Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə68/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   64   65   66   67   68   69   70   71   ...   122
PEDAQOGİKA 2 hissə

Dram dərnəyi şagirdləri bədii əsərlərin oxunmasına və dərk olunmasına sövq edir. Bu dərnək də şagirdləri özünə cəlb edir. Aktyor rolunda çıxış edən şagirddə bəzən bu peşəyə sevgi yaranır. Aktyorluq sənətinə vurğunluq yarada bilir. Bu dərnəkdə hazırlanan tamaşalar şagirdlərdə əxlaqi-mənəvi keyfiyyətlətlərin formalaşma- sına kömək edir.

Sinifdənxaric tədbirlərlə yanaşı, şagirdlər məktəbdənkənar müəssisələrdə uşaq və məktəblilər sarayları və evlərində, estetik tərbiyə mərkəzlərində, təsviri sənət studiyalarında müxtəlif növ yaradıcılıq fəaliyyətinə cəlb edilirlər. Bir çoxları bu yolla öz gələcək həyat yolunu müəyyən edir, böyük sənətə vəsiqə alırlar.



Məktəblilərin estetik tərbiyəsini lazımi səviyyədə aparmaq üçün tərbiyənin məlum ümumi prinsiplərini rəhbər tutmaqla yanaşı, bir sıra vacib şərtlərə də əməl edilməlidir. Onlardan ən başlıcaları aşağıdakılardır:

  1. Estetik tərbiyə insanın mənəvi tərbiyəsi, elmi və əxlaqi dünyagörüşünün formalaşdırılması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır.

  2. Estetik tərbiyədə yüksək ideallq təmin olunmalıdır. Estetik tərbiyə məqsədi ilə istifadə edilən material diqqətlə seçilməli, onların ideyaca yüksək,bədii cəhətcə dəyərli və zəngin olmasına xüsusi fikir verilməlidir.

  3. Estetik tərbiyə işində uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Təcrübə və müşahidələr göstərir ki, kiçik yaşlı uşaqlara məzmunu onlar üçün anlaşılmayan bədii əsərlər oxumaq, yaxud onların musiqi tərbiyəsini simfoniya kimi musiqi əsərlərindən başla- maq, belə uşaqlardan böyüklər kimi şeir söyləməyi, şəkil çəkməyi və s. tələb etmək yaxşı nəticə vermir.

  4. Uşağı gözəllik aləminə daxil edən ayrı-ayrı tədbirlərdə tədriciliyə ciddi əməl olunmalıdır. Məsələn: uşaqları böyük ədəbi əsərləri düzgün qavramağa hazırlamaqdan ötrü onlara sadə nağıl- lardan danışmağa başlamaq lazımdır.

  5. Estetik tərbiyə işində ardıcıllıq gözlənilməlidir. Esetetik bacarıq və vərdişləri uşağa yavaş-yavaş, həm də bir birilə sıx əlaqədar olan çoxlu çalışmalar nəticəsində aşılamaq olar.

  6. Estetik tərbiyə hərtərəfli aparılmalıdır.Estetik tərbiyə işi elə qurulmalıdır ki uşaq eyni zamanda həm də incəsənətin müxtəlif növlərilə məşğul ola bilisn. Estetik tərbiyənin hərtərəfli aparılması uşaqların xüsusi maraq və meyillərini, qabiliyyət və istedadlarını inkişaf etdirməyə imkan veirr.

  7. Uşaqların estetik tərbiyəsi sahəsində aparılan işlərdə mü- vəffəqiyyətin bir şərti də məktəblə ailənin, məktəbdənkənar tərbiyə müəssisələrinin, ziyalılarının, ittifaqlarının və s. vahid xətt üzrə əlbir işləməsidir.

  8. Məktəblilərin estetik tərbiyəsində müvəffəqiyyəti təmin edən bir şərt də onları xalq incəsənətinin növlərilə, həmçinin xalqın gözəlliyə dair hikmətamiz kəlamları ilə yaxından tanış etməkdir.

  9. Uşaqlara estetik tərbiyə vermək üçün müəllimlər, vali- deynlər və uşaqların tərbiyəsilə məşğul olan digər şəxslər də öz estetik mədəniyyətlərini yüksəltməlidirlər.

  10. Estetik tərbiyədə məktəb, ailə, məktəbdənkənar müəssisə- lər, mədəniyyət ocaqları, bədii yaradıcılıq təşkilatları (rəssamlar, bəstəkarlar, yazıçılar birlikləri) bir-birilə sıx əməkdaşlıq etməli, vahid xətt üzrə əlbir işləməlidirlər.



    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin