TəNZİMLƏNMƏSİNİn nəZƏRİ Əsaslari



Yüklə 70,96 Kb.
səhifə3/5
tarix20.10.2022
ölçüsü70,96 Kb.
#65675
1   2   3   4   5
Mövzu 1 İqt tənzim

Merkantilizm cərəyanı


İqtisad elminin yarandığı dövrdən iqtisadiyyatda dövlətin yeri, rolu və funksiyaları ilə bağlı elmi araşdırmalar aparılır. Hələ XV-XVII əsrlərdə, yəni ilkin kapital yığımı dövründə merkantilizm məktəbinin nümayəndələri dövlətin fəal iqtisadi siyasətinin obyektiv zəruriliyini əsaslandırmağa cəhd göstərmişlər.
Dövlətin iqtisadiyyata müdaxiləsi probleminə də məhz bu aspektdən yanaşan merkantilist nəzəriyyəçilər öz tədqiqatlarında belə qənaətə gəlirlər ki, o dövlət iqtisadi cəhətdən imkanlı və zəngindir ki, həmin dövlətin xəzinəsində iri həcmli pul və qızıl ehtiyatları var. Həmin fikrə nəzərən pul formasında sərvətin toplanılması yalnız hakimiyyətin fəal köməkliyi ilə həyata keçirilə bilər.
İngilis iqtisad nəzəriyyəçisi U.Stafford və italyan K.Skarruffinin erkən merkantilizm nəzəriyyəsi ölkədə sərvətin toplanılmasını stimullaşdıran dövlət siyasətinin həyata keçirilməsinin zəruriliyini əsaslandırır. Adı çəkilən nəzəriyyənin tərəfdarları qeyd edilən məqsədə nail olmaq üçün dövlət tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirdilər:

  • pulun qızılın ölkə sərhədlərindən kənara daşınmasına qadağalar qoyulmasını;

  • valyuta ticarətinin dövlət inhisarında saxlanılmasını;

  • xarici əmtəələrlə ticarət üçün xüsusi satış yerlərinin müəyyənləşdirilməsini.

Məlumdur ki, XVI-XVII əsrlərdə iqtisadiyyatda merkantilist ideyalarının çiçəklənməsi dövrü başlanmışdır. Bu dövrdə çoxsaylı coğrafi ərazilərin kəşfi, mütləq monarxiyaların öz fəaliyyətini dayandırması və azad ticarətin həyata keçirilməsi hesabına ölkələrin iqtisadi güclərinin artmaları müşahidə olunurdu.
Ticarət fəaliyyətinin dövlətin iqtisadi siyasətinin əhatə dairəsinə daxil edilməsi də məhz həmin dövrə təsadüf edir. O dövrdə dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi ölkədə fəal ticarət balansının yaradılmasına nail olmaqdan ibarət olmuşdur.
Merkantilist ideyalara əsasən, dövlət o zaman güclü ola bilir ki, ölkədən daşınan məhsulların dəyəri ilə ölkəyə gətirilən məhsulların dəyəri arasında iri həcmli müsbət saldo yaransın. Bu fərqə adətən iki yolla nail olmaq mümkündür:

  • ölkədən daha çox məhsul ixracı, yəni xammal ixracı ilə müqayisədə xarici ticarətdən daha çox gəlir əldə etmək imkanlarının reallaşdırılması və idxal məhsullarının həcminin və dəyərinin azaldılması;

  • ticarət fəaliyyətində müsbət saldonun ticarət vasitəçiliyi hesabına əldə edilməsi.

Qeyd edilən hər iki variantda ümumi cəhət ayrı-ayrı ölkələrdən idxal olunan məhsulların ucuz qiymətə alınması, ixrac məhsullarının isə baha qiymətlərlə reallaşdırılması prinsipidir.
Merkantilizm ideyalarına əsasən, fəal ticarət balansının formalaşdırılmasının ən mühüm vasitəsi yeni satış bazarlarının ələ keçirilməsidir. Yəni fəal ticarət balansına malik olmaq və yeni satış bazarlarının ələ keçirilməsi məqsədilə dövlət tərəfindən fəal iqtisadi siyasət həyata keçirilir. Bu sahəyə yönəldilən dövlət siyasəti mahiyyətcə idxal olunan məhsullara gömrük rüsumlarının yüksəldilməsi və ixracın stimullaşdırılmasını təmin edən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Stimullaşdırma tədbiri kimi, dövlət tərəfindən xarici bazarlara daha çox məhsul çıxaran müəssisələrə güzəştlərin verilməsi məqbul sayılır. Bu nəzəriyyə dövlətin iri həcmli kapital ehtiyatına malik olması üçün sənaye məhsullarının ixracının artırılması zəruriliyini əsaslandırır və bunun üçün sənayenin inkişafının bütün vasitələrlə stimullaşdırılmasını təklif edir.



    1. Yüklə 70,96 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin