Əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır. Peşə – xalq təsərrü- fatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vər- dişlərə yiyələnmə və həmin sahədə fəaliyyətə qoşula bilmək üçün və fəaliyyət göstərmək üçün yiyələnmiş zəruri əmək bacarıq və qabiliyyətləridir.
Böyüyən nəslin sənətə yiyələnməsinin zəruriliyi hələ yazılı ədəbiyyatımız meydana gəlməmişdən çox əvvəllər xalqın ağıllı, müdrik adamları tərəfindən yüksək qiymətləndirilmiş və xalq yara- dıcılıq nümunələrində oz əksini tapmışdır. Nağıllarımızda, bayatı- larımızda, atalar sozlərimizdə, dastanlarımızda və digər bir sıra şifahi xalq ədəbiyyatı janrlarında sənət və peşəseçmə işinin vacibli- yini əks etdirən çoxlu sayda nümunələr sübut edir ki, xalqımız hər hansı bir peşə və sənət öyrənməyi bir çox titullardan, var-dövlətdən, mal-sərvət toplamaqdan üstun tutmuş, bu işə xüsusi diqqət yetir- mişdir. Bir xalq deyimində olduğu kimi:
Dostları ilə paylaş: |