Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə69/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   65   66   67   68   69   70   71   72   ...   122
PEDAQOGİKA 2 hissə

Fiziki tərbiyə


Ağlın yetkinləşməsində, əxlaqi keyfiyyətlərin kamilləşməsin- də, xoş əhval ruhiyyənin yaradılmasında, hafizənin və digər psixo- loji proses və xüsusiyyətlərin inkişafında fiziki tərbiyənin rolu böyükdür.

Fiziki keyfiyyətlər arasında geniş formalaşdırılanlar – dözüm- lülük, cəldlik, çeviklik, güclülük, elastiklik, surət fiziki tərbiyə vasi- təsilə həyata keçirilir. Hüseyn Caivd gənc nəslə müraciətlə deyirdi:


“Mənim diləyim sizlər üçün,


Sağlam bədən, sağlam sinir, sağlam beyin..”

Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmə- rəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu aradan qaldırır, iş qabiliyyətini bərpa edir.

Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bu- nun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət gös- tərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir

Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasi- təsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kol- lektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.

Görkəmli fizioloq P.F. Lesqaft fiziki tərbiyəni yüksək qiy- mətləndirmiş, onu iradə və xarakterin formalaşmasında, əxlaq tərbi- yəsində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir.

Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.

Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırla- maqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:


  1. gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;

  2. məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;

  3. uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;

  4. fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;

  5. böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. ki- mi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.

Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.

Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.

Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksige- nə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.

Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez xəstələnir.

Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmiz- ləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir.


Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin