Peşəyönüm işində müstəqillik və sərbəstlik prinsipi.
Peşəyönümü elə bir problemdir ki, burada şagirdlərin müstə- qilliyinə və seçim qarşısında sərbəstliyinə əsaslanmaq lazımdır. Əks halda seçilən peşə nə onun sahibinə, nə də cəmiyyətə elə bir fayda gətirməz.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddə- sində deyilir: “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Buna görə də şagirdlərin bu konstitusiya hüququn- dan düzgün istifadə edə bilməsi ucun onlara peşəyönümü prosesin- də elə bir mənəvi-psixoloji şərait yaradılmalıdır ki, şagird sevdiyi, maraq göstərdiyi, qabiliyyət və bacarığına müvafiq olan peşəni sərbəst, müstəqil surətdə seçə bilsin. Belə olduqda şagirdlərə öz imkanlarını dəfələrlə ölcüb-biçməyə, qabiliyyətlərinə müvafiq əmək sahəsi seçməyə imkan yaranar və seçilən peşə həm özünə, həm də dövlətə, xalqa daha çox xeyir verər. Dahi Nizami Gəncəvi deyirdi:
Dostları ilə paylaş: |