Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Gəl çıxaq seyrinə uca dağların, Çəmən olan yerdə xalça nə lazım. Gözündən su içək buz bulaqların, Lilpar olan yerdə dolça nə lazım



Yüklə 268,27 Kb.
səhifə61/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   57   58   59   60   61   62   63   64   ...   122
PEDAQOGİKA 2 hissə

Gəl çıxaq seyrinə uca dağların, Çəmən olan yerdə xalça nə lazım. Gözündən su içək buz bulaqların, Lilpar olan yerdə dolça nə lazım.



Nə kaman götürək nə tar nə qaval,

Orda nəğmə də var, nəğməkar da var, Yarıb buludları dinəndə qartal

O səsə bərabər bir səs harda var.

Təbiət gözəllikləri insanın ağlını və qəlbini zənginləşdirir, onda yüksək estetik və mənəvi hisslər - vətənpərvərlik, xeyirxahlıq, həssaslıq, doğma torpağa məhəbbət, iftixar hissləri oyadır. Bütün bunlar isə təbiətə, ətraf mühitə, insanlara estetik münasibətin forma- laşmasına kömək edir.

Təbiətin füsunkar gözəlliklərini şagirdlərə anladılması üçün hər gülə-çiçəyə, ağaca, quşa, küləyə, buluda, yağışa, qara mənsub əlamətləri başa salmaq lazımdır. Görkəmli İsveçrə peadqoqu İ.H. Pestalotsi oğlunun tərbiyəsi haqda yazdığı gündəliyində təbiətin əvəzsiz gözəlliyindən və onun əvəzsiz tərbiyəçi olduğundan bəhs edərək yazırdı: “Təbiətin azad auditoriyasında oğlunun əlindən tutub gəzdirəcəkəsn, onu dağlarda, vadilərdə öyrəcəkəsn. Təbiətin bu azad auditioriyasında onu sənətlə necə tanış edəcəyinə diqqət yetirəcək, dil və yerölçmək çətinlikləri onun üçün azadlıqla əvəz olunacaqdır. Lakin, bu azadlıq saatlarında təbiət səndən daha yaxşı müəllim olacaq... Quşlar füsunkarlıqla civildəyəndə qurdlar yarpa- ğın üstündə xışıltı ilə sürünəndə sus, danışma, dayan, dur! Bil ki, təbiət ən gözəl tərbiyəçilərimizdir”.

Estetik tərbiyənin mühüm bir istiqaməti məişətdə, geyim və münasibətdə gözəllik ruhunda şagirdləri tərbiyə etməkdir. Böyüyən nəsil məktəbdə, ailədə, şəxsi həyatda gözəllik qanunları ilə yaşama- ğa, hər yerdə estetik mühit yaratmağa çalışmalıdırlar: gözəl danış- malı, gözəl geyinməli, gözəl yeriməli, gözəl davranmalıdırlar. Necə ki A.Çexov deyirdi ki, insanda hər şey gözəl olmalıdır. Fikir də, geyim də, sifət də, davranış da və s.

Kütləvi tədbirlər sırasında teatr-kino tamaşalarına kollektiv gedişlər, əyləncəli gecələrin keçirilməsi, albom, stendlərinin tərtibi və s. də estetik tərbiyə baxımından əhəmiyyətlidir.

Məktəbin özü bütövlükdə estetik baxımdan gözəl, səliqəli və təmiz olmalıdır. Uşaqlar məktəbin həm daxili və həm də xarici gözəlliyindən zövq alamlı, onu qorumalıdırlar.Y.A. Komenski haqlı olaraq deyirdi ki, məktəb həm içəridən, həm də bayırdan gözləri cəlb edəcək xoş bir yer olmalıdır.

Bütün bu işlərdə müəllimlərin, valideynlərin, böyüklərin nü- munəsi, emosional, estetik mədəniyyəti, gözəl, nəzakətli davranışı böyük rol oynayır. Tərbiyəçinin daxili gözəlliyi, uşaqlarla ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə ölçü hissini gözləməsi, düzlüyü, doğruçuluğu, mədəniliyi münasibət və davranış estetikasının çox təsirli vasitələridir.

Estetik tərbiyənin bir çox vasitələri mövcuddur. Bunların içə- risində: a) insanların təbiətlə əlaqəsi; b) ictimai-sosial həyat;



  1. əmək fəaliyyəti mühüm yer tutur. İnsanların gözəlliklə, təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vur- ğunluq əmələ gəlir. Bu işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işin- də iştirak etmək və s. əhəmiyyətli yer tutur.

Təbiət, onun gözəlliyi özü uşaq və yeniyetmələri gözəlliyi sevdirir. Estetik tərbiyənin ikinci vasitəsi insanların sosial həyatıdır. Abadlaşdırılmış şəhər və kəndlər, onların gündən-günə gözəlləş- dirilməsi, yaraşıqlı binalar tikilməsi və istirahət guşələrinin salınma- sı insanlar arasında gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə ruhlandırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə sövq edir. Estetik tərbiyənin vasitələri içərisində əmək mühüm yer tutur. İnsan öz əməyinin nəticəsindən, cəmiyyətə verdiyi xeyrdən zövq alır. Estetik tərbiyə metodlarına:

    1. estetik bilgilərin verilməsində istifadə edilən təlim me- todları;

    2. estetik zövq və estetik baxışların tərbiyə edilməsində istifa- də edilən tərbiyə metodları;

    3. estetik yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir.

Birinci qrupa şifahi şərh, müsahibə, illustrasiya və demonstra- siya, izah və s.; ikinci qrupa söhbət, müzakirə, disput, ədəbi-bədii

gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili metodikası daxildir. Məsələn, rəssam olmaq istəyirsə şəkil çəkmə qaydaları, naturanı görə bilmək, fırçadan, qələmdən və s. istifadə öyrədilir. Rəqqasəyə rəqs elementləri, musiqiyə uyğun hərəkət etmək qaydası öyrədilir. Ümumiyyətlə estetik təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir.

Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyədə də baza kimi təlim prosesi götürülür.

Məktəblərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə bilavasitə estetik tərbiyə və təliminə (musiqi, rəsm, nəğmə və s.) xidmət edir




Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin