Məktəbdənkənar tərbiyə işi isə dərsdən sonra, məktəblilərin məktəbdəki təlim-tərbiyə işlərindən sonra onların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən planlı, məqsədyönlü tədbirlərdir. Bu tədbirləri əsasən məktəbdənkənar təhsil müəssisələri təşkil edib keçirir. Məktəbdənkənar təhsil müəssisələri haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimati – metodik və statistik məktub”unda deyilir: “Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyü- mələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxt- larının mənalı təşkilini təmin edir.
Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cə- miyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı- ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəs- sisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, ev- ləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şa- girdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlə- rindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.
Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqa- mətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Dərnək məşğələləri;
Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışla- rının keçirilməsi;
Təlimati-metodiki işlər.
Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, ye- niyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır...
Dostları ilə paylaş: |