Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə34/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   30   31   32   33   34   35   36   37   ...   122
PEDAQOGİKA 2 hissə

Mənəvi tərbiyə

“Mənəviyyat” ərəbcə “Məna” sözündən yaranmışdır. İnsanın mənası, dəyəri deməkdir. Mənəviyyat insanın qəlbinin, ürəyinin gü- cü, paklığı, təmizliyi, düzlüyü deməkdir. Ona görə də mənəvi tər- biyə qəlb tərbiyəsi ilə bağlıdır. Mənəviyyаt insanın daxili aləmini, xarakterini, insanlara, ətraf aləmə, hadisələrə münasibətini əks etdi- rən fərdi kateqoriyadır. Mənəviyyat insаnın intеllеktuаl və təbii mа- hiyyətidir ki, bu, оnun ruhi tərbiyəsini, daxili aləmini xarakterizə edir və özünü ifadə edir. Bura ilk növbədə insanın şərəfi, namu- su, vicdanı, milli-mənlik şüuru, vətəndaşlıq qeyrəti, fədakarlığı, milli-mənəvi dəyərlərə hörməti, keçmişimizi, tariximizi, dilimi- zi, mədəniyyətimizi, adət və ənənələrimizi dərindən öyrənməsi, habelə xeyirxahlığı, mərhəmət və qayğıkeşliyi, həssaslığı və humanizmi, tolerantlığı, müasirliyi, insanlara hörmət və sevgisi, vətənə məhəbbəti kimi mənəvi keyfiyyətlər daxildiur.

Mənəviyyat insanın olduğu kimi görünməsi, göründüyü kimi olmasıdır. Mənəviyyat insanın daxili aləminin zənginliyinin göstəri- cisidir. Mənəvi cəhətdən zəngin insanın sağlamlığı da mükəmməl olur. Mənəvi cəhətdən zəngin insan həyatdan zövq alır və rahat ya- şayır. Mənəvi cəhətdən zəngin insan hər cür çətinliyə dözə bilir, ən çətin anlarda belə düzgün qərarlar çıxara bilir.


Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin