Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə36/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   32   33   34   35   36   37   38   39   ...   122
PEDAQOGİKA 2 hissə

Əmək tərbiyəsi

Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək ba- carığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik ol- masıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, isteh- salın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarıq və vərdişlə- rinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir.

Əmək tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır. Əmək tərbiyəsi müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adamla- rına məhəbbət hissi formalaşdırılması prosesidir. Ona görə də əmək tərbiyəsi, əmək təlimi və əmək tərbiyəsi olmaqla iki hissəyə ayrılır.

Əmək təlimi xüsusi əmək dərslərində aparılır. Bu dərslərdə əmək fəaliyyətinin maddi istehsal prosesi haqqında zəruri elmi mə- lumatlar verlir, müvafiq bacarıq və vərdişlər formalaşdırlır. Birinci sinifdən başlayaraq uşaqlar əmək dərslərində əməyə hazırlanırlar. Orta ümumtəhsil məktəblərində əmək təlimi xüsusi proqram əsasında aparılır. Bu proqram təhsil nazirliyində təsdiq edilir və res- publikanın bütün məktəbləri üçün eyni və zəruri olub bütün siniflər üzrə əmək təliminin məzmununu əhatə edir. Kiçik siniflərdə əmək təlimi əsasən öyrədici xarakter daşıyırsa, yuxarı siniflərdə artıq yeniyetmə və gənclər məhsuldar əməkdə iştirak edirlər. Belə ki, IX- XI siniflərdə yeniyetmələr istehsalat təcrübələrində istehsalın müəy- yən sahəsində məhsuldar əməkdə bilavasitə iştirak edir, məhsul istehsal edir, öz əməklərinin bəhrəsini görürlər. Orta məktəblərdə əməyə düzgün və şüurlu münasibət tərbiyə edilməsi imkanları genişdir. Bura uşaq və yeniyetmələrin təlim əməyi, əmək dərsləri ictimai-faydalı işlərdə iştirakı və s. aid etmək olar. Səmərəli təşkil olunmuş təlim prosesində tərbiyə olunanlar əməyə alışır, biliklərinin



qiymətləndirilməsi ilə əməklərinin nəticəsini görür, əməyi sevir, kiçik yaşlardan əməyə hazırlanırlar. İstənilən şəraitdə əmək təlim işi ilə əlaqələndirilməlidir; bu həm əməyi, həm də təlimin şüurluluğunu təmin edir. Kənd təsərrüfatına aid təcrübələr zamanı aqrotexniki üsullardan, üzvi və mədəni gübrələrdən vaxtında və yerində istifadə edilir, kənd təsərrüfatı maşınları işlədilir. Bu zaman müəllim uşaq əməyinin elmiliyini, elmlə təcrübəni əlaqələndirməyi tərbiyə olunanların diqqət mərkəzinə gətirməlidir.

Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin