İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi də fəaliyyət göstərir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəb- ləri arasında uşaq-gənclər şahmat məktəbləri xüsusi yer tutur. Şahmat məktəblərində məktəblilər şahmatla məşğul olurlar. Bir qayda olaraq şahmatçılar respublika və beynəlxalq yarışlarda iştirak edirlər.
Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maariflən- dirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahə- sində məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müəssisəsi kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət göstə- rir və gənc nəsildə erkən yaşlardan ekoloji təfəkkürün, ekoloji mə- dəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin for- malaşması baxımından faydalı işlər görürlər. Uşaq və yeniyetmələ- rin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyə- lənməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcı- lıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlə- rinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir.
Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliy- yət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbir- lərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir...”
İstər sinifdənxaric tərbiyə işləri olsun və istərsə də məktəb- dənkənar tərbiyə işləri olsun onların fəaliyyəti :
şagird şəхsiyyətinin formalaşmasına və məktəbdə təlim və tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir;
məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və
vərdişləri daha da zənginləşdirir və həyata tətbiq etmələrinə imkan yaradır;
məktəblilərin fəallığını, təşəbbüskarlığını maraq, meyl və qabiliyyətlərini inkişaf etdirir;
məktəblilərin asudə vaxtlarının ağıllı təşkilinə şərait yarat- maqla onları xoşagəlməz təsadüfi hadisələrdən və küçənin mənfi təsirindən qoruyur, şəxsiyyətlərarası əlaqələrini tənzimləyir, dost- luq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər yaradır, yaşıdları arasında əxlaqi münasibətləri cilalayır;
məktəblilərin sağlamlığını möhkəmləndirir;
məktəblilərin ictimai fəaliyyət və əmək vərdişləri ilə silah- lanmasına kömək edir ;
məktəblilərin potensial qüvvələrini, intellektual imkanlarını üzə çıxarır, yaradıcılıqlarını inkişaf etdirir, özlərini dərindən tanı- malarına kömək edir;
məktəblilərin elm, texnika, ədəbiyyat, incəsənət və s. sahələr üzrə əlavə məlumat əldə etmələrinə şərait yaradır;
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işi həm məktəblilə- rin hərtərəfli və ahəngdar inkişafına xidmət edir, həm də onların fər- di istedad və qabilliyyətlərini daha vüsətlə formalaşdırmalarına optimal yardım göstərir.
Dostları ilə paylaş: |