Əmək uşağın yaşına, gücünə uyğun qurulmalıdır. Bu tələb əmək proqramlarında öz əksini tapır. Əmək təlimi uşaqların fiziki, intellektual, psixoloji inkişaf səviyyəsinə uyğun qurulur. Əməyin bütün sahələrində, yəni sinifdənxaric, ictimai-faydalı və di- gər tədbirlərdə bu tələb nəzərə alınmalıdır. Bu tələb həmçinin mədə- niyyət müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində təş- kil edilən əmək fəaliyyətlərində, texniki və yaradıcı, tikişçilik və s. dərnəklərin təşkilində də nəzərə alınmalıdır. Bu müəssisələrdə təşkil edilən yaradıcı əmək fəaliyyəti zehni əməklə fiziki əməyi birləş- dirməli, iştirakçıların yaradıcılq qabiliyyətlərini inkişaf etdirməli, onlarda yeni əxlaqi keyfiyyətlər formalaşdırmalı, özünətəhsili stimullaşdırmalıdır.