Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslə- rinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunan- ların ünsiyyət və münasibətidir.
Tərbiyə metodlarımüəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır.
Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsidir.
Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin forma- laşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin fəa- liyyətində özünü əks etdirir.
Tərbiyə metodları qoyulmuş məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrin sistemidir.