Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən “Bacarıqlı əllər”, “Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, “Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “Naxışlı tikmə”, “Tex- niki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “Heykəltəraş- lıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarşünaslıq”, “Foto”, “Ağac üzə- rində oyma”, “Qarmon”, “İbtidai texniki modelçilik”, “Dəmir üzə- rində döymə”, “Tarix-diyarşünaslıq” və s. adlarda dərnəklər təşkil olunur.
Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu müəssisələrin bir çoxunda “Sağlam həyat tərzi”, “Etika qaydaları”, yuxarı sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın əsas- ları” mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edi- lir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. mövzu- larda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir.
Bu mərkəzlər tərəfindən dərnək rəhbərlərinə məşğələlərin məzmununun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni tədris plan və proqramların hazırlanması istiqamətində metodiki kö- məkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dər- nəklər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaş- dırılır və həyata keçirilir.
Respublikada Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstə- rir. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki model- çilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İn- formatika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təy- yarə” modelçiliyi, “Robot texnikası”, “Kimya – texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir.
Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olu- nurlar. Bu müəssisələrdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.
Texniki yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursi- yalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbir- lərdə iştirakları təmin olunur...
Respublikamızda Gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini əsasən aşağıdakı istiqamətlər üzrə qurur:
Bizim irs;
İncəsənət aləmində;
Azərbaycan beynəlxalq aləmdə;
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə;
Azərbaycanın tikintiləri üzrə yürüşlərdə;
Təbiətin sirlərinə doğru;
Kütləvilikdən turizm ustalığınadək.
Bu bölmələrdə aparılan işlərin əsas məqsədi tariximizi, soy- kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öy- rətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır.
Mərkəzlər nəinki uşaqlarla iş aparır, həmçinin metodiki töv- siyələr işləyib hazırlayır, şəhər, rayon təhsil şöbələrinə, təhsil mü- əssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri respublikamızın tarixini, flora və faunasını, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədi- lə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli dəyər- lərimizin qorunması, torpağa sevgi, vətənə məhəbbət hissinin aşı- lanması istiqamətində mütəmadi iş aparır.
Təhsil Nazirliyi sistemində uşaq-gənclər idman və şahmat məktəbi mövcuddur. Məktəblər uşaq və gənclər arasında yarışlar keçirir, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edir.
UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olimpi- ya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, bay- darka və kanoe, basketbol, bədii gimnastika, idman gimnastikası, üzgüçülük, velosiped idmanı, voleybol, futbol, həndibol, otüstü xokkey, qılıncoynatma, sərbəst güləş, yunan-roma güləşi, cüdo, sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şah- mat, dama) növüdür...
Dostları ilə paylaş: |