Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alim- lərinin həyat və fəaliyyətinə dair məruzə və referatlar yazır, ele- mentlər aləminə səyahətlər adlı mövzularda gecələr təşkil edir, yüz beş element haqqında ətraflı məlumatlar toplayırlar.
Məşhur kimyagər Cabir Bin Həyyan haqqında, Mendeleyev və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar.
Məktəblilərin idrak maraqlarının inkişаfinda, görüş dairələri- nin genişləndirilməsində Gənc təbiətçilər dərnəyinin rolu böyükdür. Bu dərnəyin sahəsi geniş olub kənd təsərrüfatı sahəsində becərilən bitkilərin növlərini əhatə edir. Burada şagirdlər doğma diyarın bitki
aləmini öyrənir və bunun nəticəsində uşаqlarda vətənpərvərlik hissi daha da güclənir. Dərnəyin üzvləri tədris-təcrtibə sahəsində təcrübəçilik işi aparır, müxtəlif bitkilərə qulluq edirlər.
Dostları ilə paylaş: |