Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə72/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   68   69   70   71   72   73   74   75   ...   122
PEDAQOGİKA 2 hissə

Ekoloji tərbiyə

"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim de- məkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tər- kib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, eko- loji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.

Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, eko- loji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.

Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniy- yəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.



Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin