Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsusi seçilib tətbiq edilən əsas hərəkətlər və hərəkət əməliyyatlarıdır. Fi- ziki təmrinlərin təsnifatına müxtəlif yanaşma halları vardır. Nisbə- tən geniş yayılmış təsnifat fiziki tərbiyə vasitələrinin tarixən forma- laşmış sisteminə əsaslanır. Buraya gimnastika, oyun, idman və turizm daxildir.
Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təm- rinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigi-
yenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.
Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunda uşaqların orqaniz- mi, fiziki qüvvələri, düşüncə bacarığı, hazırcavablıq, təşəbbüskarlıq inkişaf edir, kollektivçilik, yoldaşlıq və dostluq keyfiyyətləri for- malaşır
Oyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.
İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlə- rində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.
Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçi- rilən yürüş və gəzintilərdir. O, uşaq və gənclərin fiziki dözüm- lüyünü, ətraf aləmə bələdliyini, sərbəstliyini təmin etməyə, kollektiv həyat və fəaliyyət təcrübəsi qazanmağa kömək göstərir.
Dostları ilə paylaş: |