Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbə- də keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər işçi- ləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şa- gird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil edib həyata keçirirlər.
Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzə- rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna- yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom- larının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmət edən qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha geniş təzahür imkanlarını tapır.
Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərə yanaş- ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir:
Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;
Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird- lərin fakt və hadisələri müstəqil fəaliyyət süzgəcindən keçirib, mə- lum və məchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləş- dir- məsi, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş aparılması zəminində qurulmalıdır;
Sinifdənxaric iş üzərində işləməyin yəqinliyini uşaqların özü müəyyənləşdirməli, bu zaman onların mühakimə və fakir ümu- miləşdirmələrinin məntiqi ardıcıllığı və sistemliliyi təhlil olunma- lıdır.
Bütün bu proseslərdə şagird daxili əks-əlaqə imkanlarına yi- yələnir, kütləvi-mədəni tədbirlərin ayrı-ayrı ünsürlərindən istifadə metodikasının elmi-idraki, intellektual-mənəvi meyarlar əsasında qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi təd- birlər üzərində işləməyin tətbiqi haqqında metodik-nəzəri göstəriş- lərə əməl edir.
Dostları ilə paylaş: |