Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Məktəbdə tərbiyə işləri üzrə təşkilatçının vəzifələri aşağıdakı sxemdə göstərilmişdir



Yüklə 268,27 Kb.
səhifə94/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   90   91   92   93   94   95   96   97   ...   122
PEDAQOGİKA 2 hissə

Məktəbdə tərbiyə işləri üzrə təşkilatçının vəzifələri aşağıdakı sxemdə göstərilmişdir:






      1. Təşkilati vəzifə aşağıdakı işləri özündə birləşdirir:

 Həyata keçirilmiş işləri təhlil etmək, onların müvəffə- qiyyətli və nöqsanlı tərəflərini ayırd etmək, tədbirin müvəffəqiyyət- lə həyata keçirilməsinə maneə olan amilləri müəyyən etmək;

 Tədbirin həyata keçirilməsinin məqsədinin müəyyən edilməsi. Bu həm tədbirin nə üçün keçirilməsinin, həm də son nəti- cəsinin əvvəlcədən müəyyən edilməsinə şərait yaradar;



 Qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi yollarını ayırd etmək;

 Tədbirin keçirilmə yerini, vaxtını, ardıcıllığını, kimin hansı işi icra etməsini və s. müəyyənləşdirmək;

 Tədbirdə iştirak edən hər bir adamın fəaliyyətinin məz- munu, forma və metodlarını ayırd etmək;

 İş icraçılarına tədbirin keçirilməsi prosesində kömək və onların fəaliyyətinə nəzarət etmək;

 Hər bir tədbirin sonunda icraçının fəaliyyətini qiymətlən- dirmək.

 Təşkilati işin son məqsədi tədbirin səmərəliliyinin təmin edilməsindən ibarətdir. Təşkilatçı işi elə təşkil etməlidir ki, son nəticə səmərəli və faydalı olsun.

      1. Metodiki vəzifənin mahiyyəti təşkilatçının sinif rəhbərlə- rinə, müəllimlərə, məktəblə bağlı təşkilatlara, ümumiyyətlə, sinif- dənxaric və məktəbdənkənar tərbiyə işi ilə məşğul olan hər bir ada- ma metodik məsləhət və tövsiyələr verməsindən ibarətdir. Bu göstə- riş və məsləhətlər iki istiqamətdə həyata keçirilir:

  1. Ümumməktəb tədbirləri zamanı. Yuxarıda göstərildiyi kimi, müxtəlif pedaqoji kadrlar tədbirin təşkilatçısına çevrilirlər. Bu vaxt təşkilatçı həmin şəxslərə metodiki xarakter daşıyan müəyyən məsələləri izah edir.

  2. Təşkilatçı hər bir sinif rəhbərinə, müəllim və tərbiyəçilərə müxtəlif tədbirlər keçirməkdə əməli metodiki kömək göstərir.

Təşkilatçının metodiki işi üç əsas cəhəti özündə birləşdirir:

    1. Təşkilatçı, hər şeydən əvvəl, təmasda olduğu adamları dərindən öyrənməli, onların bilik səviyyəsinə bələd olmalıdır. Bun- suz təşkilatçı metodiki göstərişlərin həcmini və məzmununu düzgün müəyyənləşdirə bilməz;

    2. Nəyi öyrənməyi müəyyən etmək vacib məsələlərdən biri- dir. Burada iki cəhəti bilmək lazımdır: birincisi, tərbiyə edən nəyi bilməlidir; ikincisi, konkret olaraq tərbiyəçi nəyi bilir, nəyi isə bilmir.

    3. Nəhayət, hər bir sinif kollektivi üçün zəruri olan tərbiyə- edici təsir tərzlərini düzgün müəyyən etmək.


      1. Yüklə 268,27 Kb.

        Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin