Ən böyük nеmətdir, аnlаsаn, pеşə, Pеşəkаr düz yоllа gеdər həmişə.
Və ya:
Dünyаnı nizаmа pеşəkаr sаlаr, Hər nizаm pеşədən, hünərdən оlаr.
Ə.Marağalı uşaqları əməklə böyütməyi, ona müəyyən iş, sənət öyrətməyi onların sonrakı inkişafı üçün əsas hesab edir, çətinliklərə qalib gəlmək, möhnət və bədbəxtliklərdən xilas etmək ucun uşağı iş-gücdən azad etməməyi məsləhət bilir:
Nаzlа boyuməsin qоy cох dа övlаd, Оnu iş-gucdən də еyləmə аzаd.
Sоnrа cətinliyə duşərsə əgər,
Bir möhnət, bədbəхtlik оnu məhv еdər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin olməz əsərləri icərisində uşaqların elm öyrənməsi, sənət secməsi kimi məsələlər də xususi yer tutur. Onun bu fikirləri xüsusən “Rindu- Zahid” adlı əsərində daha qabarıq şəkildə özünü göstərir. Füzuli göstərir ki, yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir.
XIII – XIV əsrlərdə yaşayıb yaratmış görkəmli Azərbaycan mütəfəkkiri Məhəmməd ibn Hinduşah Naxçıvani də öz əsərlərində uşaq və gənclərin peşə və sənət seçməsinə geniş yer vernişdir.
O “Dəsturlül-katib fi təyinil-məratib” adlı əsərində dövlətxah- lardan tələb edir ki, yalnız elmdən deyil, sənət və sənətkarlıqdan da faydalansınlar.
Peşəseçməyə XIX-XX əsr maarıfçilər tərəfindən də xüsusi diqqət yetirilmişdir. Bu baxımdan Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Məmməd Tağı Sidqi, Mirzə Mahmud İrəvani, Uzeyir Hacıbəyli və başqaları bu gün də oz əhəmiyyətini saxlayan qiymətli fikirlər söyləmişlər.
Böyüyən nəsil dərin bilik və dunyagörüşə, yuksək milli və bəşəri dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmaqla bərabər, özü- nün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadr- lara olan cari və perspektiv tələbatlarına müvafiq olaraq peşə və ix- tisas secməyə hazırlanmalıdır. Bunun üçün ümumtəhsil məktəb- lərində təlim-tərbiyə işi elə səviyyədə aparılmalıdır ki, şagirdlər
əsas təhsili bitirdikləri vaxt hansı peşə və ixtisas ardınca gedəcəklərini dəqiq bilsinlər.
Dostları ilə paylaş: |