri yazırdı ki, 
"O,  hörmətli  və  cəsur  əsgərdir.  Lakin  o,  ştatın  əhalisinin  şüuruna  malikdir  və  icra 
kreslosundan  ölçüyəgəlməz  dərəcədə  uzaqdır".  Lakin  elektorların  səsi  məsələyə 
müxtəlif  çalarlar  verdi.  General  Ceksona  doxsan  doqquz,  Adamsa  səksən  dörd, 
Krauforda  qırx  bir,  Kleyə  isə  otuz  yeddi  səs  verildi.  Vitse-prezidentlik  kürsüsü 
uğrunda rəqabət bir qədər az idi. Gözlənildiyi kimi Kalhoun böyük səs üstünlüyü ilə 
bu vəzifəyə seçildi. Lakin namizədlərdən heç biri prezident seçilmək üçün lazım olan 
səs çoxluğunu qazana bilmədi. Konstitusiyaya görə seçilənlərin siyahısında yuxarı üç 
yeri tutan namizədlərdən Nümayəndələr Palatası prezident seçməli idi.  
Millətin  gözləri  Henri  Kleyə  tərəf  çevrilmişdi.  Onun  Nümayəndələr 
Palatasındakı qüdrəti o qədər böyük idi ki, o, seçkinin taleyini öz əlində saxlayırdı. 
Kley  nə  Ceksona,  nə  də  Krauforda  dost  deyildi.  Adams  da  daxil  olmaqla  bu  üç 
nəfərdən biri seçilməli idi. Nəhayət,  Kley bəyan etdi ki, o, Adamsa səs  verəcəkdir. 
Onun  ardıcılları  bu  rəyə  tərəfdar  çıxdılar  və  Con  Kvinsi  Adams  prezident  seçildi. 
Ona  13  ştat  səs  vermişdi,  Ceksona  yeddi  ştat,  Kraufordun  lehinə  isə  dörd  ştat  səs 
vermişdi. Beləliklə Nümayəndələr Palatası Adamsı prezident seçdi.  
General Vaşinqton ikinci müddətə prezident seçilərkən onun elektorları o vaxt 
mövcud olan on beş ştatın doqquzunda qanunvericilik orqanları vasitəsilə seçilmişdi, 
yalnız altı ştatda elektorların müəyyən edilməsi birbaşa xalqın ixtiyarına verilmişdi. 
Seçkilər  Nümayəndələr  Palatasının  səsi  ilə  həll  edilirdi.  İndi  isə  Birləşmiş  Ştatlara 
daxil  olan  iyirmi  dörd  ştatdan  on  səkkizində    elektorlar  xalqın  birbaşa  seçkisi  ilə 
müəyyən  olunurdu.  Sonrakı  prezident  seçkiləri  gələnə  qədər  Delaver  və  Cənubi 

 
215 
Karolinadan  başqa  hər  yerdə,  belə  populyar  sistemə  keçildi.  Bu  həmin  işlərdə  baş 
verən dəyişikliklərin nəbzi idi. Yeni demokratiya öz zəfərinə çatmağa can atırdı, bu 
ilk dəfə 1800-ci ildə olduğu kimi indi ikinci dəfə baş verirdi.  
Adams Kleyi dövlət katibi etdi və Cekson partiyası haray qaldırdı ki, burada 
sövdələşmə,  Adamsla  Kley  arasında  pozğun  müqavilə  var  imiş.  Bu  haray  dörd  il, 
yeni  prezident  seçkilərinə  qədər  davam  etdi.  Bu  məsələyə  görə  Kley  Con  Randolfu 
da bir bədbəxtliyə saldı. Randolf görkəmli adam idi. O, Konqressə 1799-cu ildə daxil 
olmuşdu,  çox  tez  diqqəti  cəlb  etmişdi.  Konqressdəki  uzun  karyerası  dövründə  o, 
özünə  çoxlu  düşmən  qazanmışdı,  bu  adamlar  onun  sarkazmını  öz  üzərlərində  hiss 
etmişdilər.  O,  adətən  adamlar  barədə  eyni  qaydada  danışırdı.  Adams  və  Kleyi  də 
"Puritan  və  Qara  ayaq"  deyə  adlandırırdı.  Kley  bunu  eşidəndə  hirslənmişdi.  O, 
Randolfu  duelə  çağırdı.  Randolf  Kleyi  "Qara  ayaq"  adlandıranda,  ona  qarşı  qəzəbi 
yox idi. Lakin gözlənilmədən hadisə ciddi şəkil aldı.  
