Оnuncun öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl аçıb düşməyim хəcаlətə -
Deyən şair insanın oz zəhməti hesabına yaşadığı sadə həyatı, başqalarının hesabına yaşanan cah-cəlallı həyatdan üstün tutur. Ni- zami insanın bir sənət, peşə sahibi olmasını yüksək qiymətləndirir, keyfiyyətli əməyi yüksək dəyərləndiri:
Kаmil bir pаlаnçı оlsа dа insаn,
Yахşıdır yаrımcıq pаpаqçılıqdаn - deyərək insanları seçdikləri sənəti hərtərəfli öyrənməyə çağırır.
Nəsirəddin Tusi müdrik bir filosof və pedaqoq kimi tövsiyə edir: “Kim hansı sənətkar adlanırsa, o sənətdə aşağı mərtəbə ilə razılaşmayıb irəliləməli, daha yüksək dərəcəyə qalmayıb, iqtisadiy- yatda səhlənkarlığa yol verməməlidir”. N.Tusi peşə seçmək proble- minin mahiyyətində daha da dərinə gedərək hər bir şəxsin bacarıq və qabiliyyətlərinin nəzərə alınmasını, məhz bunlara istinad edil- məsini zəruri hesab edirdi.
Marağalı Əvhədi cəmiyyətin inkişafında faydalı və yaxşı peşələrin mühüm rol oynadığını xüsusi qeyd edir və göstərirdi ki, yaxşı peşə insanı qüsurlardan xilas edir və cəmiyyətin inkişafına xidmət edir. Əvhədi hər bir peşə, sənət adamının həmçinin peşəkar olmasını yüksək qiymətləndirir, peşəkar insan haqqında yuksək fikir soyləyərək oan hörmət bəsləyir, peşəkarları həyatda ən faydalı, gərəkli və mötəbər insanlar kimi dəyərləndirir. Görkəmli ədib belə bir qənaətə gəlir ki, dunyada ən yaxşı iş elm öyrənmək və ən yaxşı vəzifə peşəkarlıqdır. Əvhədi bu munasibətlə özünün məşhur “Cami- cəm” əsərində yazır:
Dostları ilə paylaş: |