Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə71/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   67   68   69   70   71   72   73   74   ...   122
PEDAQOGİKA 2 hissə

Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədə- nə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxil- dir.

Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində olmalıdır: həddən çox və az yemək də zərərlidir.

Qidada zülalların, vitaminlərin, mineral maddələrin olmasına diqqət yetirilməlidir. Zülal çatışmazlığı üzdə qırışlara, rəngin sol- masına, saç tökülməsinə, böyrək xəstəliyinə səbəb olur. Vitamin və mineral çatışmazlığından dəri xəstəlikləri, saç tökülməsi, göz və ürək zəifliyi, dırnaq sınması, qanazlığı və s. baş verir.

Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğun- luğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Normadan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq orqanizmi süst- ləşdirir, kökəlməyə və piylənməyə (xüsusən yeməkdən sonra) səbəb olur, insanı passivləşdirir, bəzən yatımlılıq kimi mənfi adətin yaran- masına gətirib çıxarır.

Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhə- miyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qay- daların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır.

Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiye- nik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir.

Partalar uşaqların boyuna uyğun və rahat olmalıdır.

Ailədə sanitar-gigiyenik tələblərin gündəlik icrasına və adətə çevrilməsinə çalışmaq lazımdır: uşaqlar hər səhər və axşam dişlərini fırça ilə yumalı, yeməkdən qabaq əllərini yumalı, yeməkdən sonra ağzı yaxalamalıdırlar.

Məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdən- xaric və məktəbdənkənar tədbirlər daxildir.

Bədən tərbiyəsi dərsləri fiziki tərbiyənin əsas, bütün şagirdlər üçün məcburi olan məşğələ formasıdır.

Fiziki cəhətdən hazırlıqlı və idmana həvəs göstərən şagirdlər üçün fakültativ məşğələlər keçirilir. Bu məşğələlər könüllülük əsasında həftədə iki dəfə təşkil olunur.

Fiziki tərbiyənin mühüm forması kimi gün rejimində idman- sağlamlıq tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə daxildir: səhər gimnastikası; dərslərdə (xüsusən ibtidai siniflərdə) yorğunluğu götürmək üçün 2-3 dəqiqəlik bədən tərbiyəsi dəqiqələri; böyük tənəffüslərdə açıq havada oyun və əyləncələr.

Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vax- tını səmərəli təşkil etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları, Spartakiadalar və s. daxildir.

Fiziki tərbiyə sahəsində məktəbdənkənar işlər də çoxcəhətli və rəngarəngdir. Bu işləri uşaq idman məktəbləri, uşaq turist stan-

siyaları, mədəniyyət və istirahət parkları, idman bazaları, könüllü idman təşkilatları və başqa müəssisə və təşkilatlar təşkil edirlər.


    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin