Məktəblərdə müəyyən fənlər üzrə dərnəklər təşkil edilir. Bun- ların məqsədi şagirdlərin ayrı-ayrı fənlərə olan maraqlarını artırmaq, onların dərsdə mənimsədikləri bilikləri daha da zənginləşdirməkdir. Dərnəyi təşkil etməzdən əvvəl şagirdlərlə ciddi iş aparılır. Dərnəyə üzvlər cəlb olunur, onun işi, istiqaməti, planı müəyyən edilir. Bun- dan sonra yaranmış dərnək fənn müəllimlərinin birinin rəhbərliyi al- tında fəaliyyətə başlayır. Dərnəkdə proqramdа olmayan, lakin proqram materialının dərindən öyrənilməsinə kömək edən mövzular nəzərdə tutulur. Bu zaman hər bir fənnin özünəməxsus xüsusiyyəti nəzərə alınır, yeni maraqlı, interaktiv metodlardan, yeni texnologi- yalardan istifadə olunur.