Təqdimat “Quyuların əsaslı və yeraltı təmirinin növləri, tərkibi və işlərinin təşkili”



Yüklə 32,3 Kb.
səhifə1/4
tarix21.12.2023
ölçüsü32,3 Kb.
#187533
  1   2   3   4
aslan təmir


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

Quyuların yeraltı təmiri”fənnindən




Təqdimat
Quyuların əsaslı və yeraltı təmirinin növləri, tərkibi və işlərinin təşkili”

İxtisas: 040548 “Neft-qaz işi”


Qrup: 548/1
Tələbə: Əmirov Aslan
Müəllim: Umudov Eldar

Bakı 2023

MÜNDƏRİCAT

Giriş:............................................................................................səh.3

  1. Mövzunun adı:.............................................................................səh.1

2. Plan

  1. Plan 1: Quyuların əsaslı və yeraltı təmiri prosesində əsas texnalogiyası.............................................................................səh.4

  2. Plan 2: Cari təmirin texnologiyası...........................................səh.6

  3. Plan 3: Əsaslı təmirin texnologiyası.......................................səh.7

3. İstifadə olunan ədəbiyyatların siyahısı:...................................səh.8

Giriş:
Quyuların əsaslı təmiri üzrə işlər ixtisaslaşdırılmış briqada tərəfindən, müəssisənin baş mühədsinin (texniki rəhbərinin) təsdiq etdiyi plan üzrə aparılmalıdır.
Planda yerinə yetirilməli işlərin bütün növləri, təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən bütün texniki vasitələr nəzərdə tutulmalıdır.
Aqreqatların, avadanlıqların, alətlərin yerləşdirilməsi və iş zonasındakı meydançaların qurulması müəssisənin texniki rəhbərinin təsdiq etdiyi sxem və texnoloji reqlamentə uyğun yerinə yetirilməlidir.
Təmir işlərinə başlamazdan əvvəl quyu, sıxlığı bu Qaydaların 3.5.66 bəndinin tələblərinə uyğun gələn məhlulla boğulmalıdır. Lay təzyiqi hidrostatik təzyiqdən yüksək olan bütün quyular və (aparılmış hesabatlara görə) lay təzyiqi hidrostatik təzyiqdən aşağı olan fontan və ya qazneftsu təzahürü şəraiti saxlanılan quyular da boğulmalıdır.
Lay təzyiqindən asılı olaraq yeraltı və əsaslı təmir aparılarkən quyu ağzı TQA ilə təchiz edilməlidir. TQA-ın yerləşmə və bağlanma sxemi müəssisə tərəfindən işlənib hazırlanır və Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsi ilə razılaşdırılır. TQA quyu ağzında quraşdırıldıqdan sonra, quyu, istismar kolonunun sınaq təzyiqindən artıq olmayan, gözlənilən maksimal təzyiqə sınanır.
Quyunun dərinliyindən asılı olmayaraq saz vəziyyətdə olan çəki indikatoru olmadan endirmə-qaldırma əməliyyatlarını, həmçinin qülləyə (vışkaya) ağırlıq düşməsi ilə əlaqədar olan təmir işlərini aparmaq qadağandır.
Neft qaz su təzahürü aşkarlandıqda quyu ağzı kipləşdirilməli, briqada isə bu Qaydaların 19-cu əlavəsinə uyğun işlənib hazırlanmış qəzaların ləğv edilmə planına uyğun hərəkət etməlidir.
Təmir - izolyasiya işlərini apararkən qazın, neftin (axımı əmələ gətirdikdən sonra) təzyiqi ilə layların yarılması ehtimalı olan intervalda, həmçinin keçirici qeyri-məhsuldar laylar intervalında qoruyucu kəmərlərin perforasiyası qadağandır.

3


Yüklə 32,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin