Tərbiyənin məqsədi və vəzifələri. Məqsəd metodları müəy- yən edir. Məqsəd necədirsə, ona çatmaq metodları da elə olmalıdır.
Tərbiyənin məzmunu. Metodları məzmunca deyil, kon- kret məna ilə düzgün əlaqələndirmək olduqca vacibdir.
Şagirdlərin yaş xüsusiyyətləri. Eyni bir məsələ şagird- lərin yaşından asılı olaraq müxtəlif metodlarla həll olunur. Yaşın arxasında sosial təcrübə, psixoloji və əxlaqi keyfiyyətlərin inkişaf səviyyəsi durur.
Kollektivin formalaşma səviyyəsi. Kollektivin idarə olunmasında çeviklik müəllim və şagirdlərin əməkdaşlığının zəruri şərtidir.
Şagirdlərin fərdi və şəxsiyyət xüsusiyyətləri. Humanist müəllim elə metodlar tətbiq etməyə çalışmalıdır ki, onlar hər bir şəxsiyyətə öz qabiliyyətini inkişaf etdirməyə, öz fəaliyyətini, öz “mən”ini realladırmağa imkan versin.
Tərbiyə şəraiti.Tərbiyənin baş verdiyi vəziyyət pedaqoji situasiya adlanır. Buraya maddi, psixofizioloji şəraitdən başqa, sinifdə yaranan münasibətlər də daxildir.