Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Əməyin müxtəlif növləri mövcuddur



Yüklə 268,27 Kb.
səhifə40/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   36   37   38   39   40   41   42   43   ...   122
PEDAQOGİKA 2 hissə

Əməyin müxtəlif növləri mövcuddur:


1) özünəxidmət əməyi; 2) ictimai-faydalı əmək; 3) məhsul- dar əmək .

Ailədə özünəxidmət əməyinin əsası qoyulur, məktəbəqədər tərbiyə müəssisələri və təhsil müəssisələrində isə bu iş davam etdirilir. Həmçinin özünəxidmət əməyi bütün istehsal müəssisələri, fəaliyyətin bütün sahələrində mövcuddur və hər kəsdən tələb olunan zəruri fəaliyyət növlərindən biridir. Əməyin bu növünə gigiyenik qaydalar, şəxsi əşyaları, dərs və iş ləvazimatlarını təmiz və səliqəli saxlamaq və s. aiddir. Özünəxidmət əməyi ictimai faydalı əməyin ilk mərhələsidir. Özünəxidmət əməyi şagirdin, tələbənin, işçinin bilavasitə özü, iş yeri, ailəsi, onu əhatə edən mikromühitlə bağlıdır.



İctimai-faydalı əmək isə cəmiyyətin xeyrinə pulsuz əməkdir. Əməyin bu növü rayon, şəhər üzrə keçirilən kampaniya xarakterli fəaliyyət növüdür. Nəticədə maddi nemət əldə edilən fəaliyyət məhsuldar əmək adlanır. Bu əmək fəaliyyətin ən geniş formasıdır. Əvvəli ümumtəhsil məktəblərindən başlanır. Əmək dərslərində uşaq və gənclər müxtəlif məişət əşyaları (stol, stul və s. əmək alətləri) düzəldir, məktəbyanı sahələrdə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirir və s. məhsuldar əmək sahələrində çalışırlar.

Məktəbdənkənar təhsil müəssisələrində isə müxtəlif dərnək- lərdə bu və ya digər əmək sahəsini öyrənməklə maddi məhsul isteh- sal edirlər. Məsələn texniki dərnəklərdə texniki sahədə yaradıcılıq işlərini tətbiq edərək, yeni texniki vəsait hazırlanır və sınaqdan keçirilir. Bu isə yeni texniki tərəqqilərinin əmək məhsuldarlığının artırılmasının əsası və ya vasitəsi olur.

Əmək tərbiyəsinin məzmunu müxtəlif təlim-tərbiyə müəssisə- ləri üçün müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilir. Orta məktəblərdə əmək tərbiyəsi Təhsil Qanununda, Mili Təhsil Konsepsiyasında (kurikulum) və digər məktəblə bağlı sənədlərdə göstərilmişdir.


Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin