Tərbiyə prosesinin mahiyyəti və məqsədi


İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi



Yüklə 268,27 Kb.
səhifə102/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   98   99   100   101   102   103   104   105   ...   122
PEDAQOGİKA 2 hissə

İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi də fəaliyyət göstərir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəb- ləri arasında uşaq-gənclər şahmat məktəbləri xüsusi yer tutur. Şahmat məktəblərində məktəblilər şahmatla məşğul olurlar. Bir qayda olaraq şahmatçılar respublika və beynəlxalq yarışlarda iştirak edirlər.

Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maariflən- dirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahə- sində məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müəssisəsi kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət göstə- rir və gənc nəsildə erkən yaşlardan ekoloji təfəkkürün, ekoloji mə- dəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin for- malaşması baxımından faydalı işlər görürlər. Uşaq və yeniyetmələ- rin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyə- lənməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcı- lıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlə- rinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir.

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliy- yət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbir- lərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir...”

İstər sinifdənxaric tərbiyə işləri olsun və istərsə də məktəb- dənkənar tərbiyə işləri olsun onların fəaliyyəti :


  • şagird şəхsiyyətinin formalaşmasına və məktəbdə təlim və tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir;

  • məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və

vərdişləri daha da zənginləşdirir və həyata tətbiq etmələrinə imkan yaradır;

  • məktəblilərin fəallığını, təşəbbüskarlığını maraq, meyl və qabiliyyətlərini inkişaf etdirir;

  • məktəblilərin asudə vaxtlarının ağıllı təşkilinə şərait yarat- maqla onları xoşagəlməz təsadüfi hadisələrdən və küçənin mənfi təsirindən qoruyur, şəxsiyyətlərarası əlaqələrini tənzimləyir, dost- luq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər yaradır, yaşıdları arasında əxlaqi münasibətləri cilalayır;

  • məktəblilərin sağlamlığını möhkəmləndirir;

  • məktəblilərin ictimai fəaliyyət və əmək vərdişləri ilə silah- lanmasına kömək edir ;

  • məktəblilərin potensial qüvvələrini, intellektual imkanlarını üzə çıxarır, yaradıcılıqlarını inkişaf etdirir, özlərini dərindən tanı- malarına kömək edir;

  • məktəblilərin elm, texnika, ədəbiyyat, incəsənət və s. sahələr üzrə əlavə məlumat əldə etmələrinə şərait yaradır;

Sinifdənxaric və məktəbdənkənar tərbiyə işi həm məktəblilə- rin hərtərəfli və ahəngdar inkişafına xidmət edir, həm də onların fər- di istedad və qabilliyyətlərini daha vüsətlə formalaşdırmalarına optimal yardım göstərir.



    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin