Ayrı-ayrı fənlərin tədrisində estetik tərbiyə imkanlarından geniş istifadə etmək lazımdır.
Məktəbdə tədris edilən fənlərin hamısı estetik tərbiyənin vəzifələrini həll etmək baxımından müəyyən əhəmiyyətə malikdir. Burada müəllim pedaqoji ustalıq və yaradıcılıq göstərərək şagirdin hisslərinə təsir göstərməli, onun qavrama qabiliyyətini, dərk etmə bacarığını və digər müsbət və mənfi xüsusiyyətlərini göz önünə alaraq dərsi obrazlı şəkildə, bir aktyor məharəti ilə aktyorcasına tədris etmək zərurəti duyulur.
Məktəbdə bilavasitə estetik tərbiyə ilə bağlı tədris fənləri var- dır ki, bura musiqi, rəsm, təsviri incəsənət fənləri əsas yer tutur. Bu- na baxmayaraq bütün fənlərin tədrisində estetik tərbiyə imkanları vardır.
Dostları ilə paylaş: |