Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə75/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   71   72   73   74   75   76   77   78   ...   122
PEDAQOGİKA 2 hissə

İqtisadi tərbiyə

İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevril- məsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. Məktəblilər iqtisadi tərbiyə prose- sində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İn- sanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri is- tehsal etməlidirlər. Bunun üçün isə istehsalın texnologiyasını bil- mək, müəyyən peşəyə sahib olmaq lazımdır.



İqtisadi tərbiyənin birinci komponentini şagirdlərdə iqtisa- diyyatın əsaslarına dair biliklər təşkil edir.

İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi təfəkkürün formalaşmasıdır.

İqtisadi tərbiyənin üçüncü komponenti iqtisadçı hərəkət- lərin formalaşmasıdır. Bu isə o deməkdir ki, iqtisadiyyat haqqındakı biliklər, anlayışlar, hərəkətlər əməli işlə birləşir.

İqtisadi tərbiyənin dördüncü komponenti sahibkarlıq və təsərrüfatçılıq qabiliyyətləri və bacarıqlarının formalaşdırılmasıdır. Bu isə o deməkdir ki, məktəbli yeraltı və yerüstü sərvətlərin qədrini bilməli, meşələrin, çayların, göllərin, dənizlərin təmiz saxlanmasına qayğı göstərməlidir.

İqtisadi tərbiyənin beşinci komponenti iqtisadi vərdişlərin formalaşdırılmasıdır. İqtisadi tərbiyə məktəblilərdə adamlara xeyir- xah və diqqətli olmaq, israfçılığa, israfçılıq edənlərə qarşı barışmaz- lıq kimi keyfiyyətləri tərbiyə edir.

İqtisadi tərbiyənin vəzifələri bunlardır:

  1. İqtisadi tərbiyə kiçik yaşlarından başlayaraq, uşaqlarda iqti- sadi təfəkkürün sadə ünsürlərinin inkişafına zəmin yaratmalıdır;

  2. Məktəbliləri iqtisadiyyatın, iqtisadi həyatın ən zəruri hadi- sələri ilə tanış etməli, onlarda iqtisadi təfəkkür və şüurun forma- laşmasına kömək etməlidir;

  3. Ailədə gəlirin və çıxarın hesaba alınmasını, il üçün ailə büdcəsinin planlaşdırılması və istifadəsini öyrətməli, xalq əmlakını qorumalı, əməklə manatın qədrini bilməlidirlər.

İqtisadi tərbiyənin ən mühüm yollarından biri dərsdir. Müx- təlif fənlərin tədrisi prosesində şagirdlər iqtisadiyyata dair anla- yışları mənimsəyir, atalar sözlərini öyrənərkən xalqımızın qənaət- çilliyə dair fikirləri ilə tanış olurlar. ”Kəlilə və Dimnə”də deyilirdi:

Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin