Peşəyönümü işində əxlaqi keyfiyyətlərin, mənəvi tələblə- rin nəzərə alınması prinsipi.
Peşeçimində şəxs seçəciyi peşəyə əxlaqi, mənəvi yöndən ya- naşmalıdır. O peşəseçimində gələcəkdə bu peşədən müxtəlif qanun- suz yollarla pul qazanmaq, gəlir əldə etmək düşüncəsi ilə peşə seç- məməlidir.
Peşəyönümü işində şüurluluq prinsipi
Peşəyönümü işində məktəblilərin şüurluluğu təmin olunma- dan müvəffəqiyyətli nəticəyə nail olmaq olmaz. Şagirdin maraq göstərdiyi peşənin mahiyyətini, çətinliklərini, tələblərini, ona yiyə- lənməyin mümkünlüyünü, gələcək perspektivlərini şüurlu olaraq dərk etməsi peşəyönümü işində kortəbiiliyin, təsadüfiliyin qarşısını alır, onlarda bu sahəyə inamlı münasibətin yaranmasına, peşə yönü- münün və həyat yolunun dəqiqləşməsinə və əqidənin formalaşma- sına səbəb olur.
Təcrübə göstərir ki, peşəyönümü işi məhz şüurlu surətdə yeri- nə yetirildikdə seçilən peşə fərəh mənbəyinə cevrilir və onun sahibi bu sahədə müvəffəqiyyətlə fəaliyyət göstərə bilir. Bu baxımdan da
məktəbdə və ailədə aparılan peşəyönümü işlərində şüurluluq prin- sipinin gözlənilməsi vacibdir.