Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə16/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   12   13   14   15   16   17   18   19   ...   122
PEDAQOGİKA 2 hissə

Xolerik tip üçün xarakterik olan əlamətlər bunlardır: çox hərəkətli, tələskən, bir yerdə qərar tutmayan, hövsələsiz, fəal və təşəbbüskar (sinifə sual verəndə ilk növbədə xoleriklər əl qaldırır), qətiyyətli, fikirləşmədən tez cavab verən, risk edən (çətinlik meyda- na çıxdıqda özünü itirmir ve böyük enerji ilə onu aradan qaldırmağa çalışır), ünsiyyətli, xoşrəftar, gülərüz, habelə maraqsız iş zamanı tez həvəsdən düşən , işi sona çatdırmayan, əhvalı tez tez dəyişən və s.

Sanqvinik tip üçün xarakterik olan əlamətlər bunlardır: şən, gümrah, həyatsevər və işgüzar, özünü həmişə yüksək qiymətlən- dirən, hər cür şəraitə, kollektivə tez uyğunlaşan və ünsiyyətlidirlər. Onlar, tələskəndir, həmişə harasa tələsirlər, sürətlə yeriyir və tez-tez

danışır, gördüyü film və oxuduğu kitab haqqında həvəslə və həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərir, mimikası zəngin, mütəhərrik və ifadəlidir. Onun əhvali- ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhval-ruhiyyəsi çox dəyişkəndir.



Fleqmatik tip üçün xarakterik olan əlamətlər bunlardır: soyuqqanlılıq, ehtiyatlı və tədbirli olmaq, yüksək səbr və təmkinli- lik, qaradinməzlik onlara xasdır. Onları güldürmək, həyəcanlandır- maq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzü- nün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədər- ləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Habelə sə- liqəlilik, intizamlılıq, ağırtəbiətlilik, az ünsiyyətlilik, həssas və hey- siyyətli olmaq onlara xasdır. Onlar yeni şəraitə gec alışır, tez inciyib küsə bilərlər. Dostları az olsa da, dostluqda çox möhkəm olurlar.

Melanxolik tip üçün xarakterik olan əlamətlər bunlardır: həssaslıq, hər şeyə diqqət göstərən, hər şeyi ürəyinə salan, yeni şəraitdə özünü itirən, yeni şəxslərlə ünsiyyətə girməkdə çətinlik çəkən, kollektivdə özünü qərib hiss edənlərdir. Hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Həmçinin tez küsəyən, inciyən və bundan uzun müddət özünə gələ bilməyən qapalı insanlardır.

Müəllim və tərbiyəçilər uzun müddətli müşahidələr nəticə- sində bu tipləri öyrənməli və buna müvafiq olaraq hərəkət etməlidir. Tərbiyə işini məhz bu şəkildə qurаn müəllim və sinif rəhbərləri sinifdəki uşаqlаrın аilələrini və özlərini dərindən tаnıyırlаr, şаgird- lərdən kimin utаncаq və yа şıltaq, kimin diribаş və yа süst, kimin hövsələli və yа hövsələsiz, kimin cоşğun və yа sаkit оlduğunu, kоllеktivin həyаtı ilə hаnsı uşаğın nə dərəcədə bаğlаndığını, kоllеktivin fəаliyyətində kimin nеcə iştirаk еtdiyini, еləcə də kimə sözlə, kimə sərt bахışlа, kimə mənаlı təbəssümlə, kimə ciddi tən- bеhlə təsir göstərməyin dаhа yахşı səmərə vеrəcəyini dəqiq bilir və bunа görə də lаzım gələndə hər kəslə “öz dilində” dаnışmаğı bаcа- rırlаr. Nəticədə оnlаrın rəhbərlik еtdikləri siniflərdəki hər bir uşаq mənsub оlduğu kоllеktivin ləyаqətli üzvü səviyyəsinə yüksələ bilir.



Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin