TəNZİMLƏNMƏSİNİn nəZƏRİ Əsaslari



Yüklə 70,96 Kb.
səhifə5/5
tarix20.10.2022
ölçüsü70,96 Kb.
#65675
1   2   3   4   5
Mövzu 1 İqt tənzim

Neoklassik cərəyanın əksər təmsilçiləri dövlətin iqtisadiyyata müdaxiləsinin aşağıdakı prinsipial istiqamətlərini qəbul edirdilər:

  • ictimai qaydaların və qanunların tənzimlənməsini;

  • mülkiyyət hüququnun müdafiə edilməsini;

  • rəqabət mühitinə yardım göstərilməsini;

  • pul tədavülündə inflyasiyanın qarşısının alınmasını;

  • sahibkarlığın stimullaşdırılmasına yönəldilmiş vergi siyasətinin həyata keçirilməsini.

Neoklassik cərəyanın əksər tərəfdarları dövlətin hər hansı müdaxiləsini bazar iqtisadiyyatının qanunlarının pozulmasının ilkin şərti saymaqla, eyni zamanda gəlirlərin, sərvətin yenidən bölüşdürülməsi zamanı “bərabərləşdirmə” meyillərinin mövcudluğunu sahibkarlıq təşəbbüsünə mənfi təsir göstərən amil kimi qiymətləndirdilər. Onlar müəssisələrin müflisləşməsi zamanı həyata keçirilən sənaye tədbirlərini də iqtisadiyyatın sağlamlaşdırılmasına mənfi təsir göstərən hal kimi dəyərləndirirdilər.
“Təklif iqtisadiyyatı” adı altında qəbul edilən vergi islahatına dair Laffer nəzəriyyəsi yuxarıda qeyd edildiyi kimi, P. Reyqanın ilk dördillik hakimiyyəti zamanında ABŞ iqtisadiy- yatında tətbiq edilmişdir. Həmin dövrdə vergi stavkaları 70%-dən 50%-dək endirilmişdir ki, bu da iqtisadiyyatda mütərəqqi dəyişikliklərin baş verməsinə əlverişli stimul yaratmışdır. P. Reyqan hakimiyyətinin sonrakı illərində vergi stavkaları hətta 38%-ə qədər endirildi və bu da əhalinin imkanlı təbəqələrinin xüsusi çəkisinin nəzərə çarpacaq dərəcədə artmasında özünü göstərdi.
Yüklə 70,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin