TəNZİMLƏNMƏSİNİn nəZƏRİ Əsaslari


Neoklassik (neoliberal) cərəyan



Yüklə 70,96 Kb.
səhifə4/5
tarix20.10.2022
ölçüsü70,96 Kb.
#65675
1   2   3   4   5
Mövzu 1 İqt tənzim

Neoklassik (neoliberal) cərəyan


Tarixən iqtisadiyyatda ilkin kapital yığımı dövrü başa çatdıqdan sonra merkantilizm ideyaları öz populyarlığını tədricən itirmiş və hər yeni dövr üçün yeni ideyalara ehtiyac yaranmışdır.
Bu baxımdan ticarət və sənaye kapitalının həcminin genişlənməsi ona dövlət nəzarətinin azaldılmasını və yaxud tamamilə aradan qaldırılmasına əsas yaradır. Qeyd edək ki, merkantilizm ideyaları sonralar iqtisadçılar tərəfindən müəyyən tənqidə məruz qalmışdır. Belə bir şəraitdə əsası klassik siyasi iqtisad məktəbi tərəfindən (A. Smit, D. Rikardo) qoyulmuş və öz dövrü üçün mühüm dəyərə malik olmuş iqtisadi liberalizm nəzəriyyəsi yaranaraq inkişaf etməyə başlamışdır.
1776-cı ildə A. Smitin “Xalqların iqtisadi sərvətinin mənbələrinin tədqiqi” adlı əsərində cəmiyyətin inkişafının iqtisadi qanunları və qanunauyğunluqları şərh edilirdi. Həmin əsərdə göstərilirdi ki, cəmiyyətdə təbii harmoniya və tarazlıq mövcuddur və bu da iqtisadiyyatın inkişafına kənardan müdaxilə olunmasının qarşısını alır. Bütün bunlar isə cəmiyyətdə bazar münasibətlərinin formalaşdırılmasının optimal rejimi kimi xarakterizə olunmalıdır.
A. Smit qeyd edirdi ki, iqtisadiyyatın təbii tarazlıq əsasında formalaşması “gözə görünməz əl” prinsipinə əsaslanır. İqtisadi fəaliyyətdə dövlətin rolu və funksiyaları isə qaydalar və qanunlar sisteminin yaradılması, xüsusi mülkiyyət rəqabətin müdafiə edilməsi ilə məhdudlaşdırılmalıdır.
D. Rikardo isə dövlətin iqtisadiyyata müdaxiləsinin hərtərəfli şəkildə məhdudlaşdırılması ideyasının ən güclü müdafiəçilərindən olmuşdur. A. Smitlə bərabər o da əsaslandırmağa çalışırdı ki, iqtisadiyyatın özünəməxsus təbii qanunları mövcuddur. Dövlətin iqtisadi proseslərə kənardan müdaxiləsi iqtisadi sistemdə tarazlığın pozulmasına gətirib çıxara bilir. O, eyni zamanda cəmiyyətdə məhsuldar qüvvələrin inkişafına şərait yaradan dövlətin iqtisadi siyasətinin zəruriliyini də vurğulayırdı. Başqa sözlə, belə bir qənaətə gəlmək olar ki, hətta iqtisadi liberalizm nəzəriyyəçiləri belə cəmiyyətdə iqtisad elminin rolunu dəyərləndirərkən dövlətin iqtisadi siyasətinin hazırlanmasının zəruriliyini əsasən qəbul edirdilər.
A. Smit və D. Rikardo iqtisad elmində “Friditerçilik” nəzəriyyəsinin və siyasətinin (ingilis sözü olub mənası free-azad, trade-ticarət deməkdir) yaradıcıları olmuşlar. Maraqlıdır ki, onlar əksər dünya ölkələri üçün yuxarıda qeyd olunan siyasətin bütün dövrlərdə ideal dərəcədə səmərəli bir siyasət olduğunu əsaslandırmağa çalışırdılar.
Həmin siyasət XIX əsrin ortalarınadək Böyük Britaniyada tətbiq edilmişdir. D. Rikardonun 1817-ci ildə çapdan çıxmış “Siyasi iqtisadın əsasları” adlı əsərində göstərilirdi ki, merkantilizm dövründə Böyük Britaniyada xaricdən gətirilən qida məhsullarına yüksək gömrük rüsumlarının tətbiq edilməsi ölkədə xammalın qiymətinin bahalaşmasına səbəb olmuşdur. Bu baxımdan D. Rikardo əsaslandırırdı ki, ölkədə zərərlə başa gələn istehsaldansa xaricdən ucuz məhsul idxalına üstünlük verilməlidir.
İqtisadi liberalizm cərəyanının o dövrdə daha yüksək səviyyədə tətbiq edilməsinin ən mühüm səbəblərindən biri kimi, bu cərəyanın fəal tərəfdarlarından olan D. Rikardonun öz ölkəsinin, yəni Böyük Britaniya parlamentinin üzvü olması ilə də izah olunurdu.
Müxtəlif dövlətlərdə və şəraitlərdə yaranmış neoklassik yönümlü görkəmli tədqiqatçılar dövlət tənzimlənməsinin istiqamətlərini müxtəlif formalarda təklif edirdilər. Lakin bunlara baxmayaraq, neoklassiklər bütün hallarda ənənəvi kapitalist iqtisadiyyatının, azad rəqabət və sahibkarlıq mühitinin formalaşdırılmasının populyar tərəfdarları olmuşlar.

Yüklə 70,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin