Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Tərbiyə və təlimin ümumi və fərqli cəhətləri



Yüklə 268,27 Kb.
səhifə10/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   6   7   8   9   10   11   12   13   ...   122
PEDAQOGİKA 2 hissə

Tərbiyə və təlimin ümumi və fərqli cəhətləri

Tərbiyə və təlim prosesi arasında ciddi, möhkəm sədd və ya sərhəd çəkmək olmaz. Bu hər iki anlayış bir-biri ilə sıx bağlıdır. Belə ki tərbiyə etmək, elə həm də təlim etmək deməkdir. Çünki tərbiyə işi aparılarkən tərbiyəvi keyfiyyətlərin aşılanması prosesində həm də tərbiyə, ədəb, əxlaq normaları öyrədilir, bu sahədə öyrənən- lərə müəyyən biliklər mənimsədilir. Bu öyrətmə prosesi özü təlim prosesidir. Həmçinin təlim etmək, həm də tərbiyə etməkdir. Təlim prosesində tərbiyəvi vəzifələr həyata keçirilir. Təlimi tərbiyədən tərbiyəni də təlimdən ayrı təsəvvür etmək olmaz. Bununla bərabər təlim və tərbiyənin prinsipləri, metod və vasitələri arasında müəy- yən fərqli xüsusiyyətlər də vardır:



  1. Təlimdən fərqli olaraq tərbiyə işi uzun sürən bir prosesdir. Tərbiyə olunan müxtəlif tərbiyəvi təsirlər nəticəsində böyüyür və inkişaf edir. Bunların içərisində əsas təhsil ocağı olan məktəbin bö- yük rolu vardır. Məktəb həyatı insanın həyatında mühüm rol oyna- yır. Məktəb dövrü insanın şüurunda dərin iz buraxır, onun dünyagö- rüşünü, həyata baxışını, əqidə və adətləri bu dövrdə təşəkkül tapır. Lakin tərbiyə uşağın məktəbə daxil olmasından çox əvvəl ailədən, hətta ana bətnindən başlayır və bütün həyatı boyu davam edir. Tə- lim prosesi isə insanın müəyyən yaş dövrünü , həyatının müəyyən bir hissəsini əhatə edir.

  2. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri tərbiyə işi- nin nəticəsinin gec görünməsi və ya heç bəlli olmamasıdır. Bəzən uzun müddət tərbiyə işi aparılır, lakin nəticəsi heç hiss olunmur. Sonralar bir neçə illərdən sonra özünü bu və ya digər formada gös- tərir.

  3. Tərbiyə prosesinin bir səciyyəvi xüsusiyyəti də onun özü- nütərbiyə və yenidəntərbiyə prosesi ilə sıx bağlılığıdır. Uşaq tərbiyə

prosesində passiv obyekt deyildir. O fəal bir subyektidr.O müvafiq tərbiyəvi təsirlərə məruz qalaraq, bu və ya başqa keyfiyyətlərə yiyələnmək üçün səy göstərir. Tərbiyənin müvəffəqiyyəti xüsusən şagirdlərin özünün arzu və səyindən çox asılıdır. Özünütərbiyə yax- şı tərbiyənin nəticəsi olaraq öz davranışını təhlil edərək ona düzə- lişlər edir, onu təkmilləşdirir, yaxşılaşdırır, pis keyfiyyətləri aradan planlı məqsədyönlü şəkildə aradan qaldırır, yeni müsbət keyfiyyət- lərə yiyələnir. Özünütərbiyə adətən yeniyetməlik dövründən başla- yır və gənclik illərində daha da inkişaf edir. Yeniyetməlik dövründə şagirdlər özlərinin qüvvə və qabiliyyətlərinə inanır, kollektivdə müəyyən mövqe tutmağa səy göstərirlər. Yeniyetməlik dövründə özünütərbiyə sistemli və ardıcıl xarakter daşımır. Sonrakı dövrlərdə şüurun kamilləşməsi ilə əlaqədar olaraq özünütərbiyə ciddi xarekter daşıyır.

Tərbiyə prosesi uşaqlara təkcə yeni, müsbət keyfiyyətləri tərbiyə etməkdən ibarət deyildir; uşaqlarda əmələ gəlmiş mənfi sifətləri və zərərli adətləri aradan qaldırmaq da, yəni uşağı yenidən tərbiyə etmək də tərbiyə işinin səciyyəvi xüsusiyyətidir. Vaxtında uşağın tərbiyəsi ilə məşğul olmadıqda, o yenidəntərbiyəyə möhtac- dır ki, bu da uzunmüddətli, çətin və mürəkkəb bir prosesdir. Nəticə- si gec görünən, bəzən də görünməyən bir pedaqoji prosesdir.



  1. Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətlərindən biri də ondadır ki, o uşaqların bütün həyat və fəaliyyətinin düzgün təşkil edilməsini tələb edir. Əgər şagirdin bütün həyat və fəaliyyət tərzi düzgün qurulmamışdırsa ona edilən bilavasitə tərbiyəvi təsirlərlə çox şey əldə etmək olmaz. Bu məktəbdə və məktəbdənkənar müəs- sisələrdə, sinifdənxaric tədbirlərdə, ailədə tərbiyə işlərinin düzgün qurulmasını tələb edir. Uşaqlara tərbiyəvi təsirlərin kompleksliliyini tələb edir.

  2. Tərbiyə daha çox insanın əxlaqını, mənəviyyatını formalaş- dırır, onun daxili aləminə, qəlbinə təsir göstərir. Təlim isə daha çox insana bilik verir və dünyagörüşünü formalaşdırır.

  3. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri də budur ki, ətraf aləm, küçə, bazar, kollektiv, müxtəlif insanlar, həmyaşıdlar uşağın tərbiyəsinə daha qüvvətli təsir göstərir, nəinki, ətraf aləm onlara bilik verir.

    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin