198) Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır?
A) Nitratlar
B) AGF inhibitorları
C) Kalsium antaqonistləri
D) β-blokatorlar
E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
199) Supraventrikulyar aritmiyalar zamanı antianginal preparatın seçimi hansıdır?
A) Preduktal MR
B) Amlodipin
C) Nitratlar
D) Metoprolol
E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
200) Vazospastik stenokardiya zamanı uzunmüddətli müalicə üçün seçim preparatı hansıdır?
A) Nitratlar
B) β-blokatorlar qeyri selektiv
C) Koraksan
D) β-blokatorlar kardioselektiv
E) Kalsium antaqonistləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
201) Miokard infarktı zamanı kliniki simptomların başlanmasından neçə saatdan sonra qanda troponinlərin səviyyəsi artır?
A) 12 saat
B) 5 saat
C) 24 saat
D) 4 saat
E) 6-8 saat
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
202) ST seqmentinin qalxmaması ilə müşayət olunan kəskin koronar sindromun əlaməti hansı deyil?
A) Sol Hiss dəstəsinin ilk dəfə baş verən blokadası
B) İki qonşu aparmada mənfi T dişinin olması
C) ST seqmentinin 2 mm və daha çox 2 qonşu aparmalarda qalxması
D) Patoloji Q dişinin olması
E) ST seqmentinin 2 və daha çox aparmada 2 mm qalxması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
203) Kəskin koronar sindrom olan xəstələrdə hansı hallarda trombolitiklər təyin edilir?
A) Əgər ST seqmenti iki və daha çox aparmalarda izoxətdən enərsə
B) Əgər T dişi iki və daha çox aparmalarda simmetirik mənfi olarsa
C) Kəskin Q dişli miokad infarktı olan xəstədə xəstəliyin əvvəlindən 24 saat keçəndən sonra
D) Kəskin Q dişli miokard infarktlı xəstələrdə xəstəliyin əvvəlindən 12-18 saat keçəndən sonra
E) Əgər ST seqmenti iki və daha çox aparmalarda izoxətdən yuxarı qalxarsa
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
204) ST seqmentinin qalxması ilə gedən kəskin koronar sindromda birincili percutan koronar müdaxilə nə vaxt aparılır?
A) Xəstəliyin başlanğıcından 48 saat sonra
B) Xəstəliyin başlanğıcının ilk 6-12 saatı ərzində
C) Xəstəliyin başlanğıcından 72 saat sonra
D) Xəstəliyin balanğıcından 24 saat sonra
E) Xəstələrin vəziyyəti stabillişdikdən sonra
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
205) Kəskin koronar sindrom zamanı verapamil və diltiazem qrupu kalsium antaqonistləri hansı hallarda təyin edilir?
A) AV blokada ilə müşayiət edilən kəskin miokard infarktı
B) Ürək çatışmazlığı ilə müşayiət edilən kəskin miokard infarktı
C) Nitratlarla nəzarət edilməyən infarktdan sonraki erkən stenokardiya
D) β–blokatorlarla nəzarət edilməyən infarktdan sonraki erkən stenokardiya
E) Qulaqcıqların fibrilyasiyası olan xəstələrdə, β–blokatorların təyini üçün əks göstərişlər olarsa və ürək çatmamazlığı əlamətləri yoxdursa
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
Dostları ilə paylaş: |