Əmək tərbiyəsi müəyyən pedaqoji tələblər əsasında aparıl- malıdır:
Əmək fəaliyyətindən tərbiyə vasitəsi kimi istifadə edil- məlidir. Əmək insanda müəyyən əxlaqi, mənəvi keyfiyyətlərin formalaşmasına istiqamətlənməlidir. İstehsal fəaliyyətində (kiçik və ya böyük) iştirak elə şəkildə qurulmalıdır ki, bu prosesdə iştirak edən hər kəs əməyinin nəticəsini görərkən özünü cəmiyyət üçün faydalı şəxs hesab edə bilsin. Əməyinin nəticəsinin əhəmiyyətini dərk etsin, bununla fərəhlənsin. Qarşıya çıxan əmək çətinliklərindən qorxmasın, bu çətinliyi aradan qaldırmaq istiqamətlərini arasın.