Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Ambulator şəraitdə bronxospazmolitik prepartaların ən asan yeridilmə metodu hansıdır?



Yüklə 1,2 Mb.
səhifə18/369
tarix25.12.2016
ölçüsü1,2 Mb.
#2949
növüРуководство
1   ...   14   15   16   17   18   19   20   21   ...   369
44) Ambulator şəraitdə bronxospazmolitik prepartaların ən asan yeridilmə metodu hansıdır?
A) Nebulayzer ilə

B) Parenteral

C) Peroral

D) Rektal

E) İnhalyasion
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
45) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Atropin

B) Metasin

C) İpratropium bromid

D) Propantelin bromid

E) Aprofen
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
46) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Teopek

B) Eufillin

C) Ventolin

D) Teofedrin

E) Teofillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
47) Simpatomimetik aktivliyə malik dərman preparatları nəyin hesabına bəlğəmin gətirilməsinə səbəb olur?
A) Bəlğəm zülalının disulfid əlaqəsinin pozulması

B) Xırda bronxların spazmının aradan götürülməsi, iri bronxların əzələ tonusunun azaldılması

C) Bəlğəmin durulaşdırılması

D) Bronx divarına bəlğəmin yapışmasının azaldılması

E) Bəlğəm zülalının peptid əlaqəsinin pozulması
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
48) Bəlğəmin hidratasiyası ilə əlaqədar onun yaxşı xaric olmasına nə şərait yaradır?
A) İltihab əleyhinə preparatların qəbulu

B) Mukaltinin qəbulu

C) Antibiotikin təyini

D) Qələvi məhlulların inhalyasiyası

E) Öskürək əleyhinə preparatların qəbulu
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
49) Bronxial selik zülallarının peptid əlaqələrini dağıdan mukolitik preparatlara hansı aiddir?
A) Tripsin, ximopsin

B) Tiol törəmələri – asetilsistein (mukosolvin və b.)

C) Ambroksol

D) Bromheksin

E) Selik sekretinin rehidratatorları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
50) Bəlğəmi sulfid əlaqələrin dağıdılması hesabına durulaşdıran preparatlara hansı aiddir?
A) Bromgeksin (bisolvan), ambroksol (lasolvan)

B) Tiol törəmələri – asetilsistein (mukosolvin), mukodin

C) Purin törəmələri (metilksantinlər)

D) Ribonukleaza

E) Tripsin, ximopsin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
51) Ağciyərlərin surfaktant sistemini stimulyasiyası nəticəsində bəlğəmin axıcılığını artırmaqla (yapışmanı azaldır) bəlğəm ifrazını asanlaşdıran prepratlara hansı(lar) aiddir?
A) Tiol törəmələri – asetilsistein (mukosolvin), mukodin

B) Tripsin, ximopsin

C) Bakterial ferment preparatları

D) Bromgeksin (bisolvan), ambroksol (lasolvan)

E) Ribonukleaza
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
52) Xroniki bronxitli xəstələrin sanator-kurort müalicəsini xəstəlik dövrünü və klimatik amilləri nəzərə almaqla aparmaq lazımdır. Bu nə vaxt göstəriş deyil?
A) Kontinental iqlim şəraitində

B) Quru dəniz şəraitində

C) Yüksək dağlıq şəraitində

D) Xəstəliyin kəskinləşmə dövründə

E) Orta dağlıq və düzənlik şəraitində
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin