Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə35/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   31   32   33   34   35   36   37   38   ...   122
PEDAQOGİKA 2 hissə

Ulu öndərimiz Heydər Əliyev gənclərin mənəvi tərbiyəsi haqqında, mənəviyyat haqqında Azərbaycan Gənclərinin Birin- ci Ümumrespublika Forumundakı nitqində belə demişdir: “Xal- qımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keç- miş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir... mənəvi tərbiyəni daim apar- maq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tər- biyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xal- qının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənim- sənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz... Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi


dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətən- pərvər ola bilməz”. Budur mənəvi tərbiyənin məzmunu!

Məktəbdə mənəvi tərbiyə sahəsində işlər aşağıdakı istiqamət- lərdə aparılmalıdır:



  1. Məktəblilərdə mənəvi şüur formalaşdırmaq (yaxşılığı və pisliyi, xeyirxahlığı və bədxahlığı, gözəli və çirkini, həqiqini və saxtanı ayırd etməyi bacarmaq, mill-mənəvi şüur, milli mənlik, vətən, millət təəssübkeşliyi, fədakarlıq, soykökünə bağlılıq və s.)

  2. Məktəblilərdə mənəvi hisslər yaratmaq (vicdan, şərəf, lə- yaqət, namus, borc, inam, məsuliyyət, vətənpərvərlik, vətəndaşlıq və s.)

  3. Məktəblilərdə mənəvi mövqe formalaşdırmaq (Həyatın çətin məqamlarında fədakarlıq göstərmək, xeyirxah münasibətdə olmaq, insanlara hörmət, qayğı və həssaslıqla yanaşmaq, kömək və yardım etmək və s.)

  4. Məktəblilərdə mənəvi sima formalaşdırmaq (səbr və təm- kinli olmaq, tolerantlıq, mütəşəkkillik, dəqiqlik, sədaqətlilik, mərd- lik, cəsurluq, mədəniyyət və nəzakətlilik, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, dostluq və yoldaşlıq, mərhəmət və qayğıkeş- lik və s.)

  5. Məktəblilərdə mənəvi dаvrаnış, adət və vərdişlər fоrmа- lаşdırmaq (Vətənə, xalqa xidmət etməyə hazır olmaq, xalqın adət və ənənələrinə hörmət, mənəvi davranış nümayiş etdirmək, düzgün müstəqil qərar çıxarmaq, ədəbli, nəzakətli ünsiyyət və rəftar etmək, insanlara xeyirxah münasibətdə olmaq).

Mənəvi tərbiyə iki tərəfli prosesdir. Tərbiyə edən tərbiyə olu- nana tərbiyəvi təsir göstərir və tərbiyə olunanda mənəvi keyfiyyətlər davranışında, hərəkətlərində özünü göstərir. Bu o zaman davra- nışda, əməldə özünü göstərir ki, mənəvi keyfiyyətlər sadəcə olaraq əzbərlədilmir, bu keyfiyyətlər hərəkət və davranışda formalaşdırır.

Şаgirdlərin mənəvi tərbiyəsində yаş, fərdi, psixoloji və cinsi хüsusiyyətlər nəzərə аlınmаlıdır.



    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin