Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Əmək tərbiyəsi uşaq və gənclərin fiziki inkişafına təkan verməlidir



Yüklə 268,27 Kb.
səhifə39/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   35   36   37   38   39   40   41   42   ...   122
PEDAQOGİKA 2 hissə

Əmək tərbiyəsi uşaq və gənclərin fiziki inkişafına təkan verməlidir. Əmək prosesində işlədilən alətlər, görülən işlər onların əzələlərini inkişaf etdirib, möhkəmləndirməlidir. İş şəraiti elə qurulmalıdır ki, bədəninin quruluşu, qaməti, mütənasibliyi, görmə qabiliyyəti və s. düzgün inkişaf etsin.

  • Əmək təlimi və tərbiyəsində sistematiklik və ardıcıllığa xüsusi fikir verilməlidir. Uşaq və yeniyetmələrdə əmək adətləri

    formalaşdırmaq üçün onların hər gün əmək fəaliyyətində iştirak etməsini təmin etmək lazımdır. Yaradılmış əmək adətləri isə böyüyən və inkişaf edən insanı əməyə psixoloji cəhətdən hazırlayır, onlarda ictimai fəallıq formalaşdırır.

    1. Əmək tərbiyəsi prosesində fərdi əməklə kollektiv əmək əlaqələndirilməlidir. Fərdi əmək tərbiyə olunanlarda müvafiq əmək vərdişləri, fərdi məsuliyyət formalaşdırır, iradəni inkişaf etdirib möhkəmləndirir. Kollektiv əməkdə isə bu cəhət kollektiv səylə birləşir, ictimai əhəmiyyət kəsb edir, daha səmərəli şəkil alır. Kollektiv əməkdə əsas cəhət ondan ibarətdir ki, ümumi əmək kollektiv üzvləri arasında bölüşdürülür, kollektiv üzvləri fəaliyyət baxımından bir-birindən asılı olur, kollektiv əməyin müvəffəqiyyət- li nəticəsi hər fərdin əməyindən asılı olması hər fərdin məsuliyyətini birə-iki qat artırır, onlar daha diqqətli olmağa çalışırlar. Əgər fərdi əmək zamanı fərd yalnız öz işinin nəticəsi üçün məsuliyyət daşıyır- sa, kollektiv əmək zamanı isə bütün kollektivin əməyi üçün məsu- liyyət daşıyır.

    Yüklə 268,27 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   35   36   37   38   39   40   41   42   ...   122




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin