Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə66/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   62   63   64   65   66   67   68   69   ...   122
PEDAQOGİKA 2 hissə

Bədən tərbiyəsi dərslərində hərəkətlərin bədii cəhətdən lazı- mi şəkildə icrası, komandaların dürüst yerinə yetirilməsi, dərsin müəyyən hissələrinin musiqi müşayəti ilə aparılması və s. mək- təblilərdə gözəl əhval-ruhiyyə oyadır, onların gülərüzlü və gözəl qamətli adamlar kimi yetişməsinə kömək edir.

Bədən tərbiyə dərslərində hamının idman forması ilə iştirak etməsi, idman zalında təmizlik, səliqə səhman, gözəl bəzədilmə, həzin musiqi sədaları uşaqların estetik tərbiyəsinə qüvvətli təsir göstərir. Bədən tərbiyəsi dərslərində hərəkətlərin bədii şəkildə icrası, dərsin musiqi ilə müşayiət edilməsi, qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır.

Ümumiyyətlə, hər bir dərs uşaqlarda bədii və estetik hisslər doğura bilər. Müəllimin nitqinin ifadəliliyi, obrazlılığı, hərəkətləri- nin təbiiliyi, dərsdə istifadə etdiyi şəkil və sxemlərin, həmçinin

başqa əyani vasitələrin gözəlliyi, yazı taxtasındakı yazısının qəşəngliyi, sinfin xarici şəraiti, səliqəliyi, təmizliyi və zövqlə təşkil edilmiş təlim prosesinin özü, sinfin gözəl görünüşü uşağın estetik tərbiyəsinə müsbət təsir göstərir.

Dərslərdə aparılan estetik tərbiyə sinifdənxaric və məktəbdən- kənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bu işlər şagirdlərin maraqlarının və fərdi yaradıcılıq qabiliyyətlərinin inkişa- fına kömək göstərir. Estetik tərbiyə üzrə sinifdənxaric işlərin məz- munu, forması müxtəlif və rəngarəngdir. Bunları üç qrupa ayırmaq olar: dərnək işləri, kütləvi işlər və fərdi işlər.

Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə sinifdənxaric işlərin geniş yayılmış formalarındandır. Belə dərnək- lərə musiqi, xor, rəsm, rəqs, ədəbiyyat, dram, bədii oxu, bədii tikiş və b. dərnəklər daxildir.

Məktəblilərin estetik tərbiyəsini inkişaf etdirən mövcud forma və yollar içərisində bədii özfəaliyyət dərnəkləri mühüm əhəmiyyə- tə malikdir. Özfəaliyyət rolu ilə uşaqlarda bir sıra vacib yaradıcı keyfiyyətləri, estetik qabiliyyətləri üzə çıxarmaq, cilalamaq və son- radan formalaşdırmaq sahəsində görülən işlər daha böyük səmərə verə bilər.

Məktəbdə estetik yönümlü dərnəklərin təşkilinə və bu dərnək- lərdə uşaqların iştirakına xüsusi fikir verilməlidir. Bu cəhətdən bədii yaradıcılıq və incəsənət dərnəkləri xüsusi əhəmiyyət kəsb etməkdə- dir. Rəsm dərnəyi bədii yaradıcılıq yaradıcılıq dərnəkləri içərisində özünəməxsus yer tutur. Rəngarəng növləri və formaları olan rəs- samlıq sənəti insanın mənəvi aləminə nüfuz edən ən güclü vasi- tələrdəndir. Bu dərnək şagirdlərin təsviri yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi ilə rəsm əsərlərinin müzakirəsini keçirir, təsviri incəsənət əsərləri haqqında mqhazirələr aparır rəssamların həyat və yaradıcılıqlarını öyrənir, rəsm əsərlərinin sərgisini təşkil edir, rəsm sənəti üzrə müəyyən bilik və bacarıqlarla silahlanırlar.




Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin