sinifdənkənar aparılan əsas iş formalarından biri olub, canlı və fəal fikir formasıdır.
DİSPUT
ziddiyyətli fikirlərin toqquşmasıdır.
DİSPUT
tərbiyə və mədəni inkişaf məsələlərinin kollektiv müzakirəsi üsuludur.
Bədii əsərlərin müzakirəsi.Bədii əsərlərin müzakirəsini təşkil etmək üçün əvvəlcədən elan yazılır və əsərdəki obrazlar haqqında danışmaq konkret şagirdlərə tapşırılır. Şagirdlər hazır- laşdırılır. İştirak edəcək müəllif və ya qonaqlar müəyyənləşdirilir. Kitabın müzakirəsi üçün kitab bir neçə şagird və müəllimlər tərə- findən oxunur, müəllif və kitab haqqında müxtəsər yazı və ya elan yazılır, vaxt müəyyənləşir və müzakirə keçirilir. Müzakirə rəhbərin,
təşkilatçının giriş sözü ilə başlayır və yekun sözü ilə də bitir. Müzakirə 1.5 saatdan çox çəkməməlidir.
Doğma diyara yürüşlərin və ekskursiyaların təşkili.Bu kimi tədbirlər zamanı şagirdlər doğma təbiətin gözəlliyini daha dərindən qavrayırlar. Onun zəngin təbiəti, adamlarının əmək xaru- qələri, doğma yurdun tarixi ilə tanış olurlar. Ekskursiya və yürüşlər zamam şagirdlər od tutub yanan üfuqlər, əlvan çiçəklər üzərində günəşin zərrin şüasından bərq vurub büllur kimi göz qamaşdıran incə şeh damlalarının, qırçın ləpələr qoynunda çırpınan gümüşü balıqları, pərişan halda küləyin ahəstə mehi ilə saçlаrını darayan söyüdləri, zərif tül içərisində xumarlanan çölləri, dəniz kimi dalğalanan zəmiləri müşahidə edir, günəşə doğru həsrətlə boylanan çicəklərin ətrini duyur, zirvələri ağ örpəyə bürünmüş dağların əzəmət və qüruruna məftun olurlar. Təbiətin füsunkar gözəlliyini heç vaxt sinifə gətirmək, sözlərlə təsvir etmək mümkün deyildir.
Günəşin:
Kütləvi iş formaları dedikdəisə bu ümumkətəb miqyasında keçirilən tədbirlərdir. Yaxud da bir və ya iki məktəblə birlikdə keçi- rilən tədbirlərdir. Bura ümumxalq bayramlarının təntənəli şəkildə keçirilməsi, Yeni il şənliyinin, Novruz bayramının, yaxud bir milli qəhrəmanla, görkəmli şəxsiyyətlə təntənəli şəkildə keçirilən görüş daxil ola bilər.
Səciyyəvi iş formaları dedikdəbu sinif rəhbərinin, yaxud məktəb uşaq və gənclər birliyinin keçirdiyi səciyyəvi tədbirlərdir ki, o yalnız sinif rəhbərinə və ya uşaq və gənclər təşkilatına məxsusdur. Məsələn, Sinif rəhbərinin keçirdiyi “Sinif saatı” sinif rəhbərliyinə aid səciyyəvi iş formasıdır. Yaxud uşaq və gənclər təşkilatının özü- nəməxsus şəkildə keçirdiyi yürüşlər, toplanışlar, tonqal qalayıb ətra- fında söhbətlər, əyləncələr və s. uşaq, gənclər təşkilatının səciyyəvi iş formaları hesab olunur.