Randolf çox hallarda bu cür sözlərdən istifadə etdiyinə görə bu ləqəblərin belə 
ciddi  qarşılanacağını  gözləmirdi.  Lakin  Kley  sakitləşmirdi  və  iki  adam  patronla 
doldurulmuş  tapançalarla  bir  düzdə  qarşılaşdılar.  İkisi  də  səmərəsi  olmayan  atəş 
açdılar.  Kley  yenə  atəş  açdı,  güllə  rəqibinin  pencəyindən  keçdi.  Sonra  Randolf 
havaya  atəş  açdı,  öz  tapançasını  yerə  atıb  qollarını  geniş  açmış  şəkildə  Kleyə  tərəf 
addımladı.  Kleyin  sifəti  bu  məsafədə  dəyişdi,  o,  tapançasını  yerə  atıb  Randolfu 
qarşılamağa  qaçdı  və  axırıncı  ciddi  zarafatla  dedi:  "Mister,  siz  mənə  yeni  pencək 
borclusunuz".  Kley  dedi:  "Mən  şadam  ki,  borc  o  qədər  böyük  deyil"  və  bu  iki  şəxs 
uzun və hərarətli əlsıxma ilə bir-birini bağışladı.  
Gələcək  prezident  Con  Kvinsi  Adams  yeddi  yaşlı  uşaq  olarkən  öz  anasının 
yanında  dayanıb  məşhur  Banker  Hill  döyüşünə  tamaşa  etmişdi.  Bu  onun  Amerika 
tarixindəki uzun karyerasının başlanğıcı hesab olunurdu. İki il sonra heç vaxt uşaqlıq 
nə olduğunu bilməyən bu yeniyetmə öz kəndindən hər gün Bostona səfər edən daimi 
poçtalyon idi. 11 yaşında o, atası Con Adamsa qoşulub Fransaya getdi və ciddi təhsil 
kursuna  başladı.  14  yaşında  o,  Sankt-Peterburqdakı  Birləşmiş  Ştatlar  elçisinin  özəl 
katibi  idi.  18  yaşında  olarkən  o,  Avropanın  bütün  ölkələrində  olmuşdu.  Vətəninə 
qayıdandan iki il sonra o, Harvard kollecini bitirdi. Heç bir amerikan dövlət xadimi 
belə qeyri-adi həyat yoluna başlamamışdı, heç kəs belə müxtəlif təcrübələrə və təmiz 
reputasiyaya malik olmamışdı. O, Massaçusetsin qanunverici orqanında və Birləşmiş 
Ştatlar  senatında  işləmişdi.  O,  beş  Avropa  dövlətinin  sarayında  elçi  olmaqla  Qent 
müqaviləsinin tərtib olunmasına kömək etmişdi və son səkkiz ili dövlət katibi kimi 
başa çatdırmışdı. Amerikada heç kəs hazırlığına görə, Adams kimi prezidentliyə belə 
yararlı, uyğun gələn olmamışdı. Öz təbii xarakteri ilə də onunla müqayisədə olduqca 
az adam bu vəzifəyə uyğun gəlirdi. O, ciddi puritan vicdanlılığına malik bir adam idi, 
özünü  özəl  həyatda  və  ictimai  vəzifələrdə  sərt  intizama  tabe  etmişdi.  O,  başqa 
adamları  da  öz  əxlaqının  yüksək  standartı  ilə  mühakimə  edirdi  və  ləyaqətlərindən 
çox,  onların  nöqsanlarını  görürdü.  Ezekiel  Uebster  öz  qardaşı  Denielə  yazırdı  ki, 
Adamsın  dəstəyi  "adamları  sevməyindən  deyil,  vəzifənin  soyuq  hissindən  gəlir". 
Onun  ən  böyük  xidməti  Nümayəndələr  Palatasındakı  fəaliyyəti  oldu.  O,  dörd  illik 
prezidentlik müddəti başa çatdıqdan sonra öz qocalıq dövrünün 17 ilini məhz burada 
keçirdi.  

 
216 
Yeni  prezident  xalqın  inkar  edilməyən  çoxluğunun  seçdiyi  adam  idi.  O, 
narahat adam təsiri bağışlayırdı. O, prezidentliyə başladıqdan sonrakı ildə atası Con 
Adams  və  əvvəllər  ona  qarşı  çıxdığı,  sonra  isə  tərəfdarı  olduğu  Tomas  Cefferson 
öldülər. Bu adamlar dövlət xadimlərinin ilk nəslinin sonuncu böyük şəxsiyyətləri idi. 
Prezident onların prinsiplərini qəbul etmişdi, bu dəyişmiş səhnədə isə o, öz illərindən 
yaşlı görünürdü.  
Birinci  era  yoxa  çıxdıqdan  sonra  xalqın  sosial  vəziyyətində  böyük  və  sürətli 
dəyişikliklər əmələ gəldi. Bu erada hökumət təsis olundu, öz quruluşunu və həyatını 
əldə etdi və sonra başlıca radikal siyasi dəyişikliklər meydana gəlməyə başladı.  
Qərbdə  çoxlu  yeni  ştatların  toplaşması  imtiyazların  bərabər  səviyyəsindən 
başqa  bir  şey  deyildi.  Yeni  İngiltərədə  və  Cənubda  olduğu  kimi,  öyrədilmiş  və 
istədiyi hökuməti seçən xüsusi sinif yox idi, ancaq səsvermə hüququ var idi. Lakin 
Qərbin nümunəsi Şərqə də güclü təsir göstərirdi. Hər yerdə küləklər Qərbdən əsirdi.  
Narahat  adam  olan  Adams  "Virciniya  sülaləsinin"  varisi  və  davamçısı  idi. 
Demokratların  içərisində  yeni  lider  kimi  Missuri  ştatından  senator  seçilən  Tomas 
Benton  meydana  gəldi.  Kley  isə  gözəl  natiqlik  qabiliyyətinə  malik  idi.  Heç  kəs 
general  Ceksonun  rəyini  bilmirdi  və  ya  soruşmurdu.  Dostları  onu  partiyanın 
təşkilatçısı  kimi  deyil,  sadəcə  olaraq  millətin  etimad  göstərəcəyi  bir  adam  kimi 
qabağa verirdilər. Bu adam öz gücü ilə siyasətdəki köhnə qaydaları dağıda bilərdi.  
1825-ci  ildə  doxsan  doqquz  səsin  onun  namizədliyi  lehinə  verilməsi  xüsusi 
əhəmiyyət kəsb edirdi. Qərbdən olan Kleyin Adamsa dəstək verməsi onun prezident 
seçkilərində  qalib  gəlməsinə  şərait  yaratdı.  Adams  isə  Şərqin  çoxluğunun  namizədi 
idi. Ən acı cəhət ondan ibarət idi ki, Konstitusiyanın özünə qarşı etiraz edildi və bu 
məsələni  belə  vəziyyət  mümkün  etdi  ki,  hər  bir  qanuna  münasibətdə,  hətta  bu  əldə 
olan  fundamental  qanun  olduqda  belə,  onu  məhdudlaşdıra  və  nəzərə  almaya 
bilərdilər. Bu vaxt  yeganə səbəb isə "xalqın iradəsi" hesab olunurdu.  
Bu narazılıq Adams Kleyə yeni adminstrasiyada Dövlət katibi vəzifəsini təklif 
edəndə, onun bu təklifi qəbul etməsi ilə qızğın hiddətə çevrildi. Onlar deyirdilər ki, 
burada  bir  sövdələşmə  vardır.  Con  Rondolf  deyirdi  ki,  bu  ""puritanların"  və 
dələduzların  indiyə  qədər  eşidilməmiş  koalisiyasıdır".  Bu  ittiham  əsassız  kimi 
görünürdü. Qabaqcadan Adamsla Kley arasında heç bir anlaşma olmamışdı. General 
Cekson kobud sərhəd münaqişələrində tərbiyə olunmuşdu. Nümayəndələr Palatasının 
aparıcı üzvlərindən və onun əleyhinə olanlardan biri yazırdı ki, "General Ceksonun 
davranışı bütün namizədlərdən daha çox prezident davranışına uyğun gəlir. O, ciddi, 
mülayim və təmkinli adam idi. Mənim arvadım qəti surətdə onun tərəfdarıdır". Onun 
təbiəti  sıxlaşdırılmış  ehtirasdan  ibarət  idi.  Krauford  da  sonradan  Adams  və  Kleyin 
prinsiplərini qəbul etmişdi. Lakin səhhəti xarablaşdığından onun tərəfdarları general 
Ceksonun  mövqeyinə  keçdilər.  Nəticədə  isə  partiyalar  formalaşdı:  Özlərini  "Milli 
Respublikaçılar" adlandıran partiya Kleyin və Adamsın liderliyi altında yarandı. Bu 
vaxt  bütün  köhnə  tipli  "demokratlar"  general  Ceksonun  namizədliyini  irəli  sürən 
adamlar ətrafında birləşdilər.  
Adamsın prezidentliyinin dörd ili başa çatdı. Həlledici qələbə və məğlubiyyət 
uğrunda mübarizə üçün vaxt gəlib çatdı. Bu vaxta qədər prezident həmişə hökumətin 
real lideri olmuşdu. Onun müraciətləri partiyanın proqramını heç də az dərəcədə əks 
etdirmirdi. Bu Konqressdə və icra siyasətində də özünü göstərirdi.  

 
217 
Bu vaxt qəflətən hakimiyyətdə olanlar heç nəyə ümid edə bilmədilər. Adams 
bir  fraksiyanın  lideri  kimi  hərəkət  edirdi.  Konqress  nadir  hallarda  onun  təkliflərinə 
hörmətlə  yanaşırdı.  Təzə  Konqress  seçkiləri  Nümayəndələr  Palatasını  ona 
müxalifətdə  olanlarla  doldurmuşdu.  Adminstrasiyaya  hörmət  edildiyi  hədd  yoxa 
çıxmışdı. Adams öz vəzifəsini səylə icra edirdi. Onun mənsub olduğu nəsildən heç 
kəs  onun  kimi  xarici  siyasət  məkanına  yaxşı  bələd  deyildi.  O,  özünü  hər  bir 
məsələnin həllində əsl dövlət xadimi kimi göstərdi, istər bu ticarətə, ya da öz ölkəsi 
üçün  sülhə  aid  olsun.  Kommersiya  barədəki  uğurlu  müqavilələrlə  o,  iqtisadiyyata 
müsbət  təsir  göstərmişdi.  Lakin  başlıca  məsələlərdə  o,  uğursuzluğa  düçar  olanda, 
onun əleyhdarları bunları ayrıca qeyd edirdilər.  
1815-ci  ildə  Dövlət  katibi  Monro  İngiltərədən  Britaniya  Vest  İndiyası  ilə 
ticarət etmək barədə güzəşt əldə etməyə nail olmuşdu, bu müqaviləyə görə, limanlar 
yenidən  açılmışdı,  Amerika  tacirləri  və  gəmi  kapitanları  həqiqi  inhisar  əldə 
etmişdilər.  Lakin  1825-ci  ildə  bu  razılaşma  öz  qüvvəsini  itirdkdə  İngiltərə  öz 
siyasətini  dəyişdi,  Vest  İndiya  limanlarını  elə  şərtlərlə  bütün  dünyaya  açdı  ki,  bu 
Birləşmiş Ştatları əlverişsiz vəziyyətə gətirib çıxardı. Birləşmiş Ştatlar bir il ərzində 
yeni  razılaşma  əldə  edə  bilmədiyindən,  sakitcə  yeni  danışıqlar  aparmaqdan  imtina 
etdi.  Bu  Adamsın  deyil,  Konqressin  səhvi  idi,  lakin  ölkə  yaxşı  halda  ona  qarşı 
laqeydlik göstərdiyindən heç bir ziyanın təfərrüatına varmadı, təkcə onu xatırladı ki, 
Adams çox mühüm Vest İndiya ticarətini qoruyub saxlaya bilmədi.  
Partiya  mübahisələri  bu  illərdə  başlıca  olaraq  tarif  və  daxili  təkmilləşmə 
məsələləri  üzərinə  keçdi.  Adams  daxili  təkmilləşmənin  tanınmış  müdafiəçisi  idi. 
Lakin  yeni  "demokratlar"  bunu  həyata  keçirməyi  qeyri-mümkün  etdilər.  Milli 
hökumətin həyata keçirmək istədiyi təkmilləşmə ideyası rədd edildi. Tarif isə başqa 
məsələ  idi.  Ölkə  sənayesinə  ardıcıl  himayəçilik  heç  bir  sənaye  sahəsinə  fərq 
qoymadığından,  rəqabəti  idarə  etmək  üçün  heç  bir  şey  vermirdi.  Nümayəndələr 
Palatasının Yeni İngiltərədən olan üzvləri "Əks tarif" tədbirlərinə səs verdilər və bu 
iki  palatadan  keçdi.  Adams  sənədi  imzaladıqdan  sonra  bu  qanuna  çevrildi.  Cənub 
adamları üçün həmin gün oyanma günü oldu. Onlar hər bir yolla elə kənd təsərrüfatı 
sistemi ilə razılaşmaq istəyirdilər ki, onlar üçün qul əməyindən istifadə etmək imkanı 
bağlanmasın.  Onların  inkişaf  etməsi  ticarətin  sərbəst  aparılmasından  asılı  idi, 
xüsusilə onların pambığı üçün olan normal bazardan və azad ticarətdən çox asılı idi. 
Tarif  tədbirləri  onların  zərər  çəkməsinə  səbəb  oldu.  Onlar  öz  pambıqlarına  görə, 
əvvəllər olduğu qədər nəinki mənfəət götürmürdülər, hətta bu gəlir getdikcə azalırdı. 
Məhsul  istehsalı  isə  getdikcə  artırdı və  onlar  satın  aldıqları  hər  şeyə  daha  çox  xərc 
çəkməli olurdular.  
1828-ci ilin yayında general Cekson ölkənin növbəti prezidenti seçilməli idi, 
bu vaxt hələ hökumət daha yüksək tarif tərəfdarlarının və federal hakimiyyətdən daha 
təsirli  istifadə  etmək  üçün  yeni  demokratların  əlinə  keçməmişdi.  Cənubi  Karolina 
rəğbətlə  bu  dəyişiklikləri  gözləyirdi.  1828-ci  ilin  noyabrında  prezident  seçkiləri 
keçirmək  üçün  elektorlar  artıq  seçilmişdi  və  general  Ceksonun  səslərin  böyük 
çoxluğuna  malik  olacağı  məlum  idi.  1829-cu  ilin  fevralında  səslər  hesablanarkən 
məlum  oldu  ki,  yüz  yetmiş  səkkiz  səs  general  Ceksona,  səksən  üç  səs  Adamsa 
verilmişdir.  Adamsla  ittifaqını  general  Ceksonla  alyansa  dəyişən  Kalhoun  yenidən 
vitse-prezident seçildi.  

 
218 
Cənubi Karolina və Delaver istisna olmaqla hər ştatda elektorlar əhalinin səsi 
vasitəsilə seçilmişdi. General Ceksona 617 min nəfər, Adamsa isə 508 min nəfər səs 
vermişdi.  Dörd  il  ərzində  qabağı  görən  və  fəal  adamlar  general  Ceksonun  zəfərini 
hazırlamışdılar.  Hətta  1825-ci  ilin  oktyabrından  Adams  bir  prezident  kimi 
Konqresslə  ilk  görüşü  vaxtından  hər  növdən  olan  qanunvericilər  və  assambleyalar 
general Ceksonu prezidentliyə namizəd kimi qələmə verirdilər. Artıq bu vəzifə yerinə 
yetirilmişdi.  O,  1824-cü  ildəki  öz  məğlubiyyətinin  qisasını  aldı  və  özünü 
bütləşdirilmiş bir şəxs kimi xalqa təqdim etdi.  

 
219 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin