Peşəyönümü işində aşağıdakı prinsiplərə əməl edilməlidir:
Peşəyönümünün dövlət əhəmiyyətliliyi prinsipi.
Dövlətimiz yeni nəslin yüksək səviyyədə hazırlanmasına bö- yük əhəmiyyət verir və bunu cəmiyyətin gələcəyinin təmin edilmə- sinin əsas amillərindən biri sayır. Respublikamızın “Təhsil sahəsin- də islahat Proqramı”nda deyilir: “Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün sahəyə çevrilməlidir”.
Təlim-tərbiyənin mühüm tərkib hissələrindən biri peşəyö- nümü işidir. Peşəyönümü dövlət əhəmiyyətli işdir. Bu iş elə bir istiqamətə yönəldilir ki, onun müvəffəqiyyətlə həll edilməsi nəticə etibarilə dövlətin kadr hazırlığı siyasətinin həyata keçirilməsinə kömək olur. Bu baxımdan peşəyönümü işində dövlət maraqlarının
olması və onun bu maraqlara uyğun şəkildə qurulması fəaliyyət prosesində əsaslanılan əsas prinsiplərdən birinə çevrilməlidir.
Dostları ilə paylaş: |