Bölmə 4. Qastroenterologiya
431) Mədənin giriş dəliyi necə adlanır?
A) Kardial
B) His küncü
C) Z- xətti
D) Antrum
E) Subkardial
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
432) Aşağıdakılardan hansı mədənin anatomik təsnifatına daxil deyil?
A) Mədənin tağı
B) Mədənin dibi
C) Kardial hissə
D) Pilorik hissə
E) Mədənin cismi
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
433) Mədənin çox hissəsi harada yerləşir?
A) Sağ qabırğaaltı nahiyədə
B) Qarının sağ yarısında
C) Sol qabırğaaltı nahiyədə
D) Epiqastral nahiyədə
E) Göbək nahiyəsində
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
434) Mədənin əsas funksiyası hansıdır?
A) Yağları parçalamaq
B) Zülalları parçalamaq
C) Anbar
D) Karbohidratları parçalamaq
E) Motor- evakuator
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
Dostları ilə paylaş: |