Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

Cekson demokratiyası 
 
General  Ceksonun  dostlarının  məmnun  olmağa  haqları  var  idi.  Onun 
prezident seçilməsinin effekti bir çox tarixçilərin qeyd etdiyi kimi dramatik, inqilabi 
bir  iş  oldu.  Mövcud  epoxa  ilə  ölkənin  tarixinin  epoxası  arasında  aydın  xətt  çəkildi. 
"Virciniya  sülaləsi"  dağıdıldı,  "dövlət  katiblərinin  varis  olmasına"  öyrənmiş  və 
adamların  etibar  etdiyi  şəxslərin  liderliyinə  son  qoyuldu,  milli  siyasətçilərin  hər  bir 
ənənəsi  kənara  atıldı  və  Birləşmiş  Ştatların  icra  hakimiyyətinin  adminstrasiyası  öz 
planlarına uyğun yenidən quruldu. Lakin onlar Konqressin heç bir palatasında dolğun 
nəzarəti ələ ala bilmədilər. Senatda əksər məsələlər üstündə prezidentə qarşı çoxluq 
mövcud  idi.  Bütün  bunlara  baxmayaraq  general  Ceksonun  hakimiyyətə  gəlməsi  ilə 
işlərin  ümumi  atmosferi,  idarəetmənin  ümumi  tonu  dəyişildi.  Millət  Qərbə  doğru 
hərəkəti ilə öz nöqteyi-nəzərni xeyli dəyişdirmişdi, müəyyən dərəcədə özündən razı 
qaydada Monroya gülürdü. Con Kvinsi Adamsa dözməli olan xalq, həmin dövrdə ilk 
dəfə özünə uyğun adamı seçmiş və general Ceksona üstünlük vermişdi.  
Bu  hökumətin  ikinci  demoratikləşdirilməsi  idi.  Bu  demokratikləşmə 
Ceffersonun həyata keçirdiyi ilk demokratikləşmədən köklü surətdə fərqlənirdi.  
Ceffersonun  və  yeni  demokratiya  qəhrəmanının  ruhunda  və  ya  metodlarında 
əsla  heç  bir  yaxınlıq  yox  idi.  Cefferson  "general  Ceksonu  prezident  görmək 
perspektivindən"  böyük  təşviş  hissləri  ifadə  edirdi.  Cefferson  demişdi:  "O,  mənim 
tanıdıqlarım içərisində bu yerə ən çox yaramayan adamlardan biridir. O, qanunlara və 
ya konstitusiyalara ən az hörmət edir. Lakin bu da bir həqiqətdir ki, o, bacarıqlı hərbi 
liderdir. Onun ehtirasları dəhşətlidir. Mən onu tanıyandan o, çox cəhd etmişdir, lakin 
o,  təhlükəli  adamdır".  Ancaq  Cefferson  nəticəyə  şahid  olmaq  üçün  sağ  olsaydı  öz 
mühakiməsini  dəyişərdi.  O,  demokratiya  nəzəriyyəsini  tam  mənimsədiyinə  görə, 
siyasi inkişafda mühafizəkar yolu tuturdu. General Cekson isə bunu dəyişərək, fərdi 
idarəetmə və fərdi hakimiyyəti öz iradəsi ilə seçmək tərəfdarı idi.  
General  Cekson  Cefferson  məktəbinə  mənsub  olduğunu  etiraf  edirdi  və  bu 
etirafına özü də inanırdı. Burada heç bir şarlatanlıq və ya demaqoqluq yox idi. Onun 
ağlının verdiyi qərarlar birbaşa olduğu kimi səmimi idi. Ceffersonla general Cekson 
arasındakı  fərqlər  mənəvi  xarakter  daşımayıb,  sosial  və  tərbiyə  xarakterindəki  fərq 
idi.  Cefferson  bir  kübar  və  həm  də  fəlsəfi  cəhətdən  radikal  olaraq,  siyasətdə 
düşünülmüş bacarıq və qabiliyyət priyomlarını tətbiq edirdi, general Cekson isə süni 
təsvirlərə  və  ya  hansısa  növ  aldatmalara  yad  idi.  Bu  da  bir  həqiqət  idi  ki,  onun 
tərəfdarlarının  adlandırdıqları  kimi,  o,  xalq  adamı  idi,  ümumi  xalqın  adamı  idi. 
Cefferson ancaq xalqın himayəçisi idi, ona inanırdı. Lakin heç vaxt xalqın zövqünü 
və ehtiraslarını özündə əks etdirməmişdi.  
Ştatlar  addım-addım  biri  digərinin  arxasınca  gedərək  səsvermə  hüququ 
üzərindəki Cefferson vaxtında qoyulmuş məhdudiyyətləri götürdü. Bu demək olar ki, 
Birləşmiş  Ştatların  hər  bir  hissəsində  kütlədən  olan  hər  bir  adamın  siyasət  fərdi 
olmasına  qədər  davam  etdi.  Cekson  real  olaraq  bu  adamları  təmsil  edirdi.  Adamlar 
hiss  edirdilər  ki,  kübar  qaydaları  kənara  atılmışdır  və  onlar  nəhayət  özlərinə 
gəlmişdilər.  Bu  prezident  inaqurasiyası  kimi  bir  faktda  da  özünü  büruzə  verdi. 
Vaşinqton şəhəri ölkənin hər guşəsindən gəlmiş kütlə ilə dolu idi. Bütün mərasimdən 
imtina edilmişdi, bər-bəzək kənara atılmışdı. Elə bil ki, bu yer xoş məramlı camaatın 

 
220 
ixtiyarına  verilmişdi,  heç  kəs  elə  bir  ciddi  ziyan  toxundurmağa  meyl  etmirdi,  heç 
kəsə  Ağ  evin  qonaq  otaqlarında  və  ya  Kapitolidəki  komitə  otaqlarında  və 
kabinetlərində heç bir məhdudiyyət və qadağa qoyulmamışdı.  
General Cekson Kapitolidən Ağ evə gəldikdə bura o qədər adam dolmuşdu ki, 
o,  özü  qəbul  otağına  keçəndə  ciddi  təhlükədən  qorunmaq  üçün  bir  neçə  adam  öz 
dirsəkləri ilə ona yol açır və özləri ilə onu qorumaq üçün canlı divar yaradırdı. Hər 
yerdə  elan  edilirdi  ki,  hökumət  xalqın  mülkiyyətinə  keçmişdir.  Professional  dövlət 
xadimlərinin  və  ya  siyasətçilərin  ağalığı  kənara  atılmışdı.  Bu,  general  Ceksonun 
şübhəsiz kredosu idi. Yalnız onu başa düşən adamlar ona təsir göstərə bilərdilər. O, 
adamları  inandırırdı  ki,  hökumət  indiyədək  nəinki  inhisara  götürülmüşdür,  həm  də 
ona nəzarət edən siyasətçilər və dövlət xadimləri tərəfindən pozulmuşdur.  
Onun məsləhətçiləri arasında Nyu Yorkdan olan Martin van Buren var idi. O, 
partiya təşkil etmək işində usta idi və onun metodlarını Cekson öz varislərindən ötəri 
milli  dövlət  quruluşu  üçün  razılıqla  qəbul  etdi.  Bunlar  elə  metodlar  idi  ki,  onun 
özünün  iş  təcrübəsinə  də  daxil  olmuşdu.  O,  ön  cəbhənin  əsgəri  idi.  Səsvermə 
məsələsi  hər  yerdə  olduğu  kimi  açıq  qalmışdı  və  van  Buren  fərasətli  adamların 
dəstəsinə  malik  oldu,  onlar  yeni  səslər  yığmağa  başladılar.  Əleyhdarları  onları 
"Olbani  regentləri"  adlandırırdılar,  bu  söz  birləşməsi  Fransadakı  mənfur  "Orlean 
regenti"  anlayışını  yada  salırdı.  Onların  təbliğatı  və  namizədləri  yaxşı  təsir 
bağışlayırdı. Bu qrup elə bir birlik idi ki, burada biri digərinə şəxsi müttəfiq və dost 
kimi  xidmət  göstərirdi,  bu  yolla  onlar  həm  də  general  Ceksonun  hörmətini 
qazanırdılar.  O,  deyirdi:  "Mən  siyasətçi  deyiləm.  Lakin  mən  siyasətçi  olsam,  Nyu 
York siyasətçisi olardım". Pennsilvaniya siyasətçiləri də bu növdən idi, - siyasətçilər 
yaxın şəxsi münasibətdə olmaqla assosiasiyada birləşmişdi.  
Burada  yüksək  ölçüdə  demokratiyanın  özü  belə,  idarə  etdiyi  adamları 
müşahidə altında saxlayan kamil rəhbərliyə tabe edilmişdi. Bu demokratiyanın yeni 
qaydada təşkili idi. General Cekson bunun hər ikisini başa düşürdü və bəyənirdi. O, 
prezidentliyə  gəldikdə  öz  dostlarını  mükafatlandıracağı  və  düşmənlərini 
cəzalandıracağı barədəki vədində də, özü üçün əxlaqdan kənar heç bir şey görmürdü. 
Əksinə, bu onun döyüşdəki əxlaq prinsiplərinin ilkin əsas maddələri idi. O, möhkəm 
surətdə  inanırdı  ki,  onun  dostları  həm  də  hökumətin  dostları  olmalıdır.  Həmçinin 
onun  düşmənləri  hökumətin  düşmənləridir.  Özü  də  ciddi  qaydada  və  səmimiyyətlə 
buna  inanırdı.  O,  bütün  təbiəti  ilə  ölkəsinə  çiçəklənmə,  Birləşmiş  Ştatlara  tərəqqi, 
hökumətinə isə müvəffəqiyyət və daimi olmağı arzulayırdı. Onun iradəsinin dəhşətli 
gücü  ilə  o,  bunların  hər  ikisini  qorumağı  güman  edirdi.  Heç  şübhəsiz  o,  qanunlara, 
Ceffersonun  dediyi  kimi,  ön  cəbhədə  olduğu  tək  nifrət  edirdi,  müqavilələrə  və 
təlimatlara  tabe  olmurdu.  Lakin  onun  idealı  qanunu  pozan  adamların  təsəvvürünə 
bənzəmirdi.  Ölkə  üçün  təhlükə  bu  fakta  əsaslanırdı  ki,  o,  özü  tərəfindən  bütün 
qanunlara məhəl qoymamaq nümunəsi və onlara müdaxilə etmək qaydasını qoydu.  
Konstitusiya  qanunları  heç  də  qanunlar  kitabında  olan  digər  qanunlardan  az 
pozulmurdu.  General  Cekson  öz  dostlarını  yerləşdirmək  üçün  federal  idarələrdəki 
vəzifələr  demək  olar  ki,  bütünlüklə  boşaldıldı.  Bu  adamların  dövlət  işində 
işləməkdən  məhrum  etmək  üçün  onların  narazılığına  qarşı  olan  bir  arqumentdən 
istifadə edildi. Uzun müddət xidmət göstərməyi o, qeyri-demokratik hesab edirdi. O, 
inanırdı ki, onlar bilərəkdən tənbəllik edirlər. Şübhəsiz, onlar korrupsiyaya da şərait 

 
221 
yaratmışdılar.  O,  özü  bu  adamlarla  ünsiyyətə  girmirdi,  yalnız  inandığı  adamlara 
onlarla ünsiyyətə girməyə isə icazə verirdi.  
Bu vaxt - 1829-cu ilin dekabrında bu şəraitdə Konqress ilk dəfə toplaşdı. Bu 
dövrdə hökumətin bütün tarixi boyu vur-tut yetmiş üç rəsmi işçisi işdən azad edildiyi 
halda,  qısa  müddətdə  minlərlə  federal  idarə  işçisi  vəzifəsindən  uzaqlaşdırılmışdı. 
Senat  nə  qədər  mümkündürsə,  bu  axının  qarşısını  almağa  cəhd  edirdi,  lakin 
prezidentin  qüdrəti  ilə  qarşı-qarşıya  gəlirdi  və  küçələrdə  ictimai  rəy  prezidenti 
müdafiə edir və alqışlayırdı. Van Buren deyirdi ki, "vəzifədən kənarlaşdırılmağımız 
üçün  biz  heç  bir  səbəb  verməməmişik".  Seçici  kütləsi  də  göründüyü  kimi  heç  nə 
istəmirdi.  Onlar  general  Ceksonun,  hökuməti  yuxarıdan  aşağı  bütünlüklə 
dəyişdirməsini bildikdə, bununla razılaşdı. 
Adamlar  partiyalılığından  və  ya  siyasi  xəttə  rəğbətindən  asılı  olmayaraq 
böyük mübarizə nəticəsində işə götürülürdü. Belə topdansatış ticarətdə olduqca kiçik 
seçki  və  ya  müzakirə  ola  bilərdi.  Özünü  irəli  verməyi  bacaran  adamlar  vəzifələrə 
təyin  edilmişdilər.  Bunların  arasında  federal  adminstrasiyada  iş  təcrübəsi  olan 
olduqca  az  adam  var  idi,  əksinə  çoxu  yeni  partiyada  özünə  yer  axtaran  macəraçılar 
idi.  Adams  deyirdi:  "Olduqca  az  rəğbət  bəslənən  təyinatlar  edilmişdir".  Generaldan 
əvvəl  prezident  olmuş  bu  adam  özünün  təsis  etdiyi  jurnalda  yazırdı:  "...  və  bu 
adamlar idarəetmə üçün çox lazım olan adamların yerinə vəzifəyə təyin edilmişdir". 
"Müstəsna olaraq zorakı tərəfdarlar vəzifəyə təyin olunurdu və bunu hər bir əxlaqsız 
naşir  və  böhtançı  qəzet  lazımınca  əsaslandırırdı".  Yeni  partiya  da  onlara  lazım 
olduğuna görə, yaradılırdı. Əgər idarələrin az hissəsi başqa adamlardan ibarət idisə, 
onların da başçıları prezidentin özünə yaxın adamlar idi. General Ceksonun seçdiyi 
kabinet  kifayət  dərəcədə  ənənəvi  idi,  lakin  bu  yaxınlarda  yaradılmış  partiya  üçün 
ənənəvi idi.  
Van Buren Nyu York qubernatoru vəzifəsini tərk edib, Dövlət katibi oldu. O, 
ancaq  yerli  siyasətçi  idi,  baxmayaraq  ki,  o,  senatda  xidmət  etmişdi,  qəflətən  isə 
görkəmli dövlət adamlarının sırasına daxil oldu. Lakin o, ondan əvvəlki kabinetlərin 
üzvlərinin çoxuna yaxşı tanış idi. Departamentin millətə hətta ondan da az tanış olan 
digər başçıları ictimai işlərdə daha açıq rol oynamışdılar. 
Tennessidən olan mayor Con Eton Prezidentin inanılmış şəxsi dostu olduğuna 
görə hərbi nazir təyin edilmişdi. Maliyyə naziri, hərbi-dəniz qüvvələri naziri və baş 
prokuror bu vəzifələrinə görə, öz dostları olan vitse-prezident Kalhouna borclu idilər, 
onlar  Cənubda  prezident  partiyasının  önündə  gedirdilər.  Bu  həqiqətən  qəribə  və 
əhəmiyyətli idi ki, bu adamlar general Ceksonun başçılığı altında ümumiyyətlə real 
kabineti  formalaşdırmamışdılar.  Ölkəyə  məlum  oldu  ki,  Prezident  kabinetin 
iclaslarını  keçirmir,  o,  ancaq  buna  ehtiyac  duyanda  məsləhətləşir,  özü  də  bu 
məsləhətləşmə  rəsmi  adamlarla  deyil,  özünün  özəl  dostları  ilə  olur.  Bu  dostlar  isə 
tanınan vəzifə tutmurdular və ya ümumiyyətlə hökumətin tərkibinə daxil deyildilər. 
Onların  arasındakı  başçı,  general  Ceksonun  Tennessidən  olan  qohumu  və  qonşusu 
Uilyam Lyuis və Massaçusetsdən olan, lakin kentukkili kimi tanınan Emos Kendall 
adlı  adam  idi.  Mayor  Lyuis  başqa  adamlardan  daha  çox  onu  ilk  dəfə  prezidentliyə 
özünü namizəd irəli sürməyə məcbur etmişdi, siyasi karyerasının hər bir dönüşündə 
ona müvafiq səhnə düzəltmişdi. O, bir sıra nüfuzlu ictimai və özəl adamlara başçılıq 
etmiş və onlar Ceksonu prezident idarəsinə və partiyanın rəhbərliyinə gətirmişdilər. 

 
222 
General  Cekson  onunla  fikir  mübadiləsi  aparır  və  ondan  istifadə  edirdi.  Ayrı-ayrı 
adamlar vəzifələrə onun rəyi ilə irəli çəkilirdi.  
Prezident  mayor  Lyuisi  maliyyə  üzrə  ikinci  auditor  təyin  etdi,  lakin  Lyuis 
oyunu  özü  üçün  oynayan  adam  deyildi.  O,  bu  oyunu  Cekson  üçün  oynayırdı  və 
oyunda hər bir cəsarətli dönüşü xoşlayırdı, ona məxsus olan idarəetmə istedadından 
öz  əli  kimi  istifadə  edirdi  və  həm  də  namuslu  adam  kimi  qalırdı,  öz  dostuna  özünə 
olduğundan da daha çox xidmət göstərirdi. Emos Kendall siyasət fəaliyyətinin deyil, 
kağız üzərindəki siyasət sənətinin ustası idi. O, yazıçı istedadına malik idi və dövlətin 
bir  çox  ciddi  qəzetlərində  çap  olunurdu.  O,  ictimai  işlərdə  ifadəli  tondan  istifadə 
etməyi öyrənmişdi. O, partiya mətbuatı üçün çox dərin məzmunlu məqalələr yazırdı. 
O,  dövlət  xadimi,  dönüş  vaxtı  isə  sadəcə  tərəfdar  kimi  görünürdü.  Təbiətinə  və  ya 
seçkisinə görə onun kim olmasını demək çətin idi.  
Burada  digər  "Mətbəx  kabinetləri"  də  var  idi.  Onlar  Cekson  qəzetlərinin 
naşirləri idi, lakin onların da ürəyi mayor Lyuisdə və  Kendallda idi. Van  Buren və 
Tennessidən  olan  hərbi  nazir  mayor  Eton  bu  daxili  dövrəyə  sərbəst  qaydada 
buraxılırdılar,  lakin  bu  onlara  kabinetin  üzvü  olmağa  görə  deyil,  yalnız  prezidentin 
şəxsi  dostları  və  inanılmış  adamları  kimi  müyəssər  olurdu.  Beləliklə,  belə  əsl  fərdi 
kabinet  təsis  edildi.  Bu  proses  o  qədər  uzağa  getdi  ki,  icra  orqanının  işçilərinin  və 
icra orqanının Konqressdəki tərəfdarlarının hərəkət qaydaları razılaşdırılırdı.  
General Ceksonla müttəfiq olmaq, partiya şurasına daxil olmağı arzu edən hər 
bir  demokrat  üçün  sınağa  və  ya  ağıllılıq  sınağına  çevrilmişdi.  Prezidentin  sadəcə 
cəsarəti ona çoxlarına qalib gəlməyə imkan verirdi. Onun sərt səmimiliyi, özünü bir 
işə  həsr  etmə  qabiliyyəti,  dostpərəstliyi,  öz  dostlarına  inamı  çoxlarına  təsir  edirdi. 
Qadınlara münasibətdə o, özünü çox mehriban aparırdı. Əcnəbi səfirlər ondan əsgər 
kobudluğu  gözlədikləri  halda,  onun  təbii  ləyaqətinə  heyrətlənirdilər.  Vaşinqtondan 
sonra  heç  bir  prezident  öz  imicini  belə  saxlaya  bilmirdi  və  bu  vəzifədə  qaldığı  hər 
ayda onun yüksəlişi daha inandırıcı görünürdü.  
1830-cı  ildə  demokratiya  ali  idarə  edən  oldu.  Fransız  tarixçisi  de  Tokvill 
yazırdı:  "Xalqın  suverenliyi  prinsipi  Birləşmiş  Ştatlarda  təxəyyülün  qəbul  etdiyi 
kimi,  bütün  praktiki  inkişafla  tələb  olunurdu.  Adamlar  hər  şeydə  öz  səbəblərinə  və 
məqsədlərinə  malik  idi".  İstiqlaliyyət  Deklarasiyası  bu  ehkamı  irəli  sürmüşdü  ki, 
insan haqları təbiətə məxsusdur və onun hədiyyəsidir. Lakin əsrin yarısının keçməsi 
lazım oldu ki, bu prinsip zəfər çalsın.  
Endryu Cekson Birləşmiş Ştatların "Xalq adamı" kimi ilk prezidenti olmaqla, 
heç  də  axırıncısı  deyildi  ki,  ümumi  xalqın  cərgəsindən  qalxsın.  Onun  özünə  də 
Adams  və  Kley  arasındakı  pozğun  sövdələşmə  barədəki  söz-söhbət  öz  təsirini 
göstərmişdi.  
28  il  əvvəl  atası  edən  kimi,  bu  vəzifədən  gedən  Con  Kvinsi  Adams  yeni 
Prezidentin  inauqurasiyasına  gəlməkdən  imtina  etdi.  O,  düşünürdü  ki,  belə 
münasibəti ilə daha düzgün hərəkət edir. Münasibətin kökündə başqa səbəblər də var 
idi.  Faktlar  isə  belə  idi.  Ötən  yaydakı  seçki  kampaniyası  vaxtı  Ceksonun  arvadına 
biabırcasına  hücumlar  edilmişdi  və  yazıq  qadın  şübhəsiz  ki,  günahsız  idi  və  o, 
inauqurasiyadan  bir  neçə  həftə  əvvəl  ölmüşdü.  Cekson  əmin  idi  ki,  arvadının 
ölümünə  müəyyən  qədər  həmin  hücumlar  səbəb  olmuşdur  və  o,  həmin  yazıları  çap 
edən  bütün  naşirlərə  qarşı  olduqca  kinli  hisslər  bəsləyirdi.  Vaşinqtondakı 

 
223 
adminstrasiya orqanı onları çoxaldırdı və Cekson inanmışdı ki, onların dərc edilməsi 
üçün  Adams  müəyyən  işlər  görmüşdür  və  həmçinin  "pozğun  sövdələşməni" 
xatırlayaraq,  inauqurasiyadan  bir  neçə  gün  əvvəl  paytaxt  şəhərinə  gələndə,  adətə 
uyğun  olaraq  Adamsı  görüşə  dəvət  etməkdən  imtina  etmişdi.  O  vaxtdan  da  Adams 
mərasimə  gəlməkdən  imtina  etməyi  qərara  almışdı.  O,  bir  həftəliyə  şəhərdə  qaldı, 
sonra sakitcə Yeni İngiltərəyə yollandı.  
 
Yeni  prezidentin  inauqurasiyası  böyük  tədbir  idi.  Yaxşı  gün  idi  və  çoxlu 
camaat toplaşmışdı. Cekson erkən yaşında lazımi tərbiyə görməməsinə baxmayaraq, 
yüksək  mədəni  adamların  maneralarını  götürməyə  qadir  idi.  Onun  siyasi  cəhətdən 
dostu  olmayan  bir  adam  öz  gözü  ilə  gördükləri  barədə  yazmışdı:  "Onun  davranışı 
nöqsansız  idi,  o,  özü  gərgin  deyildi,  ancaq  təbii  idi.  Heç  bir  məğrurluq  və  zahiri 
görünüş  üçün  olan  şey  onda  yox  idi,  heç  bir  effektli  və  ya  süni  tamaşadan  sonrakı 
gərginlik  yox  idi".  İnauqurasiya  mərasimi  böyük  qəbulla  Ağ  evdə  başa  çatdı,  zal 
adamla dolmuşdu. Onlar palçıqlı ayaqqabıları ilə gözəl xalçanın üstü ilə gəzişirdilər, 
kürsülərin və üzlərinə pərdə çəkilmiş mebelin üstündə dayanmışdılar. Digər şeylərlə 
yanaşı zaldakı nəhəng, qiymətli çilçıraq qırıq-qırıq oldu. Cekson dedi: "Qoy uşaqlar 
dörd  ildə  bir  dəfə  yaxşı  gün  keçirsinlər".  Onun  dediyi  heç  bir  başqa  söz  bu  qədər 
onun populyarlığının artmasına belə böyük təsir göstərməmişdi.  
Dövlət  katibi  postunu  tutan  Nyu  Yorkdan  olan  holland  siyasətçisi,  şirindilli 
Martin Van Buren cəmi bir neçə ay əvvəl bu ştatın qubernatoru seçilmişdi. Kabinet 
yeni prezidentin dövründə baş poçtmeysterlə birlikdə öz üzvlərinin sayını artıq altıya 
çatdırdı.  
1829-cu  ilin  ilk  ayları  ərzində  Vaşinqtonda  baş  verən  əhvalat  Eton  skandalı 
adlanmaqla, ictimai səs-küy yaratdı. Bu iş ciddi tarixin diqqətinə layiq deyildi, lakin 
adminstrasiyaya  xeyli  təsir  göstərdi.  Bundan  bir  neçə  il  əvvəl  Vaşinqtonda  Uilyam 
O`Nilin  tavernası  var  idi  və  onun  evində  hökumət  məmurlarının  çoxu  yaşamışdı. 
Burada  yemək  yeyənlərin  arasında  Tennessidən  olan  senator  Con  Eton  da  var  idi. 
O`Nilin  hazırcavab,  gözəl  bir  qızı  var  idi.  O,  bütün  şəhərdə  Peqqi  O`Nil  kimi 
tanınırdı. O, atasının evinə gələnlərlə tam sərbəst davranırdı, xüsusən də Etonla - bir 
qədər  sonra  dedi-qodu  yayılmağa  başladı  və  qızın  adına  ləkə  düşdü.  Axırda  Peqqi 
O`Nil dənizçi Timberleynə ərə getdi, lakin təzə bəy Aralıq dənizində üzərkən özünü 
intihar etdi. 1829-cu ilin yanvarında bu vaxta qədər senator olan Eton həmin gənc dul 
qadına  evləndi.  Xanım  Eton  öz  həyatının  ambitsiyasını  məmnun  etdi  -  Vaşinqton 
cəmiyyətinin  liderinə  çevrildi.  Lakin  onun  köhnə  tarixçəsi  üzə  çıxarıldı  və  şəhər 
cəmiyyətinin ledilərindən çoxu onu tanımaqdan imtina etdi. Bu vaxt mühüm dövlət 
işləri  baş  verdi,  Cekson  paytaxta  gəldi.  Eton  onun  seçki  kampaniyasının  başlıca 
təşkilatçılarından biri idi və O`Nillər də Ceksonun ürəyində yaxşı iz qoymuşdular. O, 
həmçinin bir neçə il əvvəl Senatda xidmət edərkən onların qonağı olmuşdu.  
Öz arvadına qarşı olan və artıq kəsilmiş böhtanları xatırlayıb, o xanım Etonun 
günahsızlığına  inandı  və  həmçinin  əmin  idi  ki,  onun  barəsindəki  şayiə  Henri  Kley 
tərəfindən onun ərini məhv etmək üçün qızışdırılır. Cekson Eton məsələsində onları 
müdafiə etməyi qərara aldı. General Cekson Kabinetin üzvlərinə bildirdi ki, onların 
siyasi  taleyi  öz  arvadları  tərəfindən  xanım  Etonun  tanınmasından  asılıdır.  Lakin  bu 
adamlar gücsüz idilər. Onların arvadları sadəcə imtina etdilər və bu "məsələnin sonu" 

 
224 
oldu. Hətta Prezidentin qohumu olan qız Ağ evin sahibəsi kimi möhkəm dayanmışdı: 
"Dayı, başqa nə istəyirsənsə, mən sənin üçün edərəm. Lakin Missis Etonu dəvət edə 
bilmərəm". Prezident: "Onda,  mənim  əzizim, geri,  Tennessiyə qayıt"  deyib, onu öz 
yurduna yola saldı. Beləliklə, Nyu Orlean qəhrəmanı, köhnə dəmir döyüşçü, heç vaxt 
vuruşda məğlub olmamış adam qadınlar tərəfindən tam  məğlub edildi. 1831-ci ildə 
Kabinet hissələrə parçalandı və yeni Kabinet formalaşdırıldı.  
Eton  skandalı  Amerikan  tarixində  qaldı.  Bu  dövlət  katibinin  taleyini  də 
yüksəyə qaldırdı. Martin van Buren bu vaxt dul idi, qızlarının iştirakı da olmadan o, 
öz  başçısı  üçün  vacib  olan  bir  məsələyə  bütün  enerjisini  sərf  etdi.  O,  Missis  Etonu 
dəvət  etdi,  onun  şərəfinə  bal  düzəltdi  və  nahar  verdi.  O,  bütün  sosial  dairələrdə  bu 
qadının ləyaqətlərindən danışırdı. O, Britaniya və Rusiya səfirlərinə, - onların ikisi də 
subay idi, - girişirdi ki, onların köməyi ilə xanım Etonu irəli çıxara bilsin. Və o, uğur 
qazandı, ancaq qadının Vaşinqton cəmiyyətində tanınması məsələsində deyil, general 
Ceksonun  ürəyində  özünə  yer  tapmağa  nail  oldu.  Bu  vaxtdan  etibarən  onların 
arasında  heç  bir  anlaşılmazlıq  əmələ  gəlmədi,  baxmayaraq  ki,  qışla  yaz  kimi  onlar 
bir-birlərinə bənzəmirdilər. Bu vaxtdan bir az sonra Cekson qərara aldı ki, prezident 
varisliyinə öz seçimi kimi Van Burenin adını irəli sürsün və onun qərarı yekun qərar 
idi,  çünki  onun  partiyası  çox  qüdrətli  idi  və  necə  ki,  Cefferson  otuz  il  əvvəl 
hökmranlıq etmişdi, o da partiyasına belə başçılıq edirdi.  
Ceksonun yeni Kabinetin üzvləri – Dövlət katibi Edvard Livinqston, müdafiə 
katibi  Luis  Kass,  Baş  prokuror  Rocer  Taney  oldu.  Ceksonun  "Mətbəx  kabineti"  də 
onun bir neçə yaxın dostundan düzəlmişdi, özəl məsləhətçilər olmaqla, heç də həqiqi 
Kabinetin üzvləri deyildi.  
Ceksonun  "hökmranlığı"  dövründə  baş  verən  üç  şeyi  isə  Birləşmiş  Ştatlar 
tarixində xüsusilə yada salınır.  
Endryü  Cekson  güclü  patriotizm  adamı  idi.  Lakin  bir  şey  ona  heç  bir  etibar 
gətirmirdi, daha dəqiq deyilsə, onun mülki xidmətini biabır edirdi. Bu milli siyasətə 
"Qənimətlər  sisteminin"  gətirilməsi  idi.  Əvvəllər  mülki  xidmətə  gələn  məmurlar 
ömürlük öz vəzifələrindən yapışırdılar və ya yaxşı davranırdılar. Ceksona qədər olan 
40  il  ərzində  az  sayda  ictimai  vəzifə  sahibləri  işdən  azad  olunmuşdu.  Cekson  isə 
əvvəlki  qaydalara  məhəl  qoymadı  və  yüzlərlə  vəzifəli  şəxsi  təmiz  siyasi  səbəblərə 
görə işdən azad etdi. Bunlar klerklər, poçtmeystrlər, gömrük işçiləri idi. Bu "pozğun 
sistem" Nyu Yorkda və Pennsilvaniyada ştat siyasətçiləri tərəfindən də tətbiq edilirdi. 
Onun  sisteminin  "Qalibə  düşmənin  qənimətləri  məxsusdur"  devizi  ölkədə  hakim 
kəsilirdi və varisləri tərəfindən bir çox illər ərzində davam etdirildi.  
Bu vaxtadək olan bütün prezidentlər Vaşinqtonun böyük offis konsepsiyasına 
sadiq  qalırdılar.  O,  bir  dostuna  yazdığı  məktubda  başqa  dostunun  bir  vəzifə  üçün 
xahişini  misal  gətirir:  "O,  mənim  evimdə  və  mənim  ürəyimdə  sevinclə 
qarşılanacaqdır. Lakin bütün onun yaxşı keyfiyyətləri ilə o, iş adamı deyildir. Onun 
rəqibi  isə,  mənə  bütün  siyasi  düşmənçiliyi  ilə  yanaşı  iş  adamıdır.  Mənim  özəl 
düşüncəm bu məsələ ilə əlaqədar bir şey etmək üçün heç nəyə malik deyildir. Mən 
Corc  Vaşinqton  deyiləm,  Birləşmiş  Ştatların  prezidentiyəm.  Corc  Vaşinqton  kimi 
mən bu adama mənim ixtiyarımda olan xeyirxahlığı edə bilərəm, Birləşmiş Ştatların 
prezidenti kimi mən heç nə edə bilmərəm".  

 
225 
1830-cu  il  əhalinin  siyahıya  alınması  ölkədə  13  milyon  adam  yaşadığını 
müəyyən etdi. Şərqdə ciddi dəyişikliklər olmuşdu. Virciniya uzun müddət əhalisinin 
sayına  görə  birinci,  hətta  ikinci  ştat  ola  bilmədi.  Nyu  York  birinci,  Pennsilvaniya 
ikinci ştat idi. Virciniya isə üçüncü yerə keçmişdi. Son vaxtlarda Qərbdə iri şəhərlər 
salınmışdı. Tsintsinnati o vaxt artıq xeyli əhəmiyyətə malik olan bir şəhər idi, Çikaqo 
isə  taxtadan  tikilmiş  evləri  olan  kənd  idi.  Bizonlar  Omaho,  Delaver,  San  Fransisko 
küçələrində mələşirdilər.  

 
226 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin