Estetik tərbiyənin vəzifələri: Estetik tərbiyənin başlıca vəzi- fələri şagirdlərin estetik anlayışlarını, estetik mühakimələrini, este- tik zövq və baxışlarını, bədii təxəyyülünü, gözəlliyi duymaq, qavra- maq qabiliyyətlərini formalaşdırmaq və inkişaf etdirməkdir. Estetik mədəniyyətə yiyələnmək tərbiyəliliyin meyarlarından biri, insanın mədəni səviyyəsinin göstəricilərindən biridir. Estetik tərbiyə nəticə- sində yaranan estetik mədəniyyət mənəvi mədəniyyətin tərkib hissə- si kimi əməkdə, incəsənətdə, davranışda gözəlliyi, xeyirxahlığı, yaxşılığı duymağı, qiymətləndirməyi və fərqləndirməyi nəzərdə tutur.
Uşaqlara ictimai həyatda, incəsənətdə gözəlliyi duymağı və hiss etməyi öyrətmək, uşağın qarşısında təbiət və cəmiyyətdəki gözəllikləri açmaq uşaqların estetik qabiliyyətini inkişaf etdirmək vacib vəzifələrdəndir.
Estetik tərbiyənin mühüm bir vasitəsi təbiət gözəllikləridir. Təbiət gözəlliklər mənbəyidir. O, estetik hisslərin, təxəyyülün inki- şafına zəngin material verir. Təbiət gözəlliklərini uşaqlara sev-
dirmək və onlardan zövq almağı öyrətmək lazımdır. Görkəmli şair Hüseyn Arif təbiət gözəlliklərini gözəl misralarla belə vəsf etmişdir:
Dostları ilə paylaş: |