Biologiya və coğrafiya dərsləri təbiətdəki gözəllikləri gör- məkdə uşaqlara kömək edir və onlarda bu gözəlliklərə məhəbbət hissini tərbiyə edir.
Estetik tərbiyədə əmək dərslərinin böyük əhəmiyyəti vardır. Əmək şəxsiyyətin hərtərəfli inkişafına, o cümlədən estetik baxışla- rına qüvvətli təsir göstərir. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır. Əmək dərslərində müəllim məktəblilərin hazırladıqları əşyaların xarici gözəlliyinə və səliqəli olmasına nail olmaqla onlar- da estetik zövqün inkişafına kömək etməlidr.
Dostları ilə paylaş: |