Terapiya ixtisası üzrə nümunəvi test sualları 1 Sadalananlardan hansı aterosklerozun əsas risk amili deyil?


) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?



Yüklə 184,5 Kb.
səhifə3/3
tarix07.01.2017
ölçüsü184,5 Kb.
#4993
1   2   3

132) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?
A) Hamısı

B) Antibiotiklərlə müalicə

C) Prednizolonun yeridilməsi

D) Reopoliqlükinin yeridilməsi

E) Heparinin yeridilməsi
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
133) Xroniki qlomerulonefrit zamanı fitoterapiya hansı effektiv təsir göstərir?
A) Hipotenziv

B) Antikoaqulyant

C) Sidikqovucu

D) Dezintoksikasion

E) Hamısı
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
134) Xroniki qlomerulonefritin hansı kliniki variantında qlükokortikoidlər daha effektivdilər?
A) Membranoz qlomerulonefrit

B) Proliferativ fibroplastik qlomerulonefrit

C) Fokal seqmentar qlomeruloskleroz

D) Mezangiokapillyar qlomerulonefrit

E) Hamısında
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
135) Uremiyalı xəstələrdə fiziki müayinə zamanı hansı əlamətlər qeyd olunur?
A) Periferik neyropatiya

B) Hipertenziya

C) Orqanizmdə mayenin ləngimə əlamətləri

D) Hamısı

E) Perikardın sürtünmə küyü
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
136) KBÇ ilə hospitalizə olunmuş xəstələrdə hansı anamnestik məlumat daha vacibdir?
A) Yaxın vaxtda keçirilmiş ümumi infeksion xəstəlik

B) Venadaxili kontrast maddələrlə aparılmış müayinə

C) Hamısı

D) Nefrostatik preparatların qəbulu

E) Yaxın vaxtda hipotenziyanın olması
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
137) Hansı əlamətlər orqanizmdə mayenin ləngiməsini göstərir?
A) Ödem

B) Müsariqə venalarda yüksək təzyiq

C) Hamısı

D) Assit


E) Ağ ciyərlərdə xırıltılar
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
138) Hansı böyrək xəstəlikləri zamanı artrit əlamətləri qeyd olunur?
A) Sarkoidoz

B) Hamısı

C) Amiloidoz

D) Krioqlobulinemiya

E) Şeylem-Henox purpurası
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии», 2001г.
139) Metilksantin qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Azan sinirinin təsirini blokada edir

B) Fosfodiesteraza fermentini blokada edir

C) Antigenlə antitelin birləşməsinə mane olur

D) Adenilatsiklaza fermentinin aktivliyini artırır

E) Tənəffüs mərkəzinin aktivliyini azaldır
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
140) β-Adrenostimulyator qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Tənəffüs mərkəzinin aktivliyini ləngidir

B) Antigenlə antitelin birləşməsinə mane olur

C) Fosfodiesteraza fermentini blokada edir

D) Adenilatsiklaza fermentinin aktivliyini artırır

E) Azan sinirinin təsirini blokada edir
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
141) İdiopatik interstisial pnevmoniyaya hansı aid deyil?
A) Limfositar interstisial pnevmoniya

B) Deskvamatoz interstisial pnevmoniya

C) Nozokomial pnevmoniya

D) Qeyri spesifik interstisial pnevmoniya

E) İdiopatik ağciyər fibrozu
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
142) Təngnəfəsliyi aradan götürən qrup preparatlarına hansı aid deyil?
A) β1 və β2 – adrenostimulyatorlar

B) β2-aqonistlər

C) Metilksantinlər

D) Antixolinergik preparatlar

E) β-adrenoblokatorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
143) Bronxial obstruksiyanın geriyədönməz kompanentinə hansı aiddir?
A) Bronxların mukosiliar aparatının funksiyasının pozulması

B) Bronxların spazmı

C) Bronx mənfəzinin stenozu və obliterasiyası

D) Bronxların selikli qişasının iltihabı

E) Bronxların selikli qişasının ödemi
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
144) Bəlğəm ifrazının çətinləşməsi nədən asılı deyil?
A) Bəlğəmin tənəffüs yollarınının divarına yapışmasının artmasından

B) Bəlğəmin özlülüyünün artmasından

C) Qədəhəbənzər hüceyrələrinin sayının artmasından

D) Orqanizmin susuzlaşması zamanı bəlğəmin dehidrotasiyasından

E) Kulçitski hüceyrələrinin sayının artmasından
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
145) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Krepitasiya

B) Fitvari quru xırıltı

C) Quru xırıltı

D) Plevranın sürtünmə küyü

E) Bronxofoniya
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
146) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Elastik əzələ lifləri

B) Leykositlər

C) Kurşman spiralları

D) Eritrositlər

E) Şarko-Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
147) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Şarko-Leyden kristalları

B) Elastik əzələ lifləri

C) Leykositlər

D) Kurşman spiralları

E) Eritrositlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
148) Hansı hallarda qarın boşluğunda Traube üçbucağı itir?
A) Ağciyər emfizeması

B) Sağ mədəciyin hirertrofiyası

C) Sol tərəfli eksudativ plevritdə

D) Mədə xorasının perforasiyası

E) Pnevmoniyada
Ədəbiyyat: M.M.Ağayev «Daxili Xəstəliklər» II-cild, 2007il
149) Sarkoidoz kimlərdə daha çox rast gəlir?
A) Yaşlı şəxslərdə

B) Qadınlarda klimaks dövründə

C) Yeniyetmələrdə

D) 20-40 yaşlı şəxslərdə

E) Uşaqlarda
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова. «Дифференциальная диагностика и лечение внутренних болезней», 2003 г., том 3
150) Hansı ferment çatışmazlığı emfizemaya səbəb olur?
A) Fosfodiesteraza

B) α-1 anitripsin

C) Laktatdehidrogenaza

D) Adenilatsiklaza

E) Kreatinfosfokinaza
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
151) Pnevmokokk pnevmoniyası üçün nə xarakterik deyil?
A) Residivləşən titrətmə

B) Leykositoz

C) Krepitasiya

D) Hərarətin yüksəlməsi

E) Kəskin başlanğıc
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
152) Stafilokokk pnevmoniya üçün nə xarakterik deyil?
A) Krepitasiya

B) Cüzi intoksikasiya əlamətləri

C) Ağciyərlərdə destruktiv dəyişikliklər

D) Hərarətin yüksəlməsi

E) Residivləşən titrətmə
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
153) Əgər obstruktiv sindrom arterial hipertenziya ilə müşayət olunursa, aşağıdakılardan hansı seçim preparatıdır?
A) Nitratlar

B) Ca++ antaqonistləri

C) Diuretiklər

D) AÇFİ


E) β-blokatorlar
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
154) Nozokomial pnevmoniyanın diaqnostikasına hansı aid deyil?
A) Bəlğəmin müayinəsində elastik əzələ liflərin olması

B) Bronxial hipersekresiya

C) Qızdırmanın 39,3° C-dən çox olması

D) İnspiratop krepitasiya

E) Rentgenoqrammada ağciyərlərdə «yeni» ocaqlı-infiltrativ dəyişikliklərin olması
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
155) Qudpasçer sindromunun müalicəsinə nə daxil deyil?
A) Hemodializ

B) Qlükokortikoidlər

C) Antibiotiklər

D) Plazmaferez

E) İmmunosupressorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
156) Hiperpnoe nədir?
A) Tənəffüsün olmaması

B) Dərinləşmiş tənəffüs

C) Ağciyərlərin hipoventilyasiyası

D) Tezləşmiş tənəffüs

E) Tənəffüsün azalması
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
157) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığı ilə nəticələnmir?
A) Qudpasçer sindromu

B) Massiv hemotransfuziyalar

C) Kəskin bronxit

D) İdiopatik interstisial pnevmoniyalar

E) Ağciyərlərin kardiogen ödemi
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
158) Ağciyər mikozunun törədicisi hansıdır?
A) Aspergillalar

B) İdtidailər

C) Bakteriyalar

D) Viruslar

E) Rikketsiyalar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
159) Bronxiolit nədir?
A) Yuxarı tənəffüs yollarının iltihabı

B) Terminal və respirator bronxiolların iltihabı

C) Parenximanın zədələnməsi

D) Orta kalibrli bronxların iltihabı

E) İri kalibrli bronxların iltihabı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
160) Xroniki pankreatitin ən birinci əlaməti hansıdır?
A) Ağrı

B) Diareya

C) Arıqlama

D) Şəkərli diabet

E) Sarılıq
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
161) Xroniki enterit üçün hansı əlamət xarakterik deyil?
A) Nəcisdə seliyin və qanın olması

B) Həzm prosesin pozulması

C) Ağrının olmaması

D) Qarında səs

E) Sorulma prosesin pozulması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
162) Qəhvə rəngində qusmanın əsas səbəbi nədir?
A) Xroniki pankreatit

B) Xolesistit

C) Qaraciyərin sirrozu

D) Enterit

E) Mədə və onikibarmaq bağırsağın xorası
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
163) Yaşlı xəstədə mədə xorasının kəskinləşməsində hansı preparat təyin edilir?
A) Atropin

B) Simetidin

C) Hamisı

D) Omeprazol

E) No-şpa, almagel
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
164) Hansı qrup preparatlarına ranitidin aiddir?
A) H2-histamin reseptorların blokatoru

B) Adrenoblokator

C) M-xolinoblokator

D) H1-histamin reseptorların blokatoru

E) Simpatolitik
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
165) Hansı qrup preparatlarına omeprazol aiddir?
A) Adrenoblokator

B) Proton pompasının blokatoru

C) H1- histamin reseptorların blokatoru

D) H2-histamin reseptorların blokatoru

E) M-xolinoblokator
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
166) Hansı qrup preparatlar HCl sekresiyasının azalmasında istifadə olunur?
A) Adrenoblokatorlar

B) Antixolinesterazlar

C) H1-histamin reseptorların blokatoru

D) M-xolinoblokatorlar

E) H2-histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
167) Badam yağı hansı qrup işlətmə preparatlarına aiddir?
A) Bağırsağ divarını yağlıyan və nəcis kütləsini yumşaldan preparatlar

B) Bağırsağ divarını stimulə edən və adsorbsiyanı dayandıran preparatlar

C) İşlətmə suppozitoriyaları

D) Bağırsağ möhtəviyyatının həcmini artıran preparatlar

E) Osmotik xüsusiyyətə malik olan preparatlar
Ədəbiyyat: М. Д. Машковский. «Лекарственные средства» 2005г.
168) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterikdir?
A) Çəkinin azalması

B) Kreatoreya

C) Steatoreya

D) Diareya

E) Qarında miqrasiya edən ağrılar
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
169) Xroniki qəbzlik zamanı istifadə olunan işlətmə preparatı hansıdır?
A) Proktosedil

B) Levomisetin

C) Qliserin şamı

D) Omeprazol

E) Gənəgərçək yağı
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
170) Aşağıda sadalananlardan hansı xroniki qəbzlik zamanı istifadə olunan bağırsağ möhtəviyyatının həcmini artıran preparatlara aiddir?
A) Bisokadil

B) Dəniz kələmi

C) Badam yağı

D) Rəvənd kökü

E) Senadeksin
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
171) Təsir xüsusiyyətinə görə nazik bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Bisakodil

B) Magnezium sulfat

C) Rəvənd kökü

D) Senadeksin

E) İşlətmə şamları
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
172) Təsir xüsusiyyətinə görə yoğun bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Karlovar duzu

B) Magnezium sulfat

C) Natrium sulfat

D) Badam yağı

E) Senadeksin
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
173) Osmotik xüsusiyyətə malik işlətmə preparatlarına hansı aiddir?
A) Gənəgərçək yağı

B) Qliserin şamı

C) Qutalaks

D) Badam yağı

E) Magnezium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
174) Bağırsağ möhtəviyyatının həcmini artıran preparatlara hansı aiddir?
A) Senadeksin

B) Na-pirosulfat

C) Magnezium sulfat

D) Laktuloza

E) Dəniz kələmi
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
175) Tez təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Bisakodil

B) İzafenin

C) Senadeksin

D) Fenolftalein

E) İşlətmə şamları
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
176) Gec təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Qliserin yağı

B) İmalə


C) Ferrolaks

D) Senadeksin

E) Qeyd olunanların hamisı
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
177) Malabsorbsiya sindromun diaqnostikasında daha dürüst test hansıdır?
A) Yoğun bağırsağın rentgenoloji müayinəsi

B) Şilling testi

C) D-ksiloza ilə test

D) Laktozaya qarşı tolerantlıq testi

E) Hec biri
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
178) Yoğun bağırsağın hansı hissəsində divertikullar daha tez rast gelinir?
A) Düz bağırsağ

B) Sigmayabənzər bağırsağ

C) Köndələn çəmbər bağırsağ

D) Kor bağırsağ

E) Enən çəmbər bağırsağ
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
179) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterik deyildir?
A) Büzdüm, sağrı və bud nahiyəsində ağrı

B) Meteorizm

C) Subfebril temperatura

D) Diareya



E) Ürekbulanma
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
Yüklə 184,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin