214) Hansı müayinə üsulu ikincili arterial hipertenziyanı təsdiqləyir?
A) Exokardioqrafiya
B) Yuxu arteriyalarının doppler müayinəsi
C) Göz dibinin müayinəsi
D) Kortizolun, 17 ketosteroidlərin sutkalıq ekskresiyasının təyini
E) Qanda xolesterinin, triqliseridlərin və qlükozanın miqdarının təyini
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
215) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?
A) Sol mədəciyin hipertrofiyası
B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması
C) Qanda triqliseridlərin miqdarının azalması
D) Şəkərsiz diabet
E) Şəkərli diabet
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
216) Arterial hipertenziyalı xəstələrin müalicəsi zamanı AT endirilməsinin məqsəd səviyyəsi hansıdır?
A) 140/90 mm c.süt.-dan az
B) AT 160/90 mm c.s. kimi tədricən azalması
C) Diastolik AT 94 mm c.s. dək azalması
D) AT 10% azalması
E) Sistolik AT 150 mm c.s. kimi azalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Dostları ilə paylaş: